Ərdoğan Əl Arabiya kanalına müsahibə verdi

  • 29 dek 2015, 22:15

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türk hərbi birləşmələrinin İraqın dəvəti ilə DEAŞ-la mübarizə çərçivəsində Başikada olduğunu və İraqın bu təşkilata qarşı kifayət qədər mübarizə etmədiyini bildirdi.

Demokratik.Az-ın məlumatına görə,Ərdoğan Əl Arabiya kanalına verdiyi müsahibədə İraqdan Türkiyəyə yönəlmiş DEAŞ təhlükəsinə diqqət çəkərək: "Türkiyəyə İraqdan gələ biləcək təhdidə mane ola bilməyənlər Türkiyəyə bir söz deyə bilməzlər, əvvəl bu təhdidin aradan qalxması lazımdır. Oradan terrorçular Türkiyəyə daxil olduğu təqdirdə biz də tədbirimizi almaq məcburiyyətindəyik" dedi.

Türkiyədə 300 min İraqlı üçün düşərgələr qurulduğunu vurğulayan Ərdoğan Türk əsgərinin Başikada olmasından narahat olan Rusiya və İranın, İraqlılara sığınacaq vermədikləri halda spekulyasiya etdiklərini qeyd etdi.

Ərdoğan, İraq Baş Naziri Heydər Əl-İbadinin Türkiyəyə səfəri zamanı Türkiyə əsgərlərini dəvət etdiyini və bundan sonra Başikaya Türk hərbi- təlim birləşmələrinin yerləşdirildiyini, İraqlı rəsmilərin də bu birləşmələrə baş çəkdiyini söylədi.

Suriyadakı proseslərlə əlaqədar atılan addımlardan bəhs edən Ərdoğan bu addımlardan birinin Rusiya, İran, İraq və Suriyanın Bağdadda yaratdığı dördlü qərargah məsələsi olduğunu ifadə etdi.

Türkiyəni də bu qərargaha daxil etmək istədiklərini dilə gətirən Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə: " Mən hüquqi dövlət kimi qəbul etmədiyim Suriya ilə eyni masada necə otura bilərəm? Bu səbəbdən bizim buraya gəlməyimiz mümkün deyil " cavabını verdiyini söylədi.

Prezident Ərdoğan Rusiya-Türkiyə münasibətlərinin vəziyyətinə dair  verilən suala: " Biz hazırda Rusiya ilə münasibətlərimizin əvvəlki kimi düzgün bir şəkildə diplomatik çərçivə içərisində yaxşılaşmasının tərəfdarıyıq " dedi.

Rus təyyarələrinin Türkiyənin hava məkanını pozması hadisəsinə toxunan Ərdoğan:" Özlərinin belə bir səhvi edənlərə xəbərdar etmələri lazım olduğu halda, tam əksinə, hava məkanı pozulmuş  ölkəyə qarşı belə bir davranış sərgiləməsini, mən Rusiyanın diplomatik qüsuru olaraq dəyərləndirirəm " deyə danışdı.

Rusiyanın Suriyadakı bombardmanında Bayırbucak Türkmənlərinin olduğu bölgələr də daxil, bir sıra bölgədə 800-ü mülki vətəndaş olmaqla  bir çox insanın öldüyünü, Rusiyanın hücumlarını qəddar bir şəkildə davam etdirdiyini bildirən Ərdoğan: :Bunlar DEAŞ-la  mübarizə aparmaq əvəzinə, mülayim müxalifətin üzərinə gedirlər. " Biz DEAŞ-ı vururuq" deyirlər. Doğru danışmırlar, bunların hamısının təsbitləri əlimizdə var. Putin DEAŞA-a qarşı birlikdə mübarizə aparmaq təklifimizə "hə"desəydi, bu gün çox fərqli bir vəziyyət olardı " dedi.

Prezident Ərdoğan Suriyadakı humanitar böhranın həll edilməsiilə əlaqədar terrordan təmizlənmiş bölgə yaradılmasına qərar verilməsi halında, Türkiyənin mütəxəssislərinin infrastrukturun qurulmasında iştirak edə biləcəklərini, 1 ildən az müddətdə içərisində məktəbi, xəstəxanası, sosial imkanları olan şəhərciklərin inşa edilə biləcəyini söylədi.

İran ilə bağlı suala Ərdoğan: " Bir çox məsələdə bizim İran ilə fikir ayrılığımız var, amma mən bu fikir ayrılığının qonşuluq münasibətlərinə mane olmasını da istəmirəm. Amma arzum odur ki, biz məzhəb ayrı-seçkiliyi üzündən ilə bir-birimizə düşmən kəsilməyək " dedi.