Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:43 - 21.07.2019  
Generalın qohumunun döydüyü oğlan: "Deyirdi sizi pulla basdıraram"
Tarix: 27-01-2016, 18:07 | Bölmə: Xəbərlər » Müsahibə

Generalın qohumunun döydüyü oğlan: "Deyirdi sizi pulla basdıraram"Ötən gün Bakının Tbilisi prospektində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində idmançıların mühafizəçini döyməsi günün müzakirə mövzusuna çevrilib. Hadisənin geniş ajiotaj yaratmasına səbəb dava salan idmançılardan birinin general qohumu olması ilə bağlıdır. 

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, yanvarın 25-i, saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıb.

Milli.Az bildirir ki, azvision.az  hadisə zamanı xəsarət alan Sadiq Bağırovla əlaqə saxlayaraq, insidentlə bağlı yeni məlumatlar əldə edib:

- Hadisəni törədənlərin kim olduğunu dəqiq bilmirəm. Gecə saatlarında "Bently" markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil oldu. Sürücü pəncərəni açaraq 100 manatlıq benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar. Mən onlara yaxınlaşıb, nə baş verdiyini soruşdum. Onlardan sayğacda göstərilən məbləği ödəməyi xahiş etdim. Bu, onların xoşuna gəlmədi. Maşından düşən oğlanlar mənə hücum etməyə başladılar. Post-terminalı götürüb başıma vurdular. Niyə belə elədiklərini soruşsam da, əl çəkmirdilər. Hamı üstümə tökülüb məni döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək.
İşçilər bizi ayırandan sonra, "Bently"dən düşən idmançı əlində silahla iş yoldaşlarımı hədələməyə başladı. 

- Həmin şəxslərin generalın qohumu olduğu iddia edilir. Hətta deyilir ki, onlar sizi generallahədələyib? Bu doğrudurmu?

- Sözün açığı onlar içkili idilər. Nə danışdıqlarını bilmirdilər. "Bently"nin sürücüsü iddia edirdi ki, guya bizə yüz manat verib. Sürücü qışqırırdı ki, "siz kimsiniz bizi gözlətdirirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda duran bilməz. Sizi pulla basdıraram". Onları sakitləşdirməyə çalışırdım. 

Aramızda mübahisə düşəndən bir neçə dəqiqə sonra əraziyə "Prado" markalı maşın gəldi. Maşından düşən idmançılar da mənə hücum etdi. Təkləmişdilər məni. "Prado"nun sürücüsü işçilərimizi hədələyib, deyirdi ki, onun atası imkanlı adamdı, sizi məhv edərlər. Heç bir səbəb olmadan məni döydülər. Qapalı kəllə-beyin travması almışam. Hazırda müalicələrimi ev şəraitində davam etdirirəm.

- Onlar neçə nəfər idilər?

- Səhv etmirəmsə, "Bently"də 4 nəfər var idi. Maşında iki qız var idi, onlar da içkili idilər. Həmin şəxslər otaqda məni döyəndə qızlar maşından düşüb söyüş söyürdülər. Nəzarət otağını alt-üst etmişdilər. 

Mən əziyyətlə çörək pulu qazanıram, onlar harınlamış insanlardır. Onlar kiməsə arxalansalar da, mən dövlətimə, polisə arxalanıram. Heç kim qanundan qaça bilməz. 

Onlar özlərinə hörmət qoysaydılar, mənin ünvanıma günahsız yerə nalayiq ifadələr işlətməzdilər. 

- Sizinlə bağlı apardığımız qısa araşdırma zamanı jurnalist olduğunuzu öyrəndik...

- Bəli, ixtisasca jurnalistəm. Xəzər universitetinin jurnalistika fakültəsini bitirmişəm. İxtisasımla bağlı iş tapa bilmədiyim üçün mühafizəçi işləyirəm.

Qeyd edək ki, mətbuatda hadisənin əsas səbəbkarı olan İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb. 
Məhərrəm Əliyevin qardaşı, deputat Adil Əliyev mətbuat açıqlamasında İsa Əzizovun qohumu olduğunu təsdiqləyib.

Xəbər 2441 dəfə oxunub






Oxşar xəbərlər

Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12093] initstartout [0.00012] initstartin [0.00059] calstart [0.00691] calend [0.00040] topnewsend [0.00264] rsssend [0.00000] ehgend [0.01104] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09876]