“Qəmlonu arvadlar yaba ilə öldürüblər...”

  • 19 mart 2016, 20:28
Görkəmli yazıçı Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə "Kulis”ə maraqlı müsahibə verib. Yeganə Kərimzadə atasının dəfələrlə təzyiqlərə məruz qaldığını bildirib:

"Atam bir müddət, haradasa, il yarım anamdan ayrılıb, başqa qadınla yaşayıb, sonra geri qayıdıb. Bu mənim uşaqlıq yaddaşımda travma kimi qalıb. Anam təbii ki, incimişdi. Amma atam qayıdanda heç bir problem yaratmadı, bağışladı onu. Qəlbində nə vardısa da, bildirmirdi. Anam onu çox sevib."
 
 "Bir dəfə bibimgilə getmişdim, bir kişi gəldi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyfini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Deyirdilər, başına pul da qoyublar. Öldürmək istəyirdilər bir ara. Guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşub. Mərdlikləri də varmış”.
 
Yeganə Kərimzadə atasının ölümündə şübhəli məqamlar olduğundan da söz açıb:

"Atam sap-sağlam adam idi. MƏNCƏ, onu KQB öldürdü
 
"Atam sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Bildiyiniz kimi, son hadisələrdə çox fəal idi. Nəsə yardım komitəsi yaratmışdılar. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki, bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul etməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, oradan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orada iflic vurmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu, içimdə ciddi şübhələr var”.
 
Demokratik.Az
Oxşar xəbərlər