Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:14 - 18.09.2019  
“Eldar Mahmudov bilmirdi ki, qızı viskidən içib, polisləri döyəndə belə olacaq?” - ŞOK
Tarix: 22-10-2015, 23:32 | Bölmə: Xəbərlər » Müsahibə

"Eldar Mahmudov bütün nazirlərlə dodaq-dodağa öpüşürdü, guya onlar bilmirdilər ki, Eldar Mahmudov prezidentə bu cür xəyanət edir?”

Bu sözrəri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə baş verən son hadisələri, MTN-nin yüksək rütbəli zabitlərinin həbsini şərh edərkən bildirib.

Xatırladaq ki, ötən şənbə prezident İlahm Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov tutuduğu vəzifədən azad edilib. Bundan sonra isə MTN-nin generallarının və yüksək vəzifəli heyətinin həbsləri həyata keçirilib.

Bu barədə danışan partiya sədri qeyd edib ki, cənab prezident təkbaşına ortalığa çox güclü mövqe qoyub və düzgün addımlar atır ki, bu kriminallaşmış, rüşvətə bürünmüş  təbəqədən birdəfəlik qurtarsın:

"Bu cür hadisələr Azərbaycanda zaman-zaman baş verib. Hacı Məmmədov məsələsində də, çox ciddi problemlər yaşandı, amma buna baxmayaraq dövlətimix çox ciddi addımlar atdı və bu dəstəni ifşa elədi. Bu da ölkədə və dünyada böyük sensasiyaya səbəb oldu. 

Bu gün də Azərbaycan çox ağır günlərini yaşayır. Yəni dövlətin əsas təhlükəsizlik qurumu olan MTN-nin bu cür nöqsanlara yol verməsi, yaramaz hərəkətlər etməsi xoşa gələn hal deyil. Baxmayaraq ki, biz müxalif partıyayıq və baxmayaraq ki, başqa müxalifət bu hadisələrə sevinir, amma bu hadisə Azərbaycan dövlətinin müstəqilliyinə, xalqımızın rifahına, hüquqi lövlətçiliyimizə mənfi təsir göstərir. Həm də, biz dünyadan nüfuzdan düşürük və ölkədə qruplaşmalar yaranır. 

Prezidentimizin bəxti belə gətirib, o kimə çörək verir, hamısı ona qarşı xəyanət edir. Bu hadisədə söhbət təkcə Eldar Mahmudovdan getmir. Bu gün hakimiyyət daxilində olan qüvvələrin hansın tərpətsən elə çıxacaq. Mən həmişə demişəm, onların hamısının bir ayağı buradadır, bir ayaqları da Qərbdə formalaşmış müxalifətlə bir yerdədirlər. Bunların hamısı sübut edir ki, MTN başda olmaqla və MTN naziri ilə dost olan nazirlər artıq Azərbaycanda dövlət çevrilişin etməyə tam hazırıymışlar. Bu hadisənin kökləri çox uzaqlara gedir. 

Mən dəfələrlə demişəm ki, xarici səfirlərin istefa verib ölkənə gəlməməsinın hamısı bir mənbədən qaynaqlanır. Ölkə prezidenti çox qətiyyətli addım atıbdır. 

Mən istərdim ki, bütün partiyalar prezidentin bu addımın dəstəkləsin. Amma adlarını müxalif qoyan qüvvələr bu hadisələrə sevinirlər. Prezident tək başına mübarizə aparır, onun ətrafında etibar ediləcək adamlar yoxdur. Düzdür prezidentə deyirlər ki, biz sənə etibarlıyıq, amma yalan söhbətdir. Mən çox çalışıram ki, bunu mən cənab prezidentə çatdıram, amma hələ ki, bu mümkün olmur. Bəzi kanallar vasitəsiylə sözümü prezidentə çatdırıram. Bu gün hakimiyyətdəki  adamlar bir-birləriylə qohumdurlar, qudadırlar, kirvədirlər. Birinə söz deyirsən qohum çıxır dediyin adama. Bu çür halların olmasında siyasətçilərin də günahı böyükdür. Siyasətçilər qorxur, sözlərin deyə bilmirlər. Amma mən deyirəm, mənə də çox böyük əziyyətlər, işgəncələr verirlər. Mən hələ iki ay bundan əvvəl demişdim ki, Azərbaycanda çox böyük təhlükələr olacaq. Bütün bu olanları nəzərdə tutaraq demişdim o sözü. Çünki hakimiyyətdə elə insanlar var ki, onlar Azərbaycanın bu günki qətiyyətin qəbul edə bilmirlər. Çünki onlar o qədər xəyanət edib, rüşvət alıb, korrusiyya bulaşıblar ki, bilirlər ki, ölkə başçısı nə vaxtsa bu işlərin haqq-hesabın soruşacaq və artıq o zaman gəldi. Cənab prezident təkbaşına ortalığa çox güclü mövqe qoyub və düzgün addımlar atır ki, bu kriminallaşmış, rüşvətə bürünmüş  təbəqədən birdəfəlik qurtarsın. Cənab prezident dedi ki, mənə ictimiyyətin köməyi lazımdır. İctimaiyyət də partiyalardır, amma Müasir Müsavat partiyasından başqa heç kəs özün uçuruma vermədi.

İndi yoxlamalar gedir və hamısı da bir-biriylə qohumdur. Hamısı Eldar Mahmudovun dostudur, onunla bir yerdə yeyib içib, rüşvəti bölənlərdir, sahibkarlara təzyiq göstərib sahibkarlardan pul alan insanlardır. Bu insanların da hamısı üzə çıxmalıdır. Bu şəbəkələr bu dəqiqə var gücləri ilə çalışırlar ki, prezidenti bu işdən çəkindirsinlər. 

Bizim partiaynın dünən iclası da oldu və biz həmişə prezidentin yanındayıq. Biz gözləmirik ki, bizi vəzifəyə qoysunlar və biz prezidentə kömək edək. Amma prezident öz ərtafına yenə baxmalı və yenə ətrafın təmizləməlidir. Eldar Mahmudov bütün nazirlərlə dodaq -dodağa öpüşürdü, guya onlar bilmirdilər ki, Eldar Mahmudov prezidentə bu cür xəyanət edir? Hamısı bilirdilər. Mən bir dəfə komitə sədri ilə Ziya Məmmədovun Milli Şurda təmsil olunmasını söhbət etdim. Oradan mənə dedilər ki, Ziya Məmmədov bizə yol verib, o yolun çəkilişində də, mənim qohumlarım işləyir. Ona görə sözümü prezidentə çatdırmadılar. Mən deyəndə ki, məmurlarımız Milli Şurada təmsil olunur, az qaldılar ki, boğazımı kor qılıncla kəsinlər. 

“Eldar Mahmudov bilmirdi ki, qızı viskidən içib, polisləri döyəndə belə olacaq?” - ŞOK

 

Eldar Mahmudov bilmirdi ki, qızı viskidən içib, ən bahalı maşınlarda polisləri döyəndə belə olacaq? Nəinki Eldar Mahmudov çox məmurlar bilirlər, çünki hamısının övladları bu gündədir. 

Əgər ölkənin taleyindən söhbət gedirsə, bu bir nəfərlə olan iş deyil. Nəinki məmurlar hətta prezidentin köməkçiləri belə ona düzgün informasiya çatdırmır. Mən bir neçə məsələilə bağlı prezidentin köməkçisinə zəng etdim, amma o mənim fikirlərimi prezidentə çatdırmadı. Prezidentin yanında əyilməklə deyil, qapıdan çıxan kimi, hamısı xəyanətlə məşğuldur. Ona görə mən düşünürəm ki, hamımız prezidentə kömək etməliyik ki, prezident əytafına toplaşan bu kriminal dəstədən qurtarsın. Bu gün mənə kömək etmək istəyən bir neçə nəfər var, amma onları da çətin vəziyyətə salırlar. 

Yadınızdadırsa Binəqədidə bina yananda mən Abutalubov haqqında fikirlərimi dedim. Ondan sonra bir neçə nazirliklər telefonuma cavab vermədilər. Mən hər sözü düz deyirəm və onlardır zirehli maşanda gəzənlər, biz hər gün acqarnına ac xalqımızın yanındayıq. Xalqın yanında olanların da sözün prezidentə çatdırmağa imkan vermirlər. Prezidentin ətrafında olan adamlar mənə təzyiq edirlər ki, sən bildiklərini prezidentə demə. Mən heç kəsə böhtan atmıram, real olanları deyirəm. Əgər yalan deyirəmsə, məni də həbs etsinlər. Amma mən Eldar Mahmudovun prezidentə bu cür xəyanətin heç çürə bağışlaya bilmirəm. 

Bütün gücümlə də prezidentin yanındayam və apardığı islahatları da dəstəkləyirəm. Həm də, mən daha ciddi məlumatları prezidentə çatdıra bilərəm. Mənim bildiklərim olsa, Azərbaycan xalqının başına böyük hadisələr gələcək. Bütün bu hadisələrin üstü açılmalıdır. Onlar Azərbaycan xalqın hərraca qoyublar. Düşüşnürəm ki, prezidentin atdığı bu addım bundan sonra da davam etdirilməlidir və böyü kadır islahatları aparılmalıdır”(PIA)
Demokratik.Az
Xəbər 4273 dəfə oxunub






Oxşar xəbərlər

Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36844] initstartout [0.00027] initstartin [0.00145] calstart [0.01735] calend [0.00102] topnewsend [0.00753] rsssend [0.00000] ehgend [0.01149] tagsstart [0.00099] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32828]