Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:40 - 09.12.2019  
Atası araba sürən azərbaycanlı milyarder… (FOTOLAR)
Tarix: 6-05-2015, 21:02 | Bölmə: Xəbərlər » Müsahibə

AzVision.az Azərbaycanlı milyarder, "Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun fəaliyyətinə nəzər salıb. Dostları, qohumları Mübariz Mənsimovla bağlı xatirələrini bölüşüb, onunla bağlı maraqlı faktları açıqlayıblar.

Atası araba sürən azərbaycanlı milyarder… (FOTOLAR)İş adamının yaxın dostu, Masallı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Cəlil Nəzərov AzVision.az-a bildirib ki, Mübariz Mənsimov böyük biznesə sahib olsa da çox sadə insandır.

"Mübariz vətənə bağlı bir insandır. O, əsil azərbaycanlıdır. Biz tez-tez görüşürük. Həmişə mənə deyir ki, onu bu regionun ən savadlı insanları ilə tanış edim. Mübariz regiondakı uşaqların savadlı olmaları üçün əlindən gələni etməyə hazırdır. 

İlk dəfə o, 2008-ci ildə bizim xəstəxanaya 95 min dollarlıq vəsait ayırdı. Mən Türkiyədə olan zaman Mübariz İstanbul Universitetinin Tibb Fakültəsi ilə danışdı. Nəticədə bizim xəstəxananın 20-yə yaxın işçisi orada kurs keçdilər”.

Atası araba sürən azərbaycanlı milyarder… (FOTOLAR)Dostu deyir ki, Mübariz Mənsimovun iki oğlu var. O, çox yaxşı atadır. Övladları ilə bağlı çox gözəl planları var. O, uşaqlarının təhsilli və savadlı olmasını istəyir. Uşaqlar hələ balacadırlar.

1968-ci ildə Bakı şəhərində anadan olan Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. 

Məşhur azərbaycanlının fəaliyyəti ilə bağlı Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov da danışıb. O, direktoru olduğu məktəbin M. Mənsimovun vəsaiti ilə tikildiyini söyləyib:

"Məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Mübariz müəllimin vəsaiti hesabına tikilib. Mübariz müəllim kəndimizin fəxridir”.

Atası araba sürən azərbaycanlı milyarder… (FOTOLAR)X. Tahirov M. Mənsimovun doğma kəndi üçün gördüyü işlərdən söhbət açıb:

"O, kəndimiz üçün yol saldırıb, qaz çəkdirib, məscid tikdirib. Mübariz müəllim imkansız adamlara kömək edir. O, bizim məktəbə gəlir və problemlərimizlə maraqlanır. O, günün 20 saatını təyyarədə keçirir. Türkiyədən məktəbə çəkiliş qrupları göndərir. Buradakı vəziyyətlə maraqlanır. "Xəzər-Lənkəran” klubu və "Palmali” şirkəti haqqında çəkilən filmlərdə də məktəbimizin kadrları yer alıb. Mübariz müəllimin atası və anası kənddə olanda tez-tez məktəbə gəlirlər. Qardaşı Mais müəllim də kəndə gələndə bizimlə maraqlanır”.

Müsahibimiz cənublu milyarderlə bağlı xatirələrini də bölüşüb: "Mübariz müəllimlə ilk dəfə hələ məktəb tikilməmişdən öncə görüşmüşəm. Onunla məktəbin tikiləcəyi yerə getdik və söhbət elədik. Hələ o vaxtlar Mübarizin planları çox idi. O, indi Türkiyədədir. Bura tez-tez gələ bilmir. 

Mübariz heç dəyişməyib. O, illər keçməsinə baxmayaraq, hələ də çox cavandır. Mübariz erməniləri heç sevmir. Ermənilər həmişə ona qarşı təxribat işlədiblər. Onun ailəsindən də çoxlu şəhid çıxıb. 

Məktəbimizin adını daşıdığı şəhid Nadir Aslanov Mübariz müəlimin doğma əmisi oğludur. O, hətta Mübariz İbrahimovun nəşinin geri alınması üçün ermənilərə çox yüksək məbləğdə pul da təklif etmişdi. Şükür Allaha dövlət başçısının səyi nəticəsində onun nəşi ölkəmizə gətirildi”.

X.Tahirov bildirib ki, Mübariz Mənsimov kəndə gələndə hamı ilə maraqlanır, imkansız ailələrə pul verir.

"Bir dəfə görüş zamanı kənd sakinlərindən biri ona imkansızlıq səbəbindən traxtorlarını satdıqlarını dedi. O, isə texnikanı satmağın kəndimiz üçün çox pis hal olduğunu söylədi. Mübariz müəllim sakinlərə hər zaman kömək edə biləcəyini dedi. Sonra o, bizə kömək etdi və bütün işlər qaydasına düşdü.

Mübariz Mənsimov Allahı sevir. O vətəninə, dinə sadiqdir. Vətənpərvər bir oğlandır. Mübariz Bakıda təhsil alıb. O, yay aylarında kəndə gəlir. Meşəyə, dənizə gedir. At belində gəzməyi çox sevir. Mübariz həmişə kəndimizdəki yaylaqda at sürür”.

Miyankü məktəbinin direktoru həmçinin M. Mənsimovun ailəsindən də söhbət açıb. O, azərbaycanlı milyarderin atası Qurban Mənsimovla bağlı xoş xatirələrini bölüşüb: "Mübarizin atası Qurban kişi və mənim rəhmətlik atamın keçmişdə öküz arabaları var idi. Onlar araba sürürdülər. Mən uşaq olanda Mübarizin atasıgilin vəziyyətinin çox ağır olduğunu görürdüm, güclə dolanırdılar. Qurban əminin heç bir ali təhsili yoxdur. O vaxtı hamı kimi Qurban əmi də savadsız idi. Amma onun biliyə, savada və öyrənməyə qarşı həvəsi həddindən çox idi. İndi əmi ilə danışanda onun yüksək savada malik olduğu hiss edilir. Onun çox yüksək dünyagörüşü var. Qurban əmi ilə indi söhbət edən zaman onun kənd adamı olduğu hiss olunmur. 

Keçmişdə kəndimizdə çəltik becərərdilər. Qurban əmi öz kəl arabası ilə camaatı daşıyardı. O vaxtlar maşın yox idi. Həmin arabalar nəqliyyat vasitəsi kimi istifadə olunardı. Qurban əmigil çox kasıb idilər. Onlar vəziyyətlərini düzəltmək üçün Bakıya köçdülər. O, dəniz limanında fəhlə kimi işləyirdi. Daha sonra orada ev aldılar, uşaqları dünyaya gəldi. Qurban əminin 3 oğlu və 6 qızı var. İndi o, kəndə gələndə həmişə məktəbin yanındakı çayxanda oturur. Bizi yanına çağırıb, söhbətləşir”.

Direktorun sözlərinə görə, Qurban Mənsimovun hazırda səhhətində müəyyən problemlər yaranıb:

"Qurban əminin indi ürəyində və gözlərində müəyyən problemlər var. O, Türkiyədə müalicə olunur. Əminin 80-nə yaxın yaşı var. O, yayda kəndə gəlir. Kənddəki yaşıdları ilə söhbət edən zaman tez-tez keçmişdə araba sürdüyü vaxtlardan söhbət açır. Söhbət zamanı o, heç kəsdən çəkinmədiyini və keçmişdə araba sürdüyünü deyir. Qurban əmi heç nəyi gizlətmir. Hər şeyi açıq-aşkar danışır. Mübarizin atası uşaqdan böyüyə qədər hər kəslə öz dili ilə danışır, heç kəsə yuxarıdan aşağı baxmır”.

Atası araba sürən azərbaycanlı milyarder… (FOTOLAR)Qeyd edək ki, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olan Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb. 

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. 

Atası araba sürən azərbaycanlı milyarder… (FOTOLAR)Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. "Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. 

"Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür. Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahiblərilə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. 

Mübariz Mənsimov "PalMedia" adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub. Milyarderin həyat yoldaşı abxaz əsilli Tamara Mənsimovadır.

Hafiz Əhmədov
Xəbər 2895 dəfə oxunub






Oxşar xəbərlər

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33644] initstartout [0.00023] initstartin [0.00125] calstart [0.01510] calend [0.00091] topnewsend [0.00796] rsssend [0.00000] ehgend [0.00944] tagsstart [0.00087] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30062]