Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”

  • 19 noy 2019, 14:00

Milli Məclis Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəni ikinci oxunuşda müzakirəyə çıxarıb.  

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib ki, bu məsələnin mərhum prezident Heydər Əliyevin anım günü ərəfəsində müzakirəyə çıxarılması həm də rəmzi məna daşıyır. Komitə rəhbəri mərhum prezidentin səfər etdiyi ölkələrdə bir qayda olaraq diaspora nümayəndələrimizlə görüşlər keçirdiyi, onların qayğıları, gördüyü işlərlə maraqlandığını xatırlatdı. Daha sonra R.Hüseynov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirdi. O, "bizim keçmiş həmkarımız, komitənin hazırkı sədri Fuad Muradovun fəaliyyəti nəticəsində diasporadakı problemlər aradan qalxmaqdadır”, deyə, bildirdi. Ardınca R.Hüseynov qanun layihəsi ilə bağlı qeydini də çatdırdı: "Bir müddət öncə AXC-nin 100 illiyi medalının nə qədər ruh yüksəkliyi yaratdığını müşahidə edirdim. Diaspora medalının da ruh yüksəkliyinə səbəb olacağına əminəm. Elə məsələlər var ki, mütləq vurğulanmalıdır. Diaspor deyilən söz yoxdur, diaspora var. Bunu ruslar da, ingilislər də, digərləri də diaspora olaraq qeyd edirlər. Bəli, diaspor sözü var, amma o, kimyəvi elementlərlə məşğul olur. Odur ki, bu yanlışlığa son qopyulmalıdır. Medalın adında da, dövlət komitəsinin adında da bütün dünyanın qəbul etdiyi kimi, diaspor yox, diaspora yazılmalıdır.

Oxşar xəbərlər