Sürücü protokolu necə ləğv etdirə bilər? - VİDEO

  • 26 mart 2016, 23:00
Bəzən sürücülər hansısa qayda pozuntusuna görə  barələrində tərtib edilmiş protokolla razılaşmırlar. Onlar özlərini haqlı hesab edirlərsə, onda şikayət və iradlarını qeyd edərək protokolun icraatına xitam verilməsina nail ola bilərlər. Amma bunun üçün bir neçə vacib məqamı yadda saxlamalıdırlar.

Əgər sürücü tərtib edilmiş protokolla razı deyilsə, o zaman bu haqda protokolun 1-ci bəndində qeyd aparmalıdırlar. Həmin protokolda ' razı deyiləm' ifadəsini yazmaq da kifayətdir.

Bundan sonra protokolun 2-ci bəndində sürücünün razılaşmadığı işə nə zaman baxılacağı haqqında qeyd var. Həmin bəndi oxumaq lazımdır.

Prootokolun 3-cü bəndinə imza atmala sürücü narazı olduğu işə nə zaman baxılacağı haqqında məlumatlı olduğunu qəbul edir.

4-cü nöqtədə, əgər sürücünin əlavə sübutları, eləcə də videogörüntüləri varsa onlar təqdim edilməlidir.

5-ci nöqtədə sürücü ondan alınmış sənədlərin geri qaytarılmasına imza atmalıdır. Belə ki sürücü qayda pozuntusu ilə razılaşmasa belə, sənədlər ona qaytarılmalıdır.

Əgər sürücü qayda pozuntusu ilə razıdırsa, onda protokolda cərimə məbləği qeyd edilir.Narazılıq varsa onda həmin qrafa boş saxlanılmalıdır. Orda hansısa məbləğ qeyd edilibsə, protokol etibarsız sayılır. Sürücülər mütləq narazı qaldıqları protokolu özləri ilə götürməlidirlər.(xezerxeber.com)
Oxşar xəbərlər