Mikayıl Cabbarov: “O alimlərin maddi təminat məsələsini həll etməyə hazırıq”

  • 10 noy 2015, 20:59

 

Nazir təklif verdi: "Elmdən Təhsilə” adlı məqsədli proqram hazırlayaq” Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında çıxış edərkən Elmlər Akademiyasını "Elmdən Təhsilə” adlı məqsədli proqramının işlənib hazırlanmasına dəvət edib.  Teleqraf.com Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, nazir məruzəsində elm və təhsilin inkişafının vəhdət təşkil etdiyini söyləyib. Qarşıda duran ümumi məqsəd və vəzifələrə toxunan nazir deyib ki, "Elmdən Təhsilə” adlı məqsədli proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri tədris edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi biliklərin növbəti nəsillərə ötürülməsinə imkan qazana bilər: "Bununla da elmi potensialı olan istedadlı tələbələri vaxtında aşkar etməyə kömək etmiş olacaqlar. Öz tərəfimizdən biz məqsədli Proqram çərçivəsində baza ali təhsil müəssisələrini və ixtisasları müəyyənləşdirməyə, həmçinin dərs deyəcək alimlərin maddi təminat məsələsini həll etməyə hazırıq”.