Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:42 - 09.12.2019  
Mübariz Mənsimov danışdı-Video
Tarix: 4-07-2016, 10:51 | Bölmə: Xəbərlər » Müsahibə

 

"Biz küllərdən yenidən doğulub çıxan insanlarıq. Ən aşağı düşüb-yenidən zirvəyə qalxa bilərik. Bizi heç bir qüvvə qorxuda bilməz”.

Mübariz Mənsimov danışdı-VideoBu sözləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ANS-in Türkiyə bürosunun müxbiri Pərviz Sultansoya müsahibəsində bildirib.

Pərviz Sultansoyun – "Mubariz Mənsimov iflas dərəcəsinə catib. Nə baş verir? Həqiqətən də Mənsimov iflas olub?” sualına azərbaycanlı iş adamı belə cavab verdi:

"Dünyanın hər bir yerində qlobal bir kriz var – Azərbaycanda da, Türkiyədə də, Amerikada… Sözsüz bu kriz Palmali Şirkətindən də yan keçməyib. Lakin bu demək deyil ki, biz iflasa uğramışıq! Palmali bu gün də dünyada ən böyük dənizçi şirkətlərindən biridir.

Sadəcə olaraq biz fəaliyyətimizin istiqamətini dəyişərək kənarda olan digər fəaliyyət növlərimizə və yan şirkətlərimizə yox, əsas işimiz olan gəmiçiliyə önəm verməyə başlamışıq.”

Müxbirimizin – "Bəs onda bu qara piarın sifarişçisi kimdi sizcə” sualına Mübariz Mənsimov belə cavab verdi:

"Bizim içimizdə bir qısqanclıq var. Bu gün bu qısqanclıqları aşmalıyıq. Əgər bir azərbaycanlı iş adamı varsa, ona dəstək olmaq lazımdır. Ucuz sifarişlərlə, qara piarlarla məşğul olan insanları sadəcə gülərək keçirəm. Bu cür işlərlə məşğul olanlar bu gün Azərbaycan Prezidentinin yürütdüyü siyasətə zidd hərəkət edən və sərbəst rəqabətin qarşısını kəsən insanlardır.

Bu gün mənə və şirkətimə qarşı yönələn ittihamlar sadəcə olaraq bir neçə Azərbaycan məmurunun qara piarıdır. Mən çox gözəl bilirəm bunlar kimlərdi… Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar  əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynalxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyində bir həddi var. Mənim 4 uşaqım var və bu gün qızım məndən qara piarda yazılanlar haqqında soruşanda mən məyus oluram, bilmirəm nə cavab verim. Belə vicdansızlıq olmaz!

Belə qara piardan axı Azərbaycan nə udacaq. Yazırlar ki, mən iflasa uğramışam – axı Azərbaycanın dünya miqyaslı, adlı-sanlı iş adamları olan Mübariz, İskəndər, Telman, Aqalarov və s. iflasa uğrasa Azərbaycan bundan nə qazanacaq? Bunu yazanlar və ya sifariş edənlər bir dəfə olsa belə güzgü qarşısında durub özlərinə sual versinlər ki- "Mən Azərbaycan üçün nə etmişəm? Mənim Vətənim Mübariz Mənsimov danışdı-VideoAzərbaycan üçün onlar nə ediblər? Təəssüf ki, belələri yalnız dağıda bilirlər…”

Gənc kadırların yetişəcəyini, gənc iş adamlarının sayının daha da artacağını söyləyən azərbaycanlı iş adamı bu prosess daimidir və bunun qarşını heç bir qara qüvvənin ala bilməyəcəyini qeyd edib.

"Azərbaycan xalqı intelektual, zəngin və yaradıcıdır. Azərbaycanlılar ticarətin ustadıdır.”

Bunlar bizə qarşı yox – Azərbaycanın başçısı olan möhtərəm Prezident İlham Əliyevin siyasətinə qarşı çıxış edirlər. Baxın, mən o gün İtaliyada idim və orada da Azərbaycanda tədbiq olunan Asan sistemindən danışırdılar. Dünyada misli olmayan bu struktur bu gün Azərbaycanda Prezidentin korrupsiya ilə mübarizə siyasətinin bariz nümunəsidir. Cənab Prezident Ulu Öndərimiz Heydər Əliyevin düzgün siyasətini həyata keçirməkdə davam edir və bu yoldan kənarlaşan hər bir kəs xəyanətkardır. Bir neçə il əvvəl biz heç xəyalımıza gətirə bilməzdik ki, Bakıda Formula 1 yarışları, Avropa oyunları və digər beynəlxalq tədbirlər keçirilə bilər. Biz, xaricdə yaşayan azərbaycanlılar Prezidentin bu əməllərinin nəticəsini aydın görürük və gürur duyuruq. İn şa Allah qısa müddətdən sonra Qarabağ və digər torpaqlarımız da qayıdacaq.

Yazıllar ki,  Palmali İŞİD-lə əməkdaşlıq edir – bu nə cəfənqiyyatdı. Nə İŞİD, nə Kürd nə də ki, digər siyasi qüvvələrlə mənim əlaqəm olmayıb və olmayacaq. Mənim balalarım var və sözsüz ki, məndə bütün normal insanlar kimi terorizmə nifrət edirəm. Adam necə də cahil ola bilər. Axı bu günki şəffav dünyada ən ciddi biznes sferası olan neft daşıyan gəmilər beynalxalq nəzarət altındadır. Onlara tövsiyəm budu – internetdə Ship History şəbəkələrini tapsınlar və dəqiqəsinə qədər görsünlər ki, bizim gəmilər hansı dənizlərdə üzür və kimin neftini daşıyır. Axı Swiss Bank, Deutsche Bank, European Bank for Reconstruction and Development, BNP Paribas Bank  və digər beynəlxalq maliyyə institutları Palmali ilə necə əməkdaşlıq edir, bizə bu günə qədər necə kreditlər verillər. Bu savadsız insanlara mənim sadəcə yazıqım gəlir.

ANS-in Türkiyə Bürosunun müxbiri Pərviz Sultansoyun, Azərbaycanda son Prezident seçkiləri zamanı xaricdə  yaşayan Abbas Abbasov və bir sıra digər varlı azərbaycanlı iş adamları Ilham Əliyevə qarşı təşkil olunan milyarderlər qrupunu yaratdılar. Mübariz Mənsimov isə bu qrupa qoşulmadı və indi isə niyəsə Abbas Abbasovun adını Mübariz Mənsimovun yanında səsləndirirlər sualına  sonuncu belə cavab verdi:

"Tamamilə düz deyirsiz. Mən Abbas Abbasovu keçmiş Baş Nazirin müavini kimi tanıyıram. O ki qaldı, Prezidentə qarşı hansısa hərəkətlər, bu bizim ailəmizin tərbiyəsinə ziddir, biz bu yolun adamları olmamışıq, deyilik və heç vaxt olmayacayıq. Sözsüz ki, Azərbaycan Dövləti bizə desə ki, biz dərnəklər yaradaq və ya Azərbaycançılıq ideyalarını təbliq edək və dəstək olaq biz bunu məmnuniyyətlə etməyə hazırıq və hər zaman etmişikdə, amma kimlərinsə sifarişi ilə Azərbaycana və ya onun layiqli vətəndaşlarına qarşı nəsə etmək bizlik deyil!”

Bəli mən Türkiyədə yaşayıram və burda vətənim üçün əlimdən gələni edirəm – minlərlə imkansız Azərbaycan ailələrinin balalarını burda oxutmuşuq, yüzlərlə Azərbaycandan gələn xəstələrə şəfa tapmağa yardımçı olmuşuq. lakin bunuda mənə irad tuturlar. Mənə Türkiyədə işləməyimi irad tuturlar. Mən Azərbaycanda işləyə bilmərəm – hərə özünə monopoliya yaradıb – işləməyə imkan belə vermillər. Lakin yaxşı hall budur ki, bu sahədə də Cənab Prezident İlham Əliyev reformalar aparır və sağlam biznesin inkişafına imkanlar yaradır. Məhz İlham Əliyevinin sayəsində bu gün də Azərbaycana inam var və bizdə, xarici iş adamları da  Vətənimizə sərmayələr qoymaqda davam edirik.

 

Demokratik.Az

Xəbər 3927 dəfə oxunub






Oxşar xəbərlər

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25952] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00908] calend [0.00053] topnewsend [0.00444] rsssend [0.00000] ehgend [0.00603] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23789]