Deputat bəzi məmurları YIXIB-SÜRÜDÜ

  • 09 yan 2016, 13:53

"Dostlar, bizim bəzi keçmişini unudan vəzifəlilərin idarəetmədə bir neçə rusvayçı üsulu bir vətəndaş kimi məni də narahat edir"

Demokratik.Az xəbər verir ki, bu fikirləri millət vəkili Adil Əliyev öz "Facebook” statusunda qeyd edib. O, qeyd edib ki, birincisi, əvvəlcədən xəbərdarlıq etmədən işçini işdən qovmaq – qəddarlıqdır:"İkincisi, işçi ilə prinsip aparmaq – nadanlıq, üçüncüsü, işçinin əməkhaqqısını ödəyəndə xəsislik etmək – xırdaçılıqdır.Dostlar, iş yerlərində ayıq-sayıq olun ki, bu kimi haqsızlıqlarla rastlaşmayasınız. Çünki, ixtisarlar gedən bir vaxtda, iş tapmaq çətindir.Allah özu millətimizin köməyi olsun”.

Oxşar xəbərlər