Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:03 - 23.02.2019  
"Nardaran hadisəsində xarici qüvvələrin rolu var" - Siyavuş Novruzov
Tarix: 27-11-2015, 17:23 | Bölmə: Xəbərlər » Müsahibə

"Nardaran hadisəsində xarici qüvvələrin rolu var" - Siyavuş NovruzovNardaran hadisəsində xarici qüvvələrin rolu var.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin verdiyi məlumatlardan da görünür ki, bir qrup insan Azərbaycanda dövlət quruluşunu dəyişmək, dini dövlət qurmaq, dövlət nümayəndələrinə qarşı terror aktlarını törətmək üçün istər Bakı, istərsə də regionlarda xüsusi dəstələrinin yaradılması ilə məşğul olub: "Bu əməl ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyırdı. Bu məsələ hüquq-mühafizə orqanlarına bəlli olduqdan sonra o insanlar dəfələrlə izahat vermək üçün dəvət olunmalarına baxmayaraq, gəlməyiblər. Hüquq-mühafizə orqanları əməliyyat keçirərkən polisə silahlı müqavimət və tabesizlik göstərilib. Nəticədə iki polisimiz qəhrəmancasına şəhid olub".

S.Novruzovun sözlərinə görə, bütün ölçülər götürülməlidir ki, bu cür qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınsın: "Çünki Azərbaycanda bugünkü ictimai-siyasi sabitliyin yaranması üçün böyük əziyyət çəkilib. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra bir neçə il Azərbaycanda qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və ictimai-siyasi sabitliyin yaranıb, möhkəmlənməsi üçün böyük işlər görüb, addımlar atıb. Bu gün prezident İlham Əliyev tərəfindən də bu yol davam etdirilir. Ona görə də kim Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ayrı-ayrı dövlətlərin təhriki ilə Azərbaycan dövlətinə, dövlət quruluşuna və xalqına qarşı addımlar atmaq istəyəcəksə, onların qarşısı qətiyyətlə alınacaq".

S.Novruzov qeyd edib ki, Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yoxdur, din pərdəsi altında törədilən əməllər var: "Azərbaycanda dövlət tərəfindən dini sahəyə diqqət və qayğının şahidi olmuşuq. Azərbaycanda bir dənə də məscid təmirsiz qalmayıb, ən yüksək səviyyədə təmir olunaraq insanların istifadəsinə verilib. Buna misal olaraq Qafqazda ən qədim məscid olan Şamaxı məscidini, Gəncədə İmamzadə kompleksini göstərmək olar. Qafqazda və dünyada ən böyük məscidlərdən biri olan Heydər Əliyev məscidi tikilib, insanların istifadəsinə verilib. Hər bir kəs dini ayinləri azad şəkildə yerinə yetirə bilər. Biz hansısa dövləti təkrar edə bilmərik, öz adət-ənənələrimiz, dinə öz baxışımız var. İslam Azərbaycanda olduğu qədər heç bir yerdə yoxdur və ən düzgün forması da Azərbaycandadır. Hansısa xarici kəşfiyyat orqanları Azərbaycanda nə isə etmək, nələri isə qarışdırmağa cəhd etmək istəyəcəklərsə, bunların qarşısı alınacaq".

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata əsasən dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Öz xidməti vəzifələrini yerinə yetirən 2 polis əməkdaşı həlak olub.

 

Demokratik.Az

Xəbər 2570 dəfə oxunub






Oxşar xəbərlər

Jurnalist Fuad Abbasovun həyatına təhlükə yaranıb
Balakən rayonuna yeni polis rəisi TƏYİNATI
Qaçırılmış “Niva” Maştağadan tapıldı
Ayaz Salayev İbrahimbəyovu ittiham etdi
Əfv siyahısında kimlərin adı var?
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama
Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır
"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13486] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00693] calend [0.00039] topnewsend [0.00266] rsssend [0.00000] ehgend [0.00908] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11465]