Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:29 - 18.01.2019  
"Müxalifətin anti-böhran təkliflərinə ehtiyac yoxdur" - Deputat
Tarix: 12-01-2016, 09:05 | Bölmə: Xəbərlər » Müsahibə

Manatın ikinci devalvasiyası ölkədə əhalinin sosial vəziyyətini bir qədər də ağırlaşdırdı. Sosial şəbəkələrdən də göründü ki, vətəndaşlar hökumətdən mövcud vəziyyətlə bağlı çıxış yolu istədikləri kimi, müxalifətdən də bu proseslərə bir etiraz səsi gözlədilər. Azərbaycanın müxalifət partiyaları isə sadəcə olaraq, sosial şəbəkələr, mətbuat üzərindən hökumətə böhrandan çıxmaq yollarını təklif etdilər.

"Müxalifətin anti-böhran təkliflərinə ehtiyac yoxdur" - DeputatMəsələ ilə bağlı musavat.com-a danışan deputat Fəzail Ağamalı bildirib ki, ümumiyyətlə, müxalifətin bu cür təkliflər verməsinə ehtiyac yoxdur: "Ölkə başçısı başda olmaqla, hökumət gedən proseslərin fərqindədir. Bu ilin 10 yanvar tarixində də ölkə başçısının hökumətin hesabatında verdiyi açıqlamalar, söylədiyi fikirlər birmənalı şəkildə sübut edir ki, cənab prezident baş verən hadisələrin tamamilə fövqündədir. Ölkə başçısı ölkəni dünyanı bürüyən və getdikcə dərinləşən iqtisadi-siyasi böhrandan sığortalamaq üçün lazım olan addımların atılması barədə konkret tapşırıqlar verir. Tamamilə əminəm ki, bu gün ölkə başçısı və onun komandasında anti-böhran xarakterli proqram sənədləri mövcuddur. Xatırlatmaq istərdim ki, 2016-cı ilin büdcə layihəsi hazırlanan zaman ölkənin maliyyə naziri Samir Şərifov millət vəkillərinin qarşısında çıxış edərkən bildirdi ki, hökumət üç layihə hazırlayıb. Bu, dolların devalvasiyası və neftin qiymətinin aşağı düşməsi ilə bağlı idi. Birincisi neftin qiymətinin 50 dollar, ikincisi 50-30 dollar arası və 50 dollardan yuxarı olmasına uyğun olan layihələr idi. Biz 50 dolların üzərində dayandıq və həmin büdcəni təsdiq etdik. İndi əgər başqa addıma ehtiyac olarsa, artıq hökumətin əlində neftin qiymətinin 30 dollara qədər düşməsi zamanı görüləcək işlər üçün konkret proqram var. Bu baxımdan, hesab edirəm ki, hökumətə təqdim edilən böhranla bağlı proqramlara heç bir ehtiyac yoxdur. Hökumət özü lazım olan tədbirləri görür və görəcək”.

Politoloq Natiq Miri isə bildirib ki, müxalifət bu gün real imkanlar çərçivəsində hərəkət etmək məcburiyyətindədir: "Çünki hətta müxalifət bu gün küçələrə çıxsa da, indiki şəraitdə fiziki baxımdan böyük güc toplamaq imkanında deyil. Eyni zamanda xalqın onları birmənalı dəstəkləyəcəyinə də müxalifətdə əminlik yoxdur. Çünki hələlik devalvasiya hadisələri və bundan zərər çəkən cəmiyyətdən bir növ sosial sifariş hiss olunmur. Bu baxımdan, müxalifət hələ ki, gözləmə mövqeyini seçmək məcburiyyətindədir. Paytaxtla müqayisədə regionlarda ümumi sosial vəziyyət daha çətindir. Buna görə də artıq müşahidə edirik ki, bölgələrdə lokal da olsa, müəyyən sosial etirazlar dirçəlməkdədir. Hesab edirəm ki, bu etirazlar intensivləşdikcə, hakimiyyət konkret olaraq, anti-böhran proqramını ortaya qoymadıqca, müxalifət də tərpənmək məcburiyyətində qalacaq. Müxalifət bunu öz gücü ilə edəcək səviyyədə deyil. Sosial sifariş olduğu təqdirdə, hesab edirəm ki, müxalifət bu fürsəti boşa verməyəcək”. 

Politoloq bildirib ki, eyni zamanda müxalifətin hazırkı susqunluğu hakimiyyətə bir zaman şansı tanımaq anlamı da daşımalıdır: "O mənada ki, bu gün əksər postsovet və neft istehsal edən ölkələrdə müəyyən iqtisadi böhranlar, devalvasiya prosesləri gedir. Ancaq buna adekvat olaraq, bir çox ölkələr çox ciddi anti-böhran proqramları ortaya qoyublar. Azərbaycanda isə hələ ki, bu sözçülükdən irəli getməyib. Ölkədə iqtisadi baxımdan vəziyyət müsbətə doğru dəyişməsə, müxalifət konkret siyasi qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Əks təqdirdə, təbii ki, müxalifətin fəaliyyətinin sıfıra bərabər olması görünəcək. Bu isə onların siyasi gələcəyi üçün konkret müəyyənedici faktora çevriləcək ki, müxalifət artıq mövcud duruma müdaxilə etmək gücündə deyil. Əgər xalqda bu cür fikir formalaşarsa, bu, onlar üçün siyasi faciə olacaq”.
Xəbər 2231 dəfə oxunub






Oxşar xəbərlər

Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12520] initstartout [0.00015] initstartin [0.00064] calstart [0.00883] calend [0.00055] topnewsend [0.00385] rsssend [0.00000] ehgend [0.01317] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09743]