İqtisadçı alim danışır: "Nazirlər Kabinetinin rolu dəyişir"

  • 01 sen 2016, 09:54

Vitse-prezidentlik institutunun formalaşdırılmasını post-neft dövrünün tələbi kimi qiymətləndirmək lazımdır.

 

Bu sözləri AXAR.AZ-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, Konstitusiya Aktı layihəsində bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanın siyasi idarəçilik sistemində də ilk dəfə olaraq vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulub:

 

"Yeni formalaşdırılacaq vitse-prezidentlik institutu idarəetmə sisteminin institutsional təkmilləşməsi, onların səlahiyyətlərinin optimallaşdırılması və dəqiqləşdirilməsinə şərait yaratmaqla iqtisadi islahatların daha yaxşı koordinasiyası və miqyasının genişləndirilməsi baxımdan təqdirəlayiqdir. Bu, islahatların aparılmasına daha fərqli yanaşmanın reallaşması deməkdir. Eyni zamanda, yeniləşən idarəetmə sistemi iqtisadi proqramların icrasında çevikliyi də artıracaq. Vitse-prezidentlik institutunun formalaşdırılması islahatların çevik idarəedilməsi və əlaqələndirilməsi baxımdan vacibdir”.

 

V.Bayramovun fikrincə, Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçi postunun yaradılmasından sonra islahatların, xüsusən də struktur dəyişikliklərinin genişləndirilməsi ondan xəbər verir ki, idarəetmə strukturunun yeniləşməsi islahatların sürətlənməsinə müsbət təsir göstərir:

 

"Nəticədə yeni dəyişikliklər Nazirlər Kabinetinin fəaliyyətinə yeni baxışın orta qoyulması və bu fəaliyyətin təkmilləşdirilməsinə baza yarada bilər. Güman olunur ki, dəyişikliklər Nazirlər Kabinetinin idarəetmədəki ənənəvi rolunun da dəyişidirilməsinə səbəb olacaq. Nəticədə islahatların birbaşa idarə edilməsi mexanizmi yeniləşəcək. Bu baxımdan vitse-prezidentlik institutunun formalaşdırılmasını post-neft dövrünün tələbi kimi də qiymətləndirmək lazımdır”.

 

Demokratik.Az

Oxşar xəbərlər