Deputat ittihamlara CAVAB VERDİ

  • 05 fev 2016, 20:25
Bir sıra mətbuat orqanlarında deputat Elmira Axundova və oğlunun çox baha qiymətə yeni mənzil alması barədə məlumatlar yayılıb.

Məlumatda bildirilib ki, "Abşeron” Mənzil-Tikinti Kooperativinin möhürlü, imzalı sənədi ilə Elmira Axundova və oğlu Həbib Axundov bir müddət əvvəl şəhərin mərkəzində, çox bahalı "Port Baku Residense”də avtomobil üçün dayanacaqları ilə birlikdə iki mənzil alıb.

Deputat Elmira Axundova iddialarla bağlı açıqlama verib. Modern.az-ın xəbərinə görə, açıqlamada bu mənzillərin artıq 5 ildir onların mülkiyyətində olduğu qeyd edilib.

"Bu mənzillər artıq 5 ildir ki, mülkiyyətimizdədir. Onların qiyməti də yazılanlardan qat-qat ucuzdur. Nə vaxtdan mənzil sahibi olmaq qəbahət sayılır?

Məgər mənim çoxillik fəaliyyətim və xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi? Bir də ki, mənimlə Feyruz Həşimov arasında olan məhkəmə prosesi şərəf və ləyaqətlə bağlıdır, mülkiyyətlə yox. Sadəcə olaraq qarşı tərəf məhkəmədə yenə uduzduğuna görə, belə qanunsuz əməllərə əl atır.

Onlardan fərqli olaraq mən qanuni yollara üstünlük verirəm və hüquqlarımı məhkəmədə uğurla müdafiə edirəm. KİV-lərə isə məsləhətim budur: boş yerdə ucuz sensasiya axtarmayın, ciddi problemlərlə məşğul olun”.
 
Demokratik.Az
Oxşar xəbərlər