Rauf Arifoğlu – para və xəyanətin qələmi

  • 20 iyun 2015, 16:32
Yenə başlandı. Yenə hakimiyyətin ən rahat sərələndiyi kürsüdən ən rahat lokum hesab edilən Arifoğlu ən rahat bacardığı işi görür. Hədəf hakimiyyət deyil, ola da bilməz! Paytaxtın Ələtə köçürülməsini "İlham Əliyevdən daha bir dev proje” başlığı ilə tirajlayan "müxalifət”çi İlk Avropa Oyunlarınin keçirildiyi ərəfədə "ağıllı uşaq” rolunda ancaq Milli Şuraya, onun sədrinə qarşı hücuma başlaya bilərdi. Başladı da… Müxalifət və müxalifətçiliyi xırda, lap xırda şəxsi maraqlar müstəvisində siyasiləşdirmək ancaq onun özünə yaraşdıra biləcəyi lümpenizmdir. Ancaq o, yəni Rauf Arifoğlu şəxsi fəlakətini ölkə siyasəti səviyyəsində təqdim edə biləcək qədər qorxuludur. Ancaq o, yəni Rauf Arifoğlu illərlə müxalifətçilikdən qazandığı oxucuları sağlam düşüncəyə qarşı kökləyəcək qədər hərisdir… Hələ illər əvvəl Əli Kərimli ilə başladığı və açıq-aşkar uduzduğu mübarizədə qurşağı dabanaltına qədər saldıra bilib. Etibar Məmmədovdan İsa Qəmbərə qədər az qala bütün siyasətçiləri dizə gətirən və qarşılığında mükafatını alıb 2 milyon cərimənin arxasına gizlənən Arifoğlu Əli Kərimlinin hakimiyyət qarşısında əyilmədən duruş gətirməsinin hesabını sahiblərinə verə bilmir. İstədiyi məlumdur – AXCP və onun lideri də İsa Qəmbərin aqibətini yaşasın. Müxalifətin sayca az, keyfiyyətcə hakimiyyətin yuxusunu ərşə çəkən zümrəsi də sıradan çıxsın. Bunun mükafatının nə qədər böyük olacağını bildiyindəndir ki, artıq mübarizəni düşmənçilik səviyyəsinə qaldırmaqdan utanmır. Pavlekmorozovcasına bacaracağına inanır. Yanılır və hər dəfə bunu anladığında daha da qəddarlaşır. Yazılar əndazəni aşır, siyasi əxlaq isə arxa planda belə gözünməz olur… İndi yenidən İbrahimbəyov məsələsini qaldırıb. Düşünür ki, Milli Şura ilə sifarişli savaşının ilk mərhələsində elədikləri onun qəhrəmanlığıdır və bununla qürur duya bilər. İbrahimbəyova "Rusiyasiyanın oyunu” yazan bu şəxs, adı səfirin demarşını isə qəhrəmanlıq kimi təqdim etməyə soyunub. Maraqlıdır ki, bir zamanlar hakimiyyətə yaxınlığı ilə seçilən Rüstəm İbrahimbəyov və Arif Məmmədovun daha sonra etirazlarının mahiyyətcə eyni olduğunu anlaya bilməyən Arifoğlu birinə "oyun”, o birinə isə "qəhrəmanlıq” deyir. Səbəbi məlumdur, İbrahimbəyov hakimiyyəti deyil, konkret olaraq Arifoğlunun toxunulmaz hesab etdiyi İlham Əliyevi tənqid edirdi. Bu səbəbdən də İbrahimbəyov yox, Arif Məmmədov Milli Şuraya "lider” olaraq layiq görülə bilərdi. Necə ki, hazırda Arifoğlunun sərəncamında hakimiyyətə qulluq edən media qurumu bunu etməyə çalışır… Arifoğlu uduzduğu oyunda qalib gəlməyə çalışır. Çünki başqa seçimi yoxdur. Hətta biət etmək şansını belə itirdiyini anlayıb. Əli Kərimlisiz müxalifətdə yenidən söz sahibinə çevrilə biləcəyinin fərqindədir. Cılız, amma məntiqli plandır. Uğursuz, amma ümidverici cəhddir. Heç bir halda özündən qəhrəman düzəldə bilməyəcək. Heç bir vəchlə Azərbaycan xalqının mübariz kəsiminə təsir edə bilməyəcək. Çünki biz heç nəyi unutmuruq. Necə ki, İsa Qəmbərlə Arif Hacılının bircə qatıldığı Milli Şuranın mitinqindən sonra Azər Ayxanın yazıb sonradan sildiyi "İsa Qəmbər heç olmasa bir neçə aylıq siyasətdən də getməlidir” yazdığını unutmadığımız kimi… Vüqar Qurdqanlı - See more at: http://xalqxeber.az/kose/18487-rauf-arifoglu-para-ve-xeyanetin-qelemi.html#sthash.5xQ3Wi2w.dpuf
Oxşar xəbərlər