Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək

  • 10 noy 2019, 10:32

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 14-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

APA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Ağ Evdən verilən açıqlamada iki lider NATO-ya üzv ölkələrin müdafiə sənayesi xərclərinin artırılmasını və bu istiqamətdə daha münasib addımların atılmasını müzakirə edəcəklər.

Görüş çərçivəsində NATO ittifaqının müdafiəsi, xaricdən təzyiqlərə qarşı müqavimətin gücləndirilməsi və terrorla mübarizə mövzularına da yer veriləcək.

Açıqlamada həmçinin bildirilib ki, Donald Tramp NATO müttəfiqlərinin kiber hücumlara qarşı müqavimətinin artırılması ilə bağlı məsələyə də toxunacaq.

Oxşar xəbərlər