Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:01 - 13.11.2018  
“Biz bilməliyik ki, 2016-cı il asan olmayacaq” - Prezident
Tarix: 30-12-2015, 23:54 | Bölmə: Xəbərlər » Müsahibə

“Biz bilməliyik ki, 2016-cı il asan olmayacaq” - Prezident"2015-ci il sınaq ili olmuşdur. Dünyada gedən proseslər istər-istəməz bizə də təsir etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır və yaşamalıdır. Baxmayaraq ki, indi ətraf bölgələrdə müşahidə olunan mənzərə çox acınacaqlıdır”.

Demokratik.Az Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zaman sakinlərlə görüşündə deyib.

Dövlət başçısı vurğulayıb ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir:

"Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür. Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək. Mən bunu dəfələrlə bəyan etmişəm və son illərdə qeyri-neft sektorunun inkişafı, bax, bu məqsədi güdür. Əgər biz bu islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə ola bilərdik”.

İlham Əliyev deyib ki, ancaq neftdən asılılıq hələ ki, davam edir və davam edəcək:

"Bu asılılığı ən aşağı səviyyəyə endirmək üçün həm iqtisadi islahatlar, həm idarəetmə sahəsində çox ciddi islahatlar aparılmalıdır. İlk növbədə, bütün sahələrdə şəffaflıq tam təmin edilməlidir. İcra orqanlarının, vergi-gömrük orqanlarının fəaliyyəti, ümumiyyətlə, bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Biz dünyanın inkişaf etmiş ölkələrinin praktikasını tam şəkildə tətbiq etməliyik. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət. Mən bu barədə də dəfələrlə demişəm ki, ictimaiyyət daha da fəal olsun”.

Dövlət başçısı vurğulayıb ki, əhaliyə göstərilən xidmətlərdə çox ciddi islahatlar aparılıb:

""ASAN xidmət” artıq iki ildir fəaliyyət göstərir, 7 milyondan çox insan bu xidmətin imkanlarından istifadə edib və əvvəlki illərdə olan pozuntular, nöqsanlar artıq yoxdur. Yəni, bunu etmək mümkündür. Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam”.

İlham Əliyev bildirib ki, əlbəttə ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq:

"Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək. Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik”.

Mən bir daha sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan inamla inkişaf edəcək. Biz inkişaf yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha da inamla aparıram. Bir daha sizi təbrik edirəm, bayramlarınızı təbrik edirəm”.


Xəbər 2522 dəfə oxunub






Oxşar xəbərlər

Qarabağ əlili banka borcuna görə böyrəyini satmaq istəyir - PREZİDENTƏ ŞİKAYƏT
İstanbulda əməliyyat: 29 nəfər saxlanıldı
Prezident İlham Əliyev Belarusa səfər edəcək
Nazim Süleymanov: "Dözə bilmədiyim üçün.."
Serj Sərkisyan sabiq naziri qabağa verdi
Nazir özünə 4 müşavir və 213 işçi axtarır (SİYAHI)
Elnarə Xəlilova: “İndi Damlalar, Şəbnəmlər dəbdədir...”
Məşhur aktyorun evi külə döndü
Cehun Bayramova MÜRACİƏTLƏR Cəlilabad TŞ-də aranı qarışdırdı - direktorlar toplandı - ÖZƏL
Qənirə Paşayeva məruzə ilə çıxış edib - İstanbulda
Avtobus yük maşını ilə toqquşdu - 35 yaralı
"Sportinq" klubunun sabiq prezidenti həbs olunub
“Veteks-2017” MMC yoxlanılır – Beyləqanda
I Dünya müharibəsi – 100
“Milan” Çindən hücumçu gətirir
NONSENS - Ay səthində zavod tikilə bilər
Yaşar İsakovun DTX-dakı vəzifəsi dəqiqləşdi
Bakı sakini binanın girişində güllələnib
Həbsdə olan Fədayə Laçın xəstədirmi? - İDDİA
Azərbaycanlı iş adamının villasında meyit tapıldı
“AG Bank” hesabatını gizlədir – FOTO
Əli Həsənov Ərəb mediasında Azərbaycanla bağlı önəmli mesajlar verdi
Bu Universitet “Makers’ Day 2018”-ə dəvət edir
Kimlər öldürülməli idi? - Qaşıqçı sui-qəsdinin ŞOK DETALLARI
Makrondan dollarla bağlı çağırış - "hücum olanda"
Qoroskop - 12 noyabr
Düşmən atəşkəsi yenə pozdu
Norveç Bakı səfirliyini niyə bağlayır? - PA
Bugün Bakıda və Abşeronda yağış yağacaq
Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb
Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib
Ceyhun Bayramov idarə rəisini işdən çıxardı – Təyinat
Azərbaycanda Konstitusiya Günüdür
TÜRKMƏN NAĞILININ SONU – Neft ölkələrinin ortaq bəlası…
Mətbuat Camal Xaşuqcinin son sözlərini dərc edib
Fazil Məmmədovun “topdağıtmaz” biznes İMPERİYASI
Mingəçevirdə velosipedçini maşın vurub
Ərdoğan Rusiyaya gedir - Putinlə görüşəcək
Azərbaycanın “Rus NATO-su”na yolu açıldı
Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”
Samirənin yeni seksual - Fotoları
OPEK üzərində “qara buludlar” - bizi nə gözləyir?
“Vaqif Diplomat”ın adamları qeyri-leqal pulları necə “əridirlər”...
Braziliyada torpaq sürüşməsi - 10 nəfər ölüb
Zakir Həsənov Türkiyəyə başsağlığı göndərib
Zamirə Hacıyeva London küçələrində: “Məni tək buraxın” –VİDEO, FOTO
Bakıda jurnalist saxlanılıb
SAZ, SÖZ BİR DƏ QILINC - Mərhum baş redaktorun hikməti ilə... /XATIRLATMA/
GÖMRÜKDƏ RÜŞVƏTİ BELƏ YIĞIRLAR – “50 manat bas rəisin cibinə / VİDEO
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq
Mədət Quliyev veloyürüşdə iştirak etdi - FOTOLAR
Saxta pulla alış-veriş edənlər saxlanılıblar
FED-in qərarı ABŞ-ın dövlət istiqrazlarını ucuzlaşdırıb
Amaliya Pənahova ilə vida mərasimi keçirilib - Fotolar
"Yeni Müsavat" qəzeti ilə 29 ilin bitməyən hekayəsi - videomüsahibə
100 YAŞLI BAYRAĞIMIZ - ƏBƏDİ DALĞALANSIN!
Bürcünüz – 9 noyabr
DTX-ya yeni təyinat - Yaşar İsakova vəzifə verildi
Məmurların general və polkovnik övladları - MÜXTƏLİF VƏZİFƏLƏR
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
Xalq artisti Amaliya Pənahovanı İTİRDİK
Gürcüstanda Azərbaycana məxsus avtomobil yanıb
Əfqanıstanda 16 silahlı məhv edilib
"Ömrümü metropolitenə sərf etməyim boş imiş" - Tağı Əhmədov təəssüfləndi
Səhiyyə sahəsinə 1,8 milyon manat ayrıldı
Orqanizmi şəkəri az həzm edənlər daha sağlamdır
İngiltərədə zaminə buraxılan Zamirəni nə gözləyir?
Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb
HEYDƏR ƏLİYEVİ ilk işə alan DTK polkovnikinə yubiley keçirilsin! - Vətəndaş təklifi / ÖZƏL
Alışanovun "ELMİ İŞİNİN" ŞOK PAXIRLARI - DETALLAR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14776] initstartout [0.00016] initstartin [0.00089] calstart [0.01224] calend [0.00046] topnewsend [0.00318] rsssend [0.00000] ehgend [0.00470] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12558]