Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:32 - 10.12.2019  
Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı - sensasion açıqlamalar
Tarix: 27-11-2019, 10:24 | Bölmə: Xəbərlər » Müsahibə

Sabiq metropoliten rəisi: "General olan özünün başına bir güllə vurub deyərdi ki...”

Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı - sensasion açıqlamalarBakı Metropoliteninin sabiq rəisi, hazırda hakim partiyanın Yasamal təşkilatının sədri olan Tağı Əhmədov Bakupost-a maraqlı müsahibə verib. Həmin müsahibədə Tağı Əhmədov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova 3 milyon manat verməsinin səbəbini açıqlayıb, vəzifədə olan bəzi məmurların "qulağını kəsməyin” zamanından danışıb. Müsahibədən bəzi hissələri təqdim edirik. 

"Küçüyün qulağını küçüklükdə kəsmək lazımdır, yekəlib it olandan sonra...”

"Kim hansı sferada olur-olsun, onu çox yağlanmağa qoymaq olmaz. Çünki yağlananda artıq quyruğu qalxır. Bəzilərini ki, yağlayıb ötürmüşük xaricə, bax onların hesabına bu gərginliyi yaradırlar. Bir az pis səslənsə də, yaxşı bir məsəl var, deyir, küçüyün qulağını küçüklükdə kəsmək lazımdır, yekəlib it olandan sonra daha xeyri yoxdur. Artıq onlar yekəlib it olublar, 5-6 manatları var, onu da Azərbaycanda iğtişaş törətmək üçün istifadə edirlər. Ancaq bu, mümkün deyil” - deyə, təşkilat sədri bəzi adamların "bostanına daş atıb”.

Eldar Mahmudovu vəzifəpərəst adlandıran Tağı Əhmədov bunları deyib: "Belə bir misal var, deyir, heç bir naxır qotur danasız olmur. Bundan sonra da içimizdə Eldarlar olacaq. Eldar artıq o qədər ”yağlanmışdı" ki, ətrafındakılarının da gözü heç nəyi görmürdü. Buna görə də hər bir adam nəzarətdə saxlanmalıdır. Bu yaxınlarda Çində 100 məmuru güllələyiblər. Niyə? Çünki o qədər azğınlaşmışdılar ki, dövlətin qoyduğu qanunlara tabe olmurdular".

Tağı Əhmədov Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra ondan pul tələb edilməsi məsələsinə belə aydınlıq gətirib: "Bu, Eldar Mahmudovun əli ilə Akif Çovdarovun etdiyi iş idi. Baxmayaraq ki, 16 il metropolitenin rəisi olmuşdum, metro da onun kurasiyasında idi, amma onu heç vaxt görməmişdim. Mənə sifariş göndərəndə dedim ki, mən heç kəsə rüşvət vermək niyyətində deyiləm. Demişdi ki, bir dənə maşın alsın. Əlbəttə, mənim üçün maşın almaq elə böyük bir şey deyildi. Sonradan isə 3 milyon tələb olundu. Mən də bunu açıq şəkildə elan etdim. Məhkəmədə də dedim, sübut etdim. Bu, Çovdarovun işi deyildi, Eldar Mahmudovun göstərişi ilə olan iş idi. Eldar Mahmudov o qədər azğınlaşmışdı ki, gözü yeri görmürdü. Məndən alınan 3 milyon onun üçün ”semiçka" pulu idi. Eldar Mahmudov başqalarından 20, 30, 50 milyonlar almışdı. Eldar Mahmudovun işverənləri var idi. Harada ki, gedirdin bir iş görmək istəyirdin, o iş gördüyün adam tez Eldara siqnal verirdi ki, filankəsdə pul var, gəlib məndən bu qədər yer istəyir. Eldar da çağırırdı, soyurdu adamları. Onunla dəfələrlə oturub söhbət etmişik. Hətta bir-iki dəfə mənə də deyib gedək bir yeyək-içək. Demişəm, çox sağ ol, Sizin işiniz bəlkə yeyib-içməkdir, amma metro gecə-gündüz işləyir".

Tağı Əhmədov deyib ki, o, 3 milyonu Eldar Mahmudova oğluna görə verib: "Əslində o, şantaj deyildi. Mənim oğluma böhtan atmaq istəyirdi. Oğlumunsa həmin vaxt ürəyinə 3 dənə stend qoymuşdular, heç nəyi düşünmürdüm. Mənim oğlum prezidentin sərəncamı ilə hakim təyin olunmuşdu. Ona nə Mahmudovun, nə də Çovdarovun gücü çatmazdı nəsə etməyə. Amma mən ata olaraq hiss edirdim ki, əgər onu çağırıb danışdırmaq belə istəsələr, ürəyi tutar, ölə bilər. Ona görə də 3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən Eldara, yaxud da Çovdarova pul verim?!”

Tağı Əhmədov E.Mahmudova milyonlar verənlərin kimliyi haqda suala belə cavab verib: "Onların arasında bizneslə məşğul olanlar var idi. Məsələn, Eldarın vaxtında Moskvada bir biznesmen var idi. Onu bura çağırmışdılar və sutkalarla saxlamışdılar ki, filan qədər verəndən sonra çıxıb gedəcəksən. Deyib, əşi mən burada işləmirəm, buranın vətəndaşı deyiləm. Deyiblər ki, nə olsun vətəndaşı deyilsən, gəlmisən Azərbaycana, payını ver, get... Bir işçim var idi. Məcbur edirdilər ki, bu qədər verməlisən. O da deyib, ay balam, mən qəzet satıram, axı qəzetdən nə qazanıram ki, sənə də nə verim. Buna görə Əli Şəfiyev mənə məktub yazdı ki, o adam işdən çıxarılmalıdır. Mən də müzakirəyə qoyub konkretləşdirdim ki, o heç vaxt işdən çıxarılmayacaq. Çünki həqiqi mənada namusla, qeyrətlə işləyirdi. Sadəcə, gəlib şantaj etmişdilər ki, sən ayda bu qədər pul verməlisən”.

Təşkilat sədri ona qanunsuz tələb irəli sürülərkən şikayət etməməsinin səbəbini belə izah edib: "Mən işlədiyim vaxtı gəlib desəydilər ki, siz mənə qarşı hər hansı cinayət edirsiniz, buna inanmazdım. Prezidentə, yəqin ki, bu barədə məlumatlar çatırmış. Amma prezidentin ona inamı var idi. O da haradan yarandı, Eldarın fırıldağından. Özünün quraşdırdığı ”Qara kəmər" məsələsi var idi, Hacı Məmmədovu orada yağ içində böyrək kimi saxlayırdı. Cahangirin yoldaşı tutulanda prezident tapşırıq vermişdi ki, nə olur-olsun, o xanım sağ-salamat xilas edilməlidir. Bu da qurulmuş iş idi. Onunla özünə bir az reytinq qazandı və o reytinqlə də çox irəli getdi".

Eldar Mahmudovun azadlıqda qalmasına da Tağı Əhmədovun maraqlı münasibəti var: "Azadlıqda deyil. Bunu azadlıq saymaqla səhv edirsən. Bu nə sənin işindir, nə də mənim. Bu, prezidentin səlahiyyətindədir və cənab İlham Əliyev fikirləşir ki, əgər o cür adam türməyə getsə, məhv olacaq, çünki orada tutdurduğu nə qədər adam var. Ən böyük mənəvi əzab nədir? Ev dustağı olmaq! O, hətta yasa da gedəndə icazə ilə gedir. Ev dustağıdır, ev dustağı olaraq da qalacaq. Amma general olan özünün başına bir güllə vurub deyərdi ki, etdiyim xəyanətə görə mənim yerim bura deyil. Amma üz var da, oturur”.

"Yeni Müsavat”


Xəbər 391 dəfə oxunub






Oxşar xəbərlər

“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31365] initstartout [0.00029] initstartin [0.00148] calstart [0.01565] calend [0.00079] topnewsend [0.00659] rsssend [0.00000] ehgend [0.00824] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27990]