Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:47 - 15.11.2019  
"İslam dünyası təhlükədədir"
Tarix: 16-04-2015, 13:03 | Bölmə: Xəbərlər » Müsahibə

"İslam dünyası təhlükədədir""Bu gün nüfuzlu din xadimlərinin, beynəlxalq təşkilatların rəsmilərinin, elm və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi belə bir tədbirin multikulturalizm və tolerantlığın məkanı olan Azərbaycan Respublikasında keçirilməsi tamamilə məntiqidir. Azərbaycan müsəlman dünyasının bir parçası olmaqla yanaşı, həm də dünyəvi və çoxkonfessiyalı ölkədir".


 Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda keçirilən "İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsidir. Şeyxin sözlərinə görə, yüz illər ərzində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyyətimizdir:

"Bu gün Azərbaycan Respublikası İslam dininin elmi və maarifpərvər əhəmiyyətini təbliğ edən, onun sülhsevər və tolerant ruhunu dünyaya çatdıran ölkələrdən biridir. Belə bir münasibətin arxasında böyük siyasi uzaqgörənlik və dövlət rəhbərinin müdrikliyi amilinin qərar tutması şübhəsizdir. Mütərəqqi ənənələrinə sadıq olan Azərbaycan Respublikasının bütöv bir tarixi mərhələsi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olub. Əslində bu gün keçirdiyimiz beynəlxalq konfransın özü də Ulu Öndərin himayədarlığı ilə 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında təşkil edilən "İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumunun ənənəvi davamı və XXI əsrdə keçirilən növbəti konfransıdır".

Şeyxülislam vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca, müstəqilliyimiz və rifahımız əbədi olacaqdır, inşallah! "Bu gün o, cismən bizdən ayrı olsa da, Heydər Əliyevin arzuları, ideyaları, onun qurduğu ölkə, yaratdığı dövlətçilik məktəbi, həyat verdiyi müstəqilliyimiz yaşayır və inkişaf edir. Onun özü qədər inandığı və bizim də inandığımız möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Ulu Öndərin siyasi xəttini şərəflə davam etdirir. Artıq Azərbaycan əvvəlki məzlum dövlət deyildir. Bu gün Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi qlobal və regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirir. Bu, əlbəttə dövlət rəhbərimizin səyləri nəticəsində əldə etdiyimiz nailiyyətlərdir. Bizi çox sevindiririr ki, möhtərəm Prezidentimiz ölkənin iqtisadi və siyasi qüdrətini artırmaqla yanaşı, dini və elmi mühitimizin inkişafına da həssaslıqla yanaşır. Mədəni irsimizin qorunmasında, milli-mənəvi dəyərlərin inkişafında möhtərəm Prezidentimizlə bərabər böyük zəhmətləri olan birinci xanımımız Mehriban Əliyevanın xidmətləri və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır".

Şeyxülislamın sözlərinə görə, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur: "Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, elm və din xadimlərinin birgə fəaliyyətinə ciddi ehtiyac vardır. Dindən siyasi məqsədlər üçün istifadəyə, ekstremist təmayüllərə qarşı mübarizənin ön cərgəsində, ilk növbədə nüfuzlu siyasi və dini liderlər, ziyalılar, güclü təsir imkanlarına malik olan informasiya vasitələri durmalıdır.
Keçirilən konfransın əsas məqsədi – bütün dünyaya dinlə elmin vəhdətinin vacibliyini bəyan etməkdir. Bu gün "qloballaşma” məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər vardır. Dini müstəvidə yaşayan insanlar bu problemlərin yaranma səbəblərini dünyanın ilahi qanunlarının pozulması ilə əlaqələndirir və hesab edirlər ki, cəmiyyətlər Uca Yaradanın təyin etdiyi mənəvi dəyərlərdən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşırlar. Təəssüf ki, bəzi elm adamları problemin mahiyyətinə materialist mövqedən yanaşırlar, amma unutmaq olmaz ki, qlobal problemlərin yaranacağına dair ilahi xəbərdarlıq müqəddəs Kitabimiz Qur`ani-Kərimdə ehtiva edilib.

Hacı Allahşükür Paşazadə qeyd edir ki, müasir dönəmdə biz cəmiyyət və insan həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq: "Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalmışdır. Bildiyiniz kimi, biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik. Bu fəlakətləri özümüzdə yaşadığımız üçün İraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik. Iki yüz ildən artıq bir dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya "məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər".

Hacı Allahşükür Paşazadənin sözlərinə görə, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, cəmiyyətdə mənəvi-əxlaqi bazisin yaradılması və ənənəvi dəyərlərin qorunması məsələsində ziyalıların, elm və din xadimlərinin səylərinin birləşdirilməsi önəmli şərtlərdəndir.

"Dinimizdə elmin və alimin mövqeyi barədə Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalamın mübarək hədisi vardır ki,
الْعُلَمَاءُ وَرَثَةُ الْأنْبِيَاءِ
Alimlər peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır, peyğəmbərlərin yolunu davam etdirənlərdir. Yaxın keçmişimizə qədər dinə bəslənən neqativ münasibəti, elm və din arasında uçurum fərqi qoyulmasını ruhun bədəndən ayrılmasına bənzətmək olar. Bu gün din və elm yaradılan şərait və imkanlardan istifadə edərək bir-birinə arxa-dayaq olmalı, cəmiyyətin, özəlliklə gələcək nəslin düzgün ruhda tərbiyəsinə və maariflənməsinə yardım etməlidir. Çox sevindirici haldır ki, AMEA ilə birgə keçirdiyimiz bu beynəlxalq konfrans bu sahədə apardığımız işlərin ilk müsbət göstəricisidir".

Şeyxin sözlərinə görə, aktual bir mövzuya həsr olunmuş bu məclisimiz konstruktiv müzakirələr ruhunda keçəcək, milli-mənəvi dəyərlərin təbliğinə və təşviqinə öz töhfəsini verəcək: "Konfransın işinə uğurlar, hamınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. Vəs-salamu əleykum və rəhmətullahi və bərəkatuh".
Xəbər 2866 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27175] initstartout [0.00022] initstartin [0.00089] calstart [0.00917] calend [0.00053] topnewsend [0.00452] rsssend [0.00000] ehgend [0.00539] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25036]