"Azersun" rəsmisi: Zahid Oruc dağıdıcı mövqe nümayiş etdirərək iftiralara başlayıb

  • 15 yan 2016, 20:53
"Azərsun Holdinq”in Mətbuat Xidmətindən "Qafqazinfo”ya daxil olan məlumatı olduğu kimi təqdim edirik:

"Bu gün mətbuatda millət vəkili Zahid Oruc bəzi qrupların təşviqi ilə Azərbaycanın mövcud iqtisadi vəziyyətində birləşdirici deyil, dağıdıcı mövqe nümayiş etdirərək iftiralara başlayıb. Xaricə pomidor ixrac edən "Azərsun Holdinq”i, Çindən tomat konsentratı gətirməkdə ittiham edərək, gülünc mövqe sərgiləyib. Buna inanan və şübhəsi olan hər kəs Azərbaycana Çindən tomat pastası gətirilib-gətirilməməsi barədə Dövlət Gömrük Komitəsindən məlumat ala bilər. Şirkətin bu çətin dönəmdə Azərbaycan xalqı və dövlətinə necə dəstək ola biləcəyini, böhrandan çıxış yollarını araşdırdığı bir zamanda, millət vəkilinin bu ali statusa yaraşmayan iftiralara başlaması təəssüf doğurur.

Minlərlə çeşiddə məhsul istehsal edən, on minlərlə iş yeri yaradan, yüz minlərlə insanın məşğulluğuna şərait yaradan bir qurumun da fəaliyyəti göz önündədir, Zahid Orucun da fəaliyyəti və həyat yolu.

Zahid Oruca bundan artıq cavab verməyə lüzum görmürük”.

Bugün millət vəkili "Azersun”u sərt tənqid edərək qida sənayesində inhisarçı mövqedə olduğunu bildirmişdi:

"Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və s. gətiriblər. Sanki, "Azersun" olmasaydı Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməycəkdi. "Azersun" düşünür ki, 10 min insanı Afrikadan, İrandan, ya da Türkiyədən gətirməli imişlər.

"Azersun" Çindən gətirilmiş hazır konsentratın üstündə biraz da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat"ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir”.
 
Demokratik.Az
Oxşar xəbərlər