"Dedim başın xarabdır, mən bütün Qafqazın şeyxiyəm"

  • 30 mart 2016, 20:58
Fəxrəddin Abbaszadənin ermənilərin tədbirində iştirakı məni hiddətləndirir. Təəssüf ki, içimizdən belələri də çıxır.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri  Allahşükür Paşazadə deyib.

QMİ sədri bildirib ki, Ələkrəm Hümmətov bir vaxt ona Lənkəranın şeyxi olmasını təklif edib:

"Dedim, başın xarabdı, mən bütün Qafqazın şeyxiyəm. Fəxrəddin Abbaszadə, Ələkrəm Hümmətov kimi insanlar satqın, xaindirlər. Biz moizələrimizdə belə məsələləri də nəzərə çatdırmalı, bizə qarış təbliğat aparanlara sözümüzü deməliyik".(apa)