Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:59 - 21.05.2018  
"Bizə qarşı olan təzyiqlər, hədələr siyasətimizə zərrə qədər də təsir etmir" - İlham Əliyev
Tarix: 1-01-2016, 12:15 | Bölmə: Xəbərlər » Müsahibə

"Bizə qarşı olan təzyiqlər, hədələr siyasətimizə zərrə qədər də təsir etmir"  - İlham ƏliyevPrezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib:


Prezidentin çıxışının tam mətnini təqdim edirik:

"- Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

2015-ci il arxada qalır. 2015-ci ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi.

Bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi.

Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq.

Ancaq təbii ki, bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır, milli valyutamız manat devalvasiyaya uğradı. Ancaq yenə də biz çalışırdıq, çalışırıq və çalışacağıq ki, bu vəziyyət insanların yaşayış səviyyəsinə təsir etməsin. Xüsusilə istehlak qiymətlərinin sabit saxlanması bizim əsas vəzifəmizdir.

Bu il "Kənd təsərrüfatı" ilidir. Şadam ki, kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bütövlükdə götürəndə bizim iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik.

Azərbaycanda sosial məsələlər öz həllini tapır. Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini, yəni, mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır.

2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mənim xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. 2015-ci ildə rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdə olmuşam, 20 xarici səfər həyata keçirmişəm və bu il Azərbaycanda 15 dövlət və hökumət başçısı rəsmi və qeyri-rəsmi səfərlərdə olmuşlar.

Eyni zamanda, bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır.

Sizi əmin edirəm ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir.

Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin.

Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.

Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Buna nail olmaq üçün əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

2015-ci ildə düşmənin bütün təxribatlarına tutarlı cavab verilmişdir. Düşmənə sarsıdıcı zərbələr endirilmişdir və döyüş meydanında yaranmış vəziyyət bir daha bizim üstünlüyümüzü göstərir. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur.

2015-ci ildə də məcburi köçkünlərin problemləri öz həllini tapıb. Hər il minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülür. Bu siyasət gələn il də davam etdiriləcəkdir.

2015-ci ildə enerji sahəsində önəmli addımlar atılmışdır. TANAP layihəsinin icrası başlamışdır. Artıq TANAP layihəsinin həyata keçirilməsi reallıqdır. Burada Azərbaycan tərəfdaş ölkələrlə çox mühüm rol oynayır, böyük işlər aparır. TANAP layihəsinin əsas səhmdarı və əsas investoru Azərbaycandır. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdıraq və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin edək.

Bu il nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı çox ciddi işlər aparılmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni "İpək Yolu" layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün Azərbaycan konkret addımlar atır. Əminəm ki, bu layihə də uğurla reallaşacaq və beləliklə bundan sonra - bu iki mühüm layihə reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir. Bu, nə deməkdir, bunu izah etməyə ehtiyac yoxdur.

Bu il tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan burada da öz gücünü göstərdi. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir və ölkəmizin reallıqları ilə özləri tanış ola bilmişdir. Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Eyni zamanda, Azərbaycan idmanının təntənəsidir. Çünki bizim idmançılarımız, milli komandamız 56 medal qazanaraq, - onlardan 21-i qızıl medaldır, - komanda hesabında ikinci yerə layiq görülmüşdür. Bu, doğrudan da ölkəmizin böyük zəfəridir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz bu uğura imza ata bilmişik.

2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin inkişafı üçün çox önəmli hadisə idi. Parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər bunu qeyd etmişlər. Azərbaycan xalqının iradəsi öz əksini tapmışdır. Parlament seçkilərinin nəticələri xalq tərəfindən bizim siyasətimizə verilən yüksək qiymətin təzahürüdür. Mən bunu belə qəbul edirəm.

Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir. Xalq-iqtidar birliyi, milli həmrəylik bu gün ən yüksək səviyyədədir.

Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar və Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir. Bu gün müstəqil Azərbaycan güclü dövlətdir. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.

Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlarının Həmrəylik Günü və yeni il münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!"
Xəbər 1972 dəfə oxunub






Oxşar xəbərlər

Naftalanın yeni icra başçısı kimin oğludur?
QALATASARAY Türkiyə çempionu oldu
Gəncədə iki yük avtomobili yandı
Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir
ŞOK: - Ərdoğana sui-qəsd planlaşdırılıb
Tramp həyat yoldaşının adını səhv yazıb
ULDUZ FALINIZ – 20 may
Sabah 33139 abituriyenti imtahan verəcək
Donbasda NATO-nun üç hərbçisi öldü
Nəsimi Paşayev istefa verdi
Alpinist Babur Hüseynov Astarada dəfn olunub
Xaləddin İsgəndərov işdən çıxarıldı
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Azərbaycan nümayəndə heyəti Ankarada görüşlər keçirir
İsmayıllıya yağan dolu fəsadlar törədib
Hindistanda körpü uçdu, ölənlər var - FOTOLAR
Mahmud Abbas xəstəxanaya yerləşdirildi
Ermənilər Xocalıda şadlıq evi tikir
"Sağlam ailəmi sənə borcluyam..." - Röya
“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır
Putinlə və Paşinyan Soçidə görüşəcək
Qubada xalça oğrusu tutuldu
Düşmən mövqelərimizi atəşə tutdu
“7 rayon təklifi” güzəşt deyil: Nikolun mövqeyi isə... – Ekspert
Tiflisdə əhali küçələrdə: böyük əməliyyat - Foto
Fazil Məmmədov AGF-dən ayrıldı
12 may - ULDUZ FALI
Rövşən Lənkəranskinin “qardaşı”nın neft milyonları müsadirə edildi
"ELDARGEYT" generalları nə vaxt rütbədən məhrum ediləcək?
"Real" Levandovskinin transferindən imtina etdi
Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır
Şirməmməd Hüseynovun qızına yüksək vəzifə verildi - SƏRƏNCAM
Ermənilər “Komsomolski pravda”nın redaksiyasına hücum edib
ABŞ-ın İran sanksiyaları bizə qazanc gətirir (açıqlama)
Bakıda zavod işçiləri aksiya keçirdi: – VİDEO
Ziya Məmmədov HİCRƏT edəcək?!
Kürəkən onunla sevişmək istəyən qayınanasını boğaraq öldürüb
Prezident Bakıda otel açılışında iştirak edib
Ebru Gündeş 200 min dollar xərclədi
Ayaz Mütəllibovun sabiq mətbuat katibi şikayətini geri çəkdi
“Qaqaş” ləqəbli narkotacir tutuldu – FOTO
“AZAL-ın borcu 1 milyarda çatıb” - RƏHBƏRİNİN AİLƏ BİZNESİ İSƏ ÇİÇƏKLƏNİR!
“Üçüncü dünya müharibəsi olmayacaq.”–Bəşər Əsəd
“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – İlham Əliyev
Lalə Məmmədova: “Həmkarlarımın intim videolarını …”
MM Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirdi
Gömrükçü general ev dustağı edildi – şok gəlişmə
Bürc nə deyir? – 11 may
Mehriban Əliyeva 3 nəfəri təltif edib
Nigeriyalı diplomat Sudanda öldürüldü
Aslan İsmayılov Eldar Əzizovu təhqir etdi - "ailəsinə sahib durmağa ağlı çatmayan"..
Məşhur alimin evtanaziya ilə ölümü - 104 YAŞINDA
XİN rəsmisi Paşinyana CAVAB verdi
Pensiya məbləğinin hesablanmasındakı nöqsanlar olub
Əli Əhmədov və Hadı Rəcəbli toyda rəqs etdi - VİDEO
Paşinyan diqtə etdi - 2 məmur işdən getdi
DTX-nın tutduğu baş redaktor məhkəmə zalından azadlığa buraxıldı - Hökm
Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”
Pandalar kütləvi şəkildə qırılır
Bakıda daha bir zorlanma xəbəri - İnternat məktəbində
Daşkəsəndə ana özünü və 6 aylıq uşağını yandırdı
Oqtay Şirəliyev baş həkimi işdən çıxartdı
Rauf Talışinski "Qurd qapısı" qəbirstanlığında dəfn olundu
Kəmaləddin Heydərovun Göygöldəki üzüm bağına xəstəlik yayılıb
Eldar Mahmudovun qızı UDUZDU – Qətnamə ləğv olundu
Qobustan sakini yanıq xəsarəti alıb
Qızıl 2 dollara yaxın bahalaşıb
Hesablama Palatası Milli Məclisdə hesabat verəcək
Kim Çen In Trampla görüşü müsbət dəyərləndirib
Bürclər – 10 may

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12264] initstartout [0.00025] initstartin [0.00129] calstart [0.01468] calend [0.00086] topnewsend [0.00488] rsssend [0.00000] ehgend [0.00964] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09024]