Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:52 - 19.01.2019  
Azərbaycanda qida təhlükəsizliyi - zəhərlənmələrin sayı niyə artır?
Tarix: 2-01-2016, 22:40 | Bölmə: Xəbərlər » Müsahibə

Azərbaycanda qida təhlükəsizliyi - zəhərlənmələrin sayı niyə artır?Eyyub Hüseynov: " Azərbaycan vətəndaşları tədrici zəhərlənmənin qurbanlarıdır”
Qida zəhərlənmələri günümüzün bəlasına çevrilib. Bayram günlərində də iki ailənin ümumilikdə 7 üzvü yedikləri qidadan və  pomidor turşusundan zəhərləniblər. 

Ötən ilin statistikasına əsaslansaq,  Azərbaycandail ərzində 605 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatınaa görə, qida zəhərlənmələri nəticəsində 848 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 21 botulizm hadisəsi nəticəsində 39 nəfər botulizmlə xəstələnib. Bu il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

Bütün  bunlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində problemlərin olduğundan və insanlarda qida mədəniyyətinin yüksək səviyyədə olmadığından xəbər verir. 

Qida məhsullarının keyfiyyətinə gəlincə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda qida zəhərlənmələri ilə bağlı statistika real deyil və həqiqətdə göstərilən rəqəmdən daha çoxdur: "Ümumdünya Səhiyyə Təşkilatının statistikasına baxsaq, dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda ölənlərin və zəhərlənənlərin sayı dəfələrlə az göstərilir. Azərbaycanda hətta qidanın təhlükəsizliyi haqqında qanun belə yoxdur. Bunun səbəbi isə odur ki, burada maraqlar konflikti var. İnsan zəhərlənəndə birbaşa olaraq səhiyyə orqanlarına müraciət edir. Səhiyyə orqanlarının işçiləri gəlib onun mədəsini yuyur və ilkin yardım göstərirlər. Artıq bu bir fakt kimi itirilir, ört-basdır edilir. İnsan hətta dünyasını dəyişsə də, fiziki baxımdan zərər görsə də, bu zəhərlənmə faktı ilə əlaqələndirilmir. Mən 20 ildir ki, bu sahədə  hüquqi işlə məşğulam, bir dəfə də görməmişəm ki, Azərbaycan həkimi hansısa şəxsin flan qidadan zəhərləndiyini yazsın. Əgər hansısa şirkətin məhsulunun adını yazarsa,  o zaman həmin şirkətin sahibi gəlib Səhiyyə Nazirliyinin verdiyi gigiyenik yararlılıqla sertifikatı qoyacaq onların masasının üzərinə ki, bunu siz vermisiniz. Yəni, sertifikatlaşdırma orqanı ilə əhalinin sağlamlığını qoruyanlar bir əldən idarə olunur və burada maraqlar konflikti yaranır. Ona görə də, ciddi cəhdlə zəhərlənmə halları gizlədilir. Mən bir dəfə də görməmişəm ki, Azərbaycan səhiyyə işçilərindən biri bizə bir fakt versin və biz də məhkəmə iddiaları qaldıraq.  Azərbaycan şəraitində bu mümkün deyil. Ona görə də, Azərbaycan vətəndaşları tədrici zəhərlənmənin qurbanlarıdır. Lakin bunun üçün onlara heç bir kompensasiya verilmir, hansısa kütləvi istehsal malından zəhərlənmə qeydə alınmır”. 

Eyyub Hüseynovun sözlərinə görə, zəhrlənmə səbəbi kimi, Səhiyyə Nazirliyi hər zaman istehlakçının özünü günahkar bilir ki, ya məhsulu yaxşı saxlamadığını, ya da evdə hazırlanan şorabalardan zəhərləndiyini əsas gətirir: "Kütləvi istehsal mallarının adı ona görə çəkilmir ki, həmin şirkətlərə Səhiyyə Nazirliyi özü saxta sertifikat verir.nSaxta ona görə, deyirəm ki, Gigiyenik sertifikatlar adətən məhsula bir dəfə verilir. Məsələn, kolbasa istehsal olunursa, ondan təcrübə üçün bir neçəsi hazırlanır, nazirlik bunu yoxlayıb müəyyən müddətə görə, sertifikat verir, ondan sonra şirkət öz istədiyini həmin sertifikat altında istehsal edir. Yəni, Səhiyyə Nazirliyi növbəti dəfə ona müdaxilə edə bilmir. Biz isə tələb edirik ki, sertifikat istehsal olunan hər partiya məhsula verilsin, ilə və ya aya görə verilməsin . Bütün bu problemlər Azərbaycan istehlakçısının sağlamlığına təhlükə törədir. 

Tibb elmlər doktoru Adil Qeybulla isə "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, qida toksik infeksiyalarından, qida zəhərlənmələrindən qorunmağın birinci yolu, düzgün qidalanmadır: "Adətən zəhərlənmə nədən baş verir? Qidaların düzgün saxlanılmamasından,düzgün istifadə olunmamasından, qidaların konservləşdirmə prosesinin düzgün aparılmamasından və sair. Təcrübə isə onu göstərir ki, xeyli adam konservləşdirilmiş qidalardan zəhərlənir. Burada əsasən ev şəraitində hazırlanmış qidalardan söhbət gedir. Dəfələrlə bu barədə deyilib ki. ev şəraitində hazırlanmış yeməklər, şorabalar əgər öz rəngini dəyişibsə, möhtəviyyatını dəyişirbsə, suyu bulanıbsa, köpüklənibsə, qapağı şişibsə, bu o deməkdir ki, orada müəyyən dəyişikliklər baş verib və artıq ondan qida üçün  istifadə etmək olmaz. 

Təəssüflər olsun ki, bu cür qidalardan  istifadə olunur və  ailəlikcə zəhərlənmə halları qeydə alınır. Balıq məhsullarından istifadə zamanı əgər onlar düzgün saxlanılmayıbsa, zəhərlənmə halları ola bilər. Bu cür hallara əsasən restoranlarda, kütləvi qidalanma yerlərində, rast gəlinir. KİV-də də bu məsələ ilə bağlı təbliğat işinə önəm verilməlidir. Zəhərlənmə mənbəyi olan hallar ümumiləşdirilməlidir  və bu haqda məlumatlar verilməlidir ki, bu cür qidalardan istifadə edərkən diqqətli olun. Göbələklərdən, balıqdan, şorabalardan, boyat qidalardan istifadə edərkən diqqətli olmaq lazımdır. İnsanlar bu məsələlərə həssas yanaşsa, zəhərlənmə hallarının da sayı azalar”. 
Xəbər 2317 dəfə oxunub






Oxşar xəbərlər

Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14844] initstartout [0.00016] initstartin [0.00090] calstart [0.01128] calend [0.00062] topnewsend [0.00520] rsssend [0.00000] ehgend [0.02795] tagsstart [0.00076] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10152]