"Palmali"nin sahibi Türkiyəni tərk etməyəcək!

  • 14 fev 2016, 20:54
"Deyirlər ki, mən Türkiyəni tərk edib Rusiyaya gedəcəm. Bu, doğru deyil. Mənim Rusiyadakı şirkətim 20 ildir fəaliyyət göstərir. Həmin şirkət tamamilə rus qaydaları ilə qurulub”.

Modern.az saytı xəbər verir ki, bunu Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin "Hürriyet” qəzetinə müsahibəsində deyib.

Mübariz Mənsimov bildirib ki, dənizçilikdə tonnaj gücünü 3 milyon tondan 5 milyon tonadək yüksəldəcəklər.

Rusiya-Türkiyə arasında yaşanan gərgin münasibətlərdən sonra işlərində az da olsa durğunluq yaşadığını qeyd edən Mübariz Mənsimov, baş verən böhranın onun işlərinin tamamilə sona çatdırması haqqında gəzən məlumatların yanlış olduğunu vurğulayıb: "Rusiyadakı şirkətlər hər ay hökümətə vergi ödəyir. Oradakı işlərim davam edir. Mən Azərbaycan türküyəm, Türkiyədən getmək fikrim də yoxdur”.

Malta, Azərbaycan və Rusiyada şirkətlərə sahib olduğunu deyən azərbaycanlı neftin qiymətinin kəskin azalmasından da danışıb. Əsas işi neft nəqli olan Mübariz Qurbanoğlu neftin qiymətinin düşməsinin onun biznesinə müsbət təsir etdiyini də vurğulayıb.
 
Demokratik.Az
Oxşar xəbərlər