“RƏŞAD DÜZ DEYİR, BƏLİ, TÜRKİYƏ RUSİYADAN ÜZR İSTƏMƏLİDİR"

  • 27 noy 2015, 12:08
"Rəşad Məcid çox düz deyir, bəli, Türkiyə Rusiyadan üzr istəməlidir”.

Demokratik.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında  millət vəkili Aqil Abbas "525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin "Türkiyə Rusiyaya üzrxahlıq eləməlidi! Yanlış olub deməlidi!” fikrinə münasibət bildirirərkən söyləyib. 

Millət vəkili, həmçinin Rusiyanın hərbi təyyarəsinin vurulmasını Türkiyənin ən böyük səhvi adlandırıb: 

"Mən bütün bunları dərindən izləyirəm, Türkiyə bu məsələdə ABŞ-ın "dutkasına” getdi. ABŞ istəyirdi ki, Türkiyə dağılsın və elə Rusiya da düşməni idi. Beş gün bundan əvvəl sayın Ərdoğanla  Putin bir yerdə oturub dərdləşiblər, çörək yeyiblər, söhbətlər ediblər. Axı təyyarə Türkiyənin ərazisin bombalamamışdı axı. Bu hadisəni çox pis qəbul edirəm, Türkiyəni bu məsələdə qınayıram. Onlar mütləq danışmalıydılar, məsələni aydınlaşdırmalıydılar. Gərək ki, Türkiyə bunu etməyəydi, təyyarəni vurmayaydı. Axı qırıcılar həmin təyyarəni Türkiyənin ərazisində endirə bilərdilər, həmçinin Türkiyənin ərazisindən kənarlaşdıra bilərdilər. İndi Rusiya da PKK-nı silahlandıracaq. Bundan sonra da Türkiyə səhvini yumaq üçün heç nə edə bilməyəcək, artıq çox gecdir. Bu məsələ Azərbaycana da böyük zərbədir”.

Demokratik.Az

Oxşar xəbərlər