Elza Seyidcahanın YAP-da qalmasına etiraz...“91-lər”in üzvündən sərt bəyanat

  • 03 yan 2016, 20:46
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucuları olmuş məşhur "91-lər” hərəkatının üzvü Ariz Abduləliyev YAP-dan uzaqlaşdırılmasının gerçək səbəbinin ona izah edilməsini istəyir. 

A.Abduləliyev Modern.az saytına göndərdiyi şərhdə narazalığını bu cür ifadə edib: "YAP-da qanunlara hörmət edən bir adam tapılmır ki, 8 ildir yazdığım ərizələrə cavab versin. Görünür, mənə qarşı ədalətsiz və özbaşına hərəkətlərinini qarşılığında ərizələrimdən gizlənməyə üstünlük verirlər. Amma YAP üzvləri, YAP Siyasi Şura üzvləri dövlət əleyhinə, YAP əleyinə açıq çıxışlar edirlər, hətta Prezident tərəfindən cəzalandırılırlar, cəmiyyət tərəfindən ittiham olunurlar, nədənsə YAP, məsələn, Siyavuş Novruzov bu adamlar haqqında "nizamnaməyə zidd gedir" demir, bu qədər nizamnaməni pozanları partiyadan xaric eləmirlər”. 

A.Abduləliyev partiya nizamnaməsini pozan, amma cəzalandırılmayan YAP-çıların bəzilərinin adlarını da açıqlayıb: "Məsələn, müğənni Elza Seyidcahan respublika ictimaiyyəti qarşısında YAP-a qarşı böyük hörmətsilik göstərdi, partiyanı, onun nizamnaməsini saymadığını öz rəftarı və hərəkəti açıq bir tərzdə nümayiş etdirdi. Əvəzində YAP nizamnaməsini onun ayaqları altına atıb sadəcə töhmət verməklə kifayətləndilər. Bu həmin YAP-dır ki, 2005, 2010-cu illərdə müstəqil seçkiyə qatılan namizədlərini "nizamnaməyə zidd gedir" maddəsi ilə partiyadan xaric elədi. Amma YAP-ın nizamnaməsini, partiya təəssübkeşliyini Elza Seyidcahana qurban elədilər. İndi də Eldar Sabiroğlu... Bu şəxs partiya nizamnaməsini pozursa, birdəfəlik nizamnaməyə hörmət edib, tədbir görsünlər. Nizamnaməyə qarşı partiyada bu qədər loyallığa, ikili münasibətə, hörmətizliyə son qoyulmalıdır. 

Prinsipial partiya münasibəti o cümələdən, Elnur Aslanova, Gülər Əhmədovaya bildirdilməlidir. Onlara münasibətdə YAP rəhbərliyi nizamnamə qaydalarına riayət etməli, partiadan xaric olunmaları haqqında Siyasi Şura təcili qərar verməldir. O cümlədən, Eldar Mahmudovla əlaqəli bilinən sabiq rabitə naziri Əli Abbasov, bu nazirliyin məmurları və YAP-ın mərkəzi nəzarət-təftiş komissiyasının sədri təcili YAP-dan və YAP Siyasi Şurasından xaric olunmalıdırlar. Bunu nizamnamə, YAP üzvləri, YAP ideyaları, YAP şəffaflığı tələb edir. Bəsdir, YAP nizamnaməsinə, üzvlərə qarşı ikili münasibətlərə, YAP-daxili şəxsi dividentlərə, şəxsi münasibətlərə son qoyulsun!”



A.Abduləliyevin fikrincə, E.Sabiroğlunun mətbuatdakı çıxışları, bəyanatları YAP nizamnaməsinə uğyğun olaraq partiyada müzakirə olunmalı və barəsində birmənalı qərar verilməlidir. 

Sabiq YAP-çı A.Abduləliyev son vaxtlar mediada YAP-ın rəhbərliyində təmsil olunanlara qarşı çıxışlar edən və hazırda da elə bu siyasi təşkilatın sıralarında təmsil olunan E.Sabiroğlunun nə istədiyini anlaya bilmədiyini bildirib: "Konkret Eldar Sabiroğluna gəlincə, o, YAP-da icra aparatı yaradılana qədər YAP "informasiya və analitik təhlil" şöbəsinə 1-2 il rəhbərlik edib. Vaxtilə "Mədəniyyət", "Vətən səsi", "Millət" və "Səs" qəzetlərində müxbir kimi çalışıb. 1990-cı illərin ortalarında YAP-ın tədbirlərində, təşkilati işlərində, yerli təşkilatlarda partiya işinin qurulmasında Əli Nağıyev, Siyavuş Novruzov, Əli İnsanov və başqaları ilə birlikdə yaxından iştirak edib. YAP-dan deputat seçilib və s. Sonra da Müdafiə Naziliyində vəzifə, hərbi rütbə, yüksək maaş, yüksək təqaüd... Onun daha nə umması mənə məlum deyil, bu qədər vəzifənin qarşılığında daha nə istəyir - heç kimə aydın deyil. Oğlunu prokurorluq orqanlarına işə götürmüşdülər - daha nə istəyir, bəlli deyil... Xalqın güzəranından danışır, amma onun bu xalq təəssübkeşliyi vətən təəssübkeşliyindən niyə ayrıdır? Mən Qərbi Azərbaycanı nəzərdə tuturam. Hər halda, qadınları bura göndərəndən sonra bir böyük partizan dəstəsi düzəldib meşələrdə qalmaqla, ermənilərə az da olsa qan uddurmaq, öldürülənlərin intiqamını almaq, sonradan yenə dağlarla Azərbaycana bir qəhrəman kimi gəlmək olardı...

"91-lər” hərəkatının üzvü deyir ki, YAP icra rəhbərliyi və Siyasi Şurası istədiyi üzvə qarşı yalandan nizamnamə bəhanəsi ilə ədalədsizlik edir, amma YAP-ı cəmiyyətdə hörmətsiz edənlərə, dövlərçiliyə qarşı çıxanlara, korrupsiya və rüşvət alan məmur kimi ictimaiyyətin qınağına tuş gələnlərə münasibətdə  nədənsə nizamnamə yada düşmür. 

"YAP mənim ədalətiz, haqsız və özbaşına olaraq partiyadan xaric olunmağıma hələ də səbəb göstərə bilmir”, - deyə o, bildirib.
Oxşar xəbərlər