Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:12 - 18.09.2019  
Rüşvəti tərəzidə çəkmiş adamlar xislətini dəyişə bilməz – Fikrət Yusifov
Tarix: 27-10-2015, 17:11 | Bölmə: Xəbərlər » Müsahibə

Rüşvəti tərəzidə çəkmiş adamlar xislətini dəyişə bilməz – Fikrət YusifovSözlərinin və davranışlarının fərqinə varmayan insanların çoxaldığı bir zəmanədə yaşayırıq. Düşünmədən danışmaq, düşünmədən addım atmaq, əsaslandırılmamış iddialarla çıxış etmək, hər hansı fakta söykənməyən bəyanatlar yaymaq isə bəzilərinin əməlli-başlı vərdişinə çevrilib. Henri Fordun yaxşı bir sözü var: "Düşünmək çox çətin işlərdən biridir. Bax, elə ona görə də, bu işlə az adam məşğul olur”.

Tam əminliklə deyə bilərik ki, bu "az adamlar” sırasında Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyalarının rəhbərləri yoxdur. Onlar hər hansı açıqlama verərkən qətiyyən düşünmürlər ki, deyilən söz nə dərəcədə əsaslı və faktalojidir. Ona görə yox ki, bunu istəmirlər, sadəcə düşünməyi bacarmırlar – ÇƏTİN İŞdir axı..

Azərbaycan Prezidenti cənab İlham Əliyev son günlər ərzində bir-birinin ardınca ölkə istisadiyyatı üçün böyük perspektivlərə yol açan fərman və sərəncamlar imzalayıb. Bu da heç şübhəsiz ki, hər bir ölkə adamı tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısının dediyi kimi, indi Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsindədir. Burada bir məqamı xüsusi vurğulamalıyıq ki, son bir neçə gündə müşahidə etdiyimiz proses Azərbaycan üçün yeni təcrübə deyil. Bu, əslində sahibkarlığın inkişafı, neftdən asılılığın minimuma endirilməsi, eləcə də korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiriıməsi istiqamətində son 11 il ərzində həyata keçirilmiş tədbirlərin məntiqi davamıdır. Bu mərhələ qeyd olunan sahələr üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və illərdir işlənib hazırlanan yeni və daha təsirli mexanizmlərin təcrübəyə yönəldilməsi kimi addımları ehtiva edir. Düz 11 il öncə ölkədə qeyri-neft sektorunun inkişafına dair öz strategiyasını bəyan edən dövlət başçısı belə demişdi: "Neft amili çox böyük rol oynayacaq, amma biz öz siyasi, iqtisadi planlarımızı bunu rəhbər tutub qurmamalıyıq, - sanki Azərbaycanda neft yoxdur, sanki Azərbaycan neft ölkəsi deyildir.” (7 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2004-cü ilin yekunlarına həsr olunmuş geniş iclasındakı çıxışından). 

http://archive.president.az/articles.php?item_id=20070816022447753&sec_id=11

Bu sözləri İlham Əliyev Prezident seçiləndən bir il sonra səsləndirib və özünün sonrakı fəaliyyətində də məhz bu strategiyaya söykənib. Lakin təəssüflər olsun ki, biz yenə də bəzilərinin görülən işlərə qarayaxma cəhdlərini, Azərbaycan iqtisadiyyatını daha böyük hədəflərə aparan prosesə kölgə salmağa yönəlmiş davranışlarını müşahidə edirik. Düşünmək əmsalı sıfra bərabər olan bu adamlar ciddi cəhdlə çalışırlar ki, cəmiyyət ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə hesablanmış tədbirləri, dünya bazarında neftin qiymətininin ucuzlaşmasından dolayı yaranmış vəziyyətə görə atılan məcburi addımlar kimi qəbul etsin. Guya qeyri-neft sektoru bu vaxta qədər hökumətin yadına düşməyib və ölkə başçısı da ilk dəfədir ki, bu mövzuya toxunur. Bəylər, insafınız olsun, saçınız, saqqalınız da ağarıb, heç olmasa bundan sonra danışmamışdan əvvəl düşünün, arxivlərə nəzər yetirin, bilənlərdən soruşun və onda məlum edəcəksiniz ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinin vacibliyindən danışanda və bu istiqamətdə konkret addımlar atanda siz alayı mövzularla məşğul idiniz. Prezident bu kursu müəyyən edəndə, bu istiqamətdə xüsusi dövlət proqramlar qəbul olunanda siz siyasi ambisiyalarınızı bərk-bərk qucaqlayıb boş xülyalarla yaşayırdız. Prezident isə düz 11 il əvvəl belə deyirdi: "Qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların tətbiq olunması, müasir yanaşmanın həyatda öz əksini tapması bizim gələcək uğurlarımızın əsasını qoyacaqdır”.Nəhayət, fərqinə varın ki, yenicə müstəqilliyini bərpa etmiş, üstəlik sizin də sayənizdə bütün sahələri iflic edilmiş bir ölkə öz iqtisadiyyatına nəfəs vermək, onu dirçəltmək üçün məhz Allahın bəxş etdiyi sərvətdən – neftdən yararlanmalı idi. Dövlətin "iməklədiyi” vaxtlarda nefti qoyub gedib çöllərdə qarğıdalı əkəsi deyildik ki... Qəpik-quruş qoyub getdiyiniz bübcə ilə hansı sahəni inkişaf etdirmək olardı?.. Digər sahələrin inkişaf etdirilməsinə həvəs və maraq yalnız növbəti mərhələlərdə yarana bilərdi və indi biz məhz həmin dönəmə gəlib çatmışıq. İlkin mərhədə düzgün və bütün parametrlərinə görə dəqiq cızılmış Neft strategiyasına ehtiyac var idi ki, bunu da ulu öndərimiz çöx böyük məharət və uzaqgörənliklə yarada bildi. Mən sizin dövləti necə idarə etdiyinizin əyani şahidiyəm. Yol verdiyiniz siyasi nadanlıqlar məni bəzi məqamları açıb cəmiyyətə demək zorunda qoyur. Söyüşlə dolu yazılar dərc etməkdə peşəkarlaşmış bir qəzetin səhifəsində siyasi bir alverçinin şəkilini Prezidentin şəkili ilə yanaşı qoymağınızı belə özümə təhqir sayıram. Siyasi meydanda iki qapiya oynamış və bəzən də üçüncü qapı axtarışında olmuş siyasi əxlaqsızları nə yaxşı ki, tanıyanlar çoxdur və indi onlar özlərini "imam övladı” kimi təqdim etməyə çalışsalar da bunun heç bir nəticəsi olmayacaq – tanıyan tanıyır...

Bu çirkin siyasi oyunbazlar öz hakimiyyətləri dövründə Prezident Əbülfəz Elçibəyin beşinci mərtəbədə imzaladığı fərmanları ikinci mərtəbədəcə cirib atırdılar. Yüksək vəzifələrə təyin etdikləri məmurlar rüşvəti kisələrlə alırdı. Belə məmurlardan biri şəxsən mənə illər keçəndən sonra etiraf edib dedi ki, o zaman alınan rüşvəti saymağa vaxt çatmadığından pulları tərəziyə qoyub çəki ilə "hesablaşırlarmış”. Əbülfəz Elçibəy də yaxşı bilirdi ki, məmurlar rüşvəti kisə ilə alırlar. Elə ona görə də 1993-cü ilin mart ayında Xalq Cəbhəsinin Səbayıl rayon İcra Hakimiyyətinin binasında keçirilmiş tədbirində məmurlara üzünü tutaraq belə demişdi: "Ay bəylər, sizlər çox - hakimiyyətdə isə vəzifələrin sayı az. Bizimlə birlikdə meydanlarda mübarizə aparmış adamların hamısaına vəzifə verə bilmərəm axı! Rüşvət alırsınız, zəhmət çəkin onları da dolandırın”. Bax, dövlət idarəçiliyi tamamilə bu psixologiyaya təslim olmuşdu. Elə ona görə də torpaqlarımız işğal olundu, ölkə iqtisadiyyatında inkişaf sözünün bir hərfinə belə rast gəlinmədi. Sovetlər Birliyinə daxil olmuş başqa respublikalardakı müəssisələrin əksəriyyəti fəaliyyətini davam etdirdiyi halda, Azərbaycanda iş yerləri bağlandı, qonşu ölkələrlə iqtisadi əlaqələr kəsildi, insanların sosial vəziyyəti acınacaqlı hal aldı, cinayətkarlıq pik həddinə çatdı, məmur özbaşınalığı özünə sərhəd tanımadı... Ölkə elə bir günə qoyulmuşdu ki, hakimiyyətin son günlərində hökumət başçısı kabinetində oturub avtonəqliyyat müəssisələrinə təkər, akkumlyator bölgüsünü şəxsən özü aparırdı. Bax, bu idi Azərbaycanın o zamankı acı mənzərəsi. Bu mənzərənin yaranmasında misilsiz rol oynamış adamlar indi hakimiyyətə "yol göstərir”, Azərbaycanı regionun həm siyasi və həm də iqtisadi cəhətdən ən qüdrətli dövlətinə çevirmiş, apardığı müstəqil siyasətlə böyük güc sahibi olan ölkələri belə bizim mövqeyimizlə hesablaşmağa məcbur edən Prezidentə "məsləhət” verəcək qədər "ağıllı” olublar. Azərbaycan Prezidentinin qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyəti barədə çıxışları konkret addmlar və uğurla həyata keçirilən proqramlarla müşayət olunub. 2004-cü ildən üzü bəri onun bilavasitə rəhbərliyi altında ölkədə iri infrastruktur layihələri həyata keçikmək yolu ilə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına fundamental zəmin formalaşdırılıb. Bu günsə Azərbaycanın qeyri-neft sektoru kifayət qədər böyük sürətlə inkişaf edir. "Ağıl” öyrədənlər oturub araşdırsınlar – hansı neft ölkəsində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 5 il ərzində 20%-ə qədər, bu sektordan ixracın həcmi isə 60%-dən çox arta bilib? Boş danışıqlar heç kəsə gərək deyil. Bu gün Azərbaycanda Ümumi Daxili Məhsulun 70%-ə qədəri qeyri–neft sektoruna payına düşür. Bir neft ölkəsində bu göstərici öz-özünə gəlib bu səviyyəyə çata bilməzdi. Əldə olunan nəticələr dövlət başçısının yürütdüyü düzgün iqtisadi siyasətin nəticəsidir.  

Bu gün dünyanın ən nüfuzlu maliyyə institutlarının belə etiraf etdiyi reallıqları təkcə bu siyasi oyunbazlar "qəbul etmir”. Səbəbi sadədir: Azərbaycanın inkişafı əhalinin heç 0,1%-nin belə dəstəyini qazana bilməyən bu siyasi oyunbazların maraqlarına uyğun deyil. Bu gün ölkə başçısı illərdən bəri bəyan etdiyi iqtisadi kursun daha sürətli aparılmasında qərarlıdır. O, bu yolda çoxlarının belə düşünə bilmədiyi proqressiv addımlar atır. Siyasi ambisiyası siyasi qabiliyyətindən qat-qat aşağı olanlar isə bunu həzm edə bilmirlər. Azərbaycan iqtisadiyyatının bu sürətlə şaxələndirilməsi nəticəsində yaxın 4-5 ildən sonra "qeyri-neft sektoru”, "sahibkarlığın inkişafı” kimi mövzuların da tamamilə qapanacağından ehtiyat edirlər... Hadisələr isə məhz bu istiqamətdə inkişaf edir. Ortada Prezidentin iradəsi və çağırışı var:"Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür”.

Fikrət Yusifov
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor
Xəbər 2106 dəfə oxunub






Oxşar xəbərlər

Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.49140] initstartout [0.00034] initstartin [0.00106] calstart [0.03479] calend [0.00079] topnewsend [0.00772] rsssend [0.00000] ehgend [0.07765] tagsstart [0.00095] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.36803]