Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:01 - 20.07.2018  
''Maşallah'', ''inşallah''la qadınlara seks şantajı
Tarix: 3-06-2015, 22:27 | Bölmə: Xəbərlər » Müsahibə

''Maşallah'', ''inşallah''la qadınlara seks şantajıBugünkü araşdırmamızın məqsədi onun fəaliyyətini tənqid etmək və ya onu tərifləyib zirvələrə çıxarmaq deyil. Məqsədimiz Adnan Oktarın kim olduğu, onun nəyə nail olmaq istədiyi barədə cəmiyyəti məlumatlandırmaqdır. Araşdırmada jurnalist mövqeyimizi ortaya qoymamışıq və əsasən rəsmi dəlillərə, faktlara söykənmişik. Onun fəaliyətinə tənqidi və ya tərifəlayiq yanaşmağı isə siz oxucularımızın səlahiyyətinə buraxırıq.

Günümüzdə, demək olar ki, hər kəs Adnan Oktarla bağlı az-çox təsəvvürlərə malikdir. Maraqlısı ondan ibarətdir ki, onun barəsində yayılan məlumatlar bir birilə ziddiyyət təşkil edir. Nəticə etibarilə bəziləri onu islamın xilaskarı, qurtarıcısı, bəziləri isə islam dinini təhrif edən, dini əslində olduğu kimi yox, bəzi qüvvələrin təsiri ilə tamamilə təhrif olunmuş formada təqdim edən, islam dininin qəbul etmədiyi əxlaqsız görüntüləri islama uyğunlaşdıran bir şəxs kimi qəbul edir.

Əslində, Adnan Oktar kimdir?

Adnan Oktar 1956-cı il fevralın 2-də Ankarada dünyaya gəlib. Əsl adının Adnan Arslanoğulları olduğu bildirilir. İstanbul Universitetində memarlıq fakültəsinə daxil olsa da, sonradan Ədəbiyyat fakültəsində fəlsəfə və tarix üzrə təhsilini davam etdirib.

1987-ci ildə "Harun Yəhya" imzasıyla "Yəhudilik-Masonluq" adlı kitab yazıb. O, "Texniki və Elmi Araşdırma" və "Milli Dəyərlərin Mühafizəsi" Vəqfinin qurucusu və fəxri sədri sayılır. Dini təhsili olmayan Adnan Oktarın həm atası, həm də anası yəhudidir. 1979-80-ci illərdə "Adnan Hoca Qrupu" olaraq bilinən qruplaşmanı yaratmağa başladı. O dövrdə Yasin Gürlek və 2-3 adam da onun yanında olub. Daha sonralar isə tələbələr arasından 20-25 nəfərdən ibarət qrup yaradır. O, qrupa üzv qəbul edərkən varlı, ağıllı, mədəniyyətli və gözəl şəxslərdən olmasına diqqət göstərib. Bunun səbəbi də belə şəxslərin nüfuz dairəsinin geniş olması, beləcə, təşkilat olaraq daha qısa müddətdə güclənmələrini təmin etmələridir. Onların əsas vəzifəsi verilən təlimatları vaxtında yerinə yetirməkdir.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, Adnan Oktarın dəstəsində kişi imamlar mühüm rol oynayırdı. Qrupa işçi qəbul etmək və imam səviyyəsində olmayan digər üzvləri istiqamətləndirmə, idarə etmə vəzifələri imamlara aiddir. Kişi imamların bir vəzifəsi də Adnan Oktara cinsi əlaqədə olmağı üçün qadın və qız gətirməkdən ibarətdir. Qadın imamlar "Bacılar" adlandırılır və 4 ayrı evdə qalırlar. Onlar ailələrindən ayrılaraq şəbəkəyə qatılan qadın üzvlərə nəzarət edirlər. Bacılar eyni zamanda Adnan Oktarın kitab yazma işlərində də yaxından iştirak edirlər. Qrupa üzv olan hər bir qadın Adnan Oktar və digər imamlarla cinsi əlaqədə olmalıdırlar.

Adnan Oktar və dəstəsinin böyük bir şantaj şəbəkəsi var idi. Onların təşkilatdan ayrılanları alçaltmaq kimi bir strategiyaları vardı. Buna görə də uşaqlarını onlardan ayıran ailələr haqqında şantaj və təhdid fəaliyyətləri göstərirdilər. Bu barədə Adnan Oktarın özü ifadə verərkən söyləyib.

Femida.az əvvəllər Adnan Oktarla əməkdaşlıq edən ilahiyyatçı alim Elşad Miri ilə əlaqə saxladı. Elşad Mirinin sözlərinə görə onun Adnan Oktarla ilk tanışlığı 2001-ci ilə təsadüf edir.

Elşad Miri:

"2001-ci il 11 sentyabr hadisələri yeni baş vermişdi. Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi böyük bir konfrans təşkil etdi. Həmin konfransa Adnan Oktar da dəvət olunmuşdu. Adnan Oktar və dəstəsi bu konfransda "İslam dini terror lənətləyir" adlı sənədli filmin təqdimatını etdilər. İlk dəfə həmin konfransda onunla tanış oldum. Təqdim etdikləri film və kitablar diqqətimi çəkdi. İlk dəfə idi ki elə keyfiyətli kitab görürdüm. Mən onlardan bu kitabları necə çap etdiklərini soruşanda "Müsəlmana ən gözəli yaraşmırmı" cavabını verdilər. Bu söz mənə çox təsir etdi. Sonradan o kitablardan birini azərbaycan dilinə tərcümə də etdim. Tədricən mənim Adnan Oktar və dəstəsi ilə münasibətim yarandı və əməkdaşlıq etməyə başladım."

"Mən onun yanında heç vaxt qadın görməmişəm" - deyə Elşad Miri münasibət bildirdi.

"Telefonlara həmişə Ebru adlı bir xanım cavab verərdi. Mən Adnan Oktarla dəfələrlə görüşmüşəm, lakin onun yanında nə Ebru xanımı, nədə hər hansı başqa bir xanımı görməmişəm. Ebru xanım da əlaqələndirici şəxs rolunu oynayırdı. Əslində onların çap etdikləri kitablar islama yeni gələn şəxslər üçün çox əlverişlidir. Adnan Oktar və şəbəkəsinin üstünlüyü ondan ibarət idi ki, çap etdikləri kitablar həm tərtibatına görə çox gözəl idi, həm də təqdimat prosesi çox təsirli olurdu. Bu insanları cəlb edirdi. Kitablar müxtəlif saytlarda müxtəlif dillərə tərcümə edilirdi."

"Tanınmış iş adamlarının Adnan Oktara qarşı böyük ehtiram göstərməsi məni çox heyrətləndirdi" - deyə Elşad Miri vurğuladı:

"Adnan Oktarla görüntülü müsahibə almaq mənə bir dəfə nəsib oldu. Mən böyük iş adamlarının ona olan böyük hörmətindən heyrətə gəlmişdim. Vəzifəli şəxslər onun qarşısında dim-dik dayanmışdılar. Sonra dəfələrlə onunla görüşdüm."

"Onlara bildirdim ki, mən onlarla bu formatda heç cür münasibət qura bilmərəm." - deyə Elşad Miri qeyd etdi.

"Sadəcə olaraq Adnan Oktar və dəstəsi bir kanal açdılar. əgər əvvəllər kanalda kişilər çıxış etsələr də, sonradan başörtülü qızlar gətirildi və tədricən televiziya proqramını diskotekaya çevirdilər. Bütün bu proseslərdən sonra bildirdim ki, Mən onlarla bu formatda heç cür münasibət qura bilmərəm. Çünki bütün bunlar İslama ziddir. Onlar isə bildirdilər ki onların verilişi diskotekaya çevirmələrinin məqsədi müsəlman olmayanları islama dəvət etməkdir."

"Biz barda, diskotekada olan qızları islama gətirmək istəyirik", - Bunu Adnan Oktarın dəstəsi öz cavabında Elşad Miriyə bildirmişdi.

Elşad Miri:

"Mən onlara bütün bu halların islama zidd olmasını bildirəndə mənə cavab verdilər ki, "Biz barda, diskotekada olan qızları islama gətirmək istəyirik" cavabını verdilər. Biz həmin qızları islama dəvət etmək üçün bu yola müraciət edirik. Əslində niyyət gözəldir, lakin bunun üçün fikrimcə başqa metodlardan istifadə etmək, alternative yollara əl atmaq lazım idi. Lakin onlar fikirlərindən dönmədilər və buna görə də tədricən mən onlardan uzaqlaşdım. Sonradan Mən həmin qruplaşma ilə də heç bir əlaqə qurmadım. Məndə olan kitablarını da onların özlərinə təhvil-təslim etdim."

"Bu gün qızlarla apardıqları verilişlər islama zidd hərəkətdir" - deyə Elşad Miri münasibət bildirdi.

"Nəticə olaraq deyə bilərik ki, Adnan Oktar və tərəfdarları mövcud olan boşluğu doldurmaq üçün ortaya atıldılar, yaxşı işlər də gördülər, bir çox insanın islam dinini düzgün şəkildə tanımasına səbəb oldular. Amma bu gün qızlarla apardıqları verilişlər , gündə iki dəfə namaq qılmaq anlayışı, islamda başörtüsü anlayışının olmaması, qadınlara diskotekalarda iştirakına normal baxılmasının vacibliyi ilə bağlı ideyaları qəbuledilməzdir və tamamilə islama zidd fikirlərdir. Təəssüflər olsun ki, bəzi modern tipli insanlar bu ideyaları bəyənirlər.

"Adnan Oktardan soruşsanız öz yazdığı kitabların adlarından belə xəbəri yoxdur." - Elşad Miri vurğuladı.

"Onun qadınlarla intim münasibətdə olması barədə heç bir fikir söyləyə bilmərəm. Onun tanınmaısnda ən çox rol oynayan kitab "yəhudilik və masonluq" adlı kitab olub. O həmin kitabla məşhurlaşdı və tədricən insanlar onun ətrafına toplandı. Lakin hazırda siz o kitabı tapa bilməzsiniz. Həm internet səhifələrindən, həm də kitab köşklərindən yığışdırılıb. "Yəhudilik və Masonluq" adlı kitab artıq yoxdur. O, kitabları özü yazmırdı. Onun ətrafındakı savadlı insanlar həmin kitabları yazıblar. Adnan Oktardan soruşsaz, özü kitablarının adlarından belə xəbəri yoxdur. Onun kitab yazmağa ciddi savadı da yoxdur və daha çox ətrafındakı insanlardan bəhrələnir. "

Doğrudanmı Adnan Oktar mason təşkilatları ilə əlaqə saxlayır və həmin təşkilatlar Adnan Oktarı maliyyələşdirir?

İlahiyyatçı alim Elşad Mirinin sözlərinə görə Adnan Oktarın fəaliyyətinin Mason təşkilatları ilə əlaqələndirmək əslində gözdən pərdə asmaq və məsələni daha geniş formada başqa mərtəbədə təqdim etmək məqsədi daşıyırdı.

Elşad Miri:

"Mason Lojası Dünyada ən qapalı təşkilatlardan biridir. Başqa formada desək Dünyanın ən böyük qeyri-hökumət təşkilatıdır. Şəxsən mən 33-cü dərəcədə mason olan iki fərqli insanla görüşmüşəm, hətta müsahibə almaq məsələsi də gündəmdə idi. Amma Adnan Oktarın Mason təşkilatları ilə yaxın əlaqəsinin olması inandırıcı deyil. Əslində Adnan Oktarın Mason təşkilatları ilə əlaqə saxlamağı gözdən pərdə asmaq və məsələni daha geniş formada başqa mərtəbədə təqdim etmək üçün təşkil olunub."

Bəs Adnan Oktara Azərbaycandan kim dəstək verir?

"Azərbaycanlılar çox tərbiyəlidir, çox hörmətlidirlər, əxlaqları idealdır" deyən Adnan Oktarın verilişlərində dəfələrlə azərbaycanlılar iştirak edib.

Cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır

Adnan Oktar cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır. Bunu etiraf edən həmin qızlardan biridir və bu məsələ Türkiyə mediasında xəbər olaraq gedib. Belə ki, Türkiyənin "Habertürk" kanalı belə bir məlumat yayımladı ki, "Elmi araşdırma vəqfi" adı altında fəaliyyət göstərən Adnan Hoca ləqəbli Adnan Oktar və adamlarının şəbəkəsinə düşərək illərcə yanlarında qalan bir gənc qızın verdiyi ifadə Adnan Oktar və ətrafının iç üzünü ortaya çıxarıb. Seks obyektinə çevrilən gənc qızın hazırlanan iddianamədəki ifadəsi çox tükürpədicidir.

Gənc qız yaşadıqlarını belə izah edir:

"16 yaşımdaykən biriylə tanış oldum. Sonradan onun Adnan Oktar tərəfdadarı olduğunu öyrəndim. Dini söhbətlər də edərək, namaz qılmağımın lazım olduğunu, ancaq bu namazın hər kəs tərəfindən bilindiyi şəkildə deyil, gündə iki dəfə, səhər və axşam iki rükət, hər rükətdə bir neçə söz istifadə etməklə qılacağımı söylədi. Hətta çılpaq (lüm-lüt) da namaz qıla biləcəyimi söylədi".

"42 kişi ilə müxtəlif yollarla cinsi əlaqədə oldum" - deyən gənc qız ifadəsində aşağıdakılarl da söylədi:

"Onun təzyiqləri nəticəsində qrupdakı kişilərlə cinsi əlaqədə oldum. Məni inandırdılar ki, onlarla cinsi əlaqədə olduğum təqdirdə Allah yanında böyük bir savab işləyəcəyəm. Nəticədə qrup üzvü olan 42 adamla oral və anal yollardan cinsi əlaqəyə girdim. Cinsi xəstəliklərə tutuldum, müalicə aldım. Qrupun içərisində, "cəriyə" kimi adlandırılan qızların evinə gedib gəlməyə başladım. Adnan Oktarın yazdığı kitabları davamlı oxudum. Qardaşlar olaraq bildiyimiz qrup üzvlərinin evlərində cinsi əlaqəyə girdik. 7 qız da kişilərlə davamlı əlaqəyə girirdi. Hətta əlaqəyə girdiyimizdə başqa kişilər otaqlara rahatca girib çıxırdı".

Gənc qız Adnan Oktarla qarşılaşmasını isə belə izah etdi:

"Mənə xəbər verdilər ki, Adnan hoca gələcək və mən dərhal açıq rəngli bir paltar geyinməliyəm. Adnan Hoca gəldikdə ayağa qalxdım. Bizə baxacağını söyləyərək yanına çağırdı. Əlləri ilə bellərimizin incəliyini nəzarət edib dodağımızı aşağı itələyib ağzımıza baxdı".

Adnan Oktar 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Türkiyədə məşhurlaşıb və çox tezliklə Azərbaycan və digər ölkələrdə tanınıb. Ancaq həmin vaxtlar Televiziya ekranlarında, ictimaiyyət qarşısında görünmürdü. O, kitablarını Harun Yəhya ləqəbi ilə yazırdı. İlk dövrdə onun kitabları əsasən materializmin tənqidi, Darvinin təkamül nəzəriyyəsinin həqiqət olmadığını sübuta yetirilməsinə həsr olunmuşdu. Bu mövzuda çoxsaylı kitablar çap olundu, sənədli filmlər hazırlandı. Bu kitablar türkcə ilə yanaşı dünyanın bir sıra dillərinə, o cümlədən rus və Azərbaycan dillərinə də tərcümə olunurdu. Məhz materializmin tənqidi üzərində qurulmuş Adnan Oktar kitabları tezliklə dinlə yeni tanış olmağa başlayan post-sovet respublikalarında da məşhurlaşdırdı.

Adnan Oktarın əsas diqqət göstərdiyi sahə Mason təşkilatları ilə əlaqə saxlamaq olub. Onun İsraillə yaxşı əlaqələrinin olması, hətta İsraildən gələn nümayəndə heyətlərini qəbul etməsi yəhudi dövlətində bu adama ciddi münasibət olduğunu və yaxın əlaqələrə işarə idi. Bəzi mənbələrə görə onu maliyyələşdirən qüvvənin arxasında məhz İsrail dövlətinin olduğu qeyd edilir.

Lakin gülünc məqam ondan ibarədir ki, bu şəxs öz verilişində üç-dörd əcnəbi vətəndaşı "masonlar" adı ilə təqdim edib özünün masonluğa qəbul mərasimini təşkil edib. Verilişlərində də tez-tez özünün 33-cü dərəcəli mason olduğunu masonlarla birgə namaz qılmasını bəyan etməsi isə ayrı bir komediyadır. Əslində bütün bu proseslər onun şizofren xəstəsi olması ilə bağlı şübhələri də artırır. Təsadüfü deyil ki, Adnan Oktarın 7 müxtəlif xəstəxanadan "Şizofren" xəstəliyi diaqnozunun qoyulması ilə bağlı mətbuatda məlumatlar dolaşırdı.

Adnan Oktara qarşı Türkiyədə bir sıra məhkəmə iddiaları və həbs qərarları olub. İlk dəfə 1991-ci ildə kokain istifadəçisi kimi ittiham olunub. Ancaq bu ittihamdan 1994-cü ildə bəraət alıb. Bundan başqa ordudan yayınması ilə bağlı barəsində ittihamlar irəli sürülüb. 2008-ci ilin mayın 9-da İstanbul 2-ci Ağır Cəza Məhkəməsi Adnan Oktar barəsində şəxsi mənafeyi naminə təşkilat qurmaq ittiham ilə 3 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. Hazırda O, A9 telekanalında "Adnan Oktarla söhbətlər" adlı proqramın aparıcısıdır.
Xəbər 2303 dəfə oxunub






Oxşar xəbərlər

Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16565] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00689] calend [0.00037] topnewsend [0.00313] rsssend [0.00000] ehgend [0.07451] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07960]