Mirşahin Ağayev: "Məmurlar ANS-ə qurşaqdan aşağı zərbə endirdilər"

  • 22 yan 2016, 20:18

«Milli Teleradio Şurasının (MTRŞ) qərarı nəinki qanunsuzdur, hətta faktiki olaraq söz azadlığına və demoktratiyaya qarşı atılmış addımdır». Haqqın.az saytının xüsusi müxbiri xəbər verir ki, bunu bugünkü mətbuat konfransında məşhur telejurnalist Mirşagin Ağayev, ANS telekanalında «Hesabat» verilişinin yayımlanmasına qoyulmuş 1 aylıq qadağanı şərh edərkən deyib.

Mirşahin Ağayev MTRŞ-nin qərarını «məmurların özbaşınalığı», «faktiki olaraq senzuranın tətbiqi» və «jurnalistlərin hüquqlarının məhdudlaşdırılması» kimi qiymətləndirib.

«Biz məmur özbaşınalığı ilə sona qədər mübarizə aparacağıq», - deyən Mİrşahin Ağayev onu da qeyd edib ki, üzümüzə gələn bazar günü «Hesabat» verilişi efirə getməyəcək, belə ki, telekanal bu qərarın qanun çərçivəsində ləğvinə çalışacaq.

Telejurnalist mətbuat konfransındakı çıxışında deyib: «Bu gün bizim əməkdaşlarımızı MTRŞ-nin iclasından qovublar və qərarı onlar olmadan veriblər. ANS Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağ uğrunda mübarizə aparıb. Bu mübarizədə biz şəhidlər vermişik. Lakin bu gün bizə qurşaqdan aşağı zərbə endiriblər. Mən öz intuisiyama inanıram və o mənə deyir ki, artıq sabah biz pozitiv xəbərlər alacağıq və MTRŞ öz qərarını dəyişəcək».

***

Bu gün Milli Teleradio Şurasının (MTRŞ) növbəti iclasında qəbul edilmiş qərara əsasən, 24 yanvar 2016-cı il tarixdən ANS telekanalında «Hesabat» verilişinin yayımı 1 ay müddətinə dayandırılıb.

Saat 19:00-da verilişin aparıcısı, jurnalist Mirşahin Ağayevin bu məsələ ilə bağlı mətbuat konfransı başlayıb.

Demokratik.Az

Oxşar xəbərlər