Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:51 - 23.07.2019  
“Şəkər artıq həm varlıların, həm də kasıbların xəstəliyidir” - MÜSAHİBƏ
Tarix: 25-02-2015, 19:50 | Bölmə: Xəbərlər » Müsahibə

“Şəkər artıq həm varlıların, həm də kasıbların xəstəliyidir” - MÜSAHİBƏ" Biz çəngəl, bıçaq, qaşıqla özümüzün qəbrimizi qazırıq..."

Dünyada şəkərli diabet xəstələrinin sayı artmaqdadır. Xəstəliyin ölkəmizdə də geniş yayıldığını nəzərə alaraq, bu sahədəki vəziyyətlə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tibb elmləri doktoru Rafiq Məmmədhəsənovla söhbət etdik. Modern.az onunla müsahibəni təqdim edir:

- Dünya üzrə şəkər xəstəliyinin yayılma arealı və statistikası necədir?

- Hazırda dünyada 280 milyon insan diabetdən əziyyət çəkir. Xəstəliyin ən geniş yayıldığı ərazi isə inkişaf etmiş Avropa ölkələridir. ABŞ və Fransada bu xəsətliyin yayılma faizi daha yüksəkdir. Məsələn, Amerikada 7, Fransada 6 faizə qədərdir. Digər ölkələrdə isə rəqəmlər fərqlidir.

- Həmin ölkələrdə xəstəlik faizlərinin yüksək olmasına səbəb nədir?

- Göstəricilərin yüksəlməsi birbaşa yemək mədəniyyətilə bağlıdır. Bu ölkələrdə daha çox fastfud qidalardan istifadə edilir. "McDonalds” kimi ayaqüstü yeməklərin təklif olunduğu yerlərin çoxluğu da buna imkan yaradır. Digər tərəfdən, həmin insanlar daim qaçaqaç, stres içərisindədirlər. Ona görə də xəstəlik geniş yayılıb. Fastfudun qəbulu zamanı bədəndə piylənmə gedir. Piylənmə isə metobolizmdə sindrom yaradır ki, bu daiabetə gətirib çıxarır.

- Şəkərli diabet hansı simptomlarla özünü göstərir?

- Şəkərli diabet iki tipdir: 1-ci tip (uşaqların, gənclərin diabeti) və 2-ci tip (yaşlıların diabeti).

1-ci  tipdə xəstəlik bədəndə gedən immuniolji pozğunluq nəticəsində meydana çıxır. Müalicə üçün isə mütləq insulin tələb olunur, bu aksiomadır. İnsulin vurulmadığı təqdirdə xəstə komaya girə və həyatını itirə bilər.

2-ci tip isə 35-40 yaşından sonra meydana çıxan diabetlərdir. Bu tipə daxil olanların xəstəliyi genetik faktorla, piylənmə ilə çox bağlıdır. Həmin insanlarda sürətli piylənmə, bədən çəkisinin artması müşahidə edilir. 2-ci tip xəstələrin çoxusu həblərlə müalicə olunanlardır. Onların özünün insuluni var, sadəcə, bioloji gücü yoxdur. Həmin həblər mədəaltı vəzin işləməsinə kömək edir.

- Bəs, Azərbaycanda statistika necədir?

- Azərbaycanda 210 min şəkərli diabet xəstəsi var. Onu da qeyd edim ki, ölkəmizdə MDB məkanında ilk dəfə olaraq dövlət proqramı müəyyən edilib. Şəkərli xəstələrə dövlət qayğısı proqramı 2004-cü ildən fəaliyət göstərir. Hər il şəkərli diabet xəstələrinin dərmanlarına, insuluilərinə, şəkər ölçən cihazlarına dövlət tərəfindən vəsait ayrılır, xəstələr sadaladıqlarımla pulsuz təmin edilirlər. Qanun işləyir, xəstələrimiz dərmansız, nəzarətsiz qalmır. Sovet dövründə onlara köhnə, vaxtı keçmiş, heyvani insulinlər verilirdi ki, bu da cürbəcür fəsadlar yaranmasına gətirib çıxarırdı. İndi xəstələrə verilən dərman pereparatları Amerikada yüksək texnologiya ilə hazırlanaraq ölkəmizə gətirilir. Hamısı keyfiyyətli insulinlər və şəkərsalıcı dərmanlardır. Dövlət proqramına uyğun olaraq bunlar edilir. Amma şəxsin özünün də xəstəliyin aşkarlanmasında, ona qarşı mübarizədə marağı olmalıdır.

- Bu xəstəlik cinsə görə necə dəyişir, hər hansı bir fərq varmı?

- Demək olar ki, nəzərə çarpacaq dərəcədə fərq yoxdur, olsa belə cüzidir. Yəni qadınlarda kişilərə nisbətən daha çoxdur. Nəzərə alsaq ki, qadınlarda hamiləlik, doğuş kimi faktorlar var, cüzi fərqin olması normaldır. Bu həm dünyada, həm də Azərbaycanda belədir.

- Sizin fikrinizcə, şəkər xəstəsinin neçə il yaşama ehtimalı var?

- Çox, hətta 40-50 il şəkərlə yaşayanlar var. Əgər dietaya, göstərilən qaydalara əməl edilərsə, ölüm riski bir o qədər də aşağı düşər. Əvvəllər insulin olmadığı dövrlərdə ölüm sayı həddindən artıq idi. Həmin dövrlərdə xəstələrin orta yaşama dövrü 5-7 il olurdu.

- Xəstəliyin zonalara üzrə bölgüsü  aparılırmı?

- Xeyr. Bizdə Qubada da dolma yeyirilər, Qazaxda da, digər yerlərdə də. Yeməklərimiz ümumi olduğundan və bu xəstəlik də birbaşa qidalardan asılı olduğundan bunu bölgələrə bölmək düzgün deyil.

- Şəkərli diabetin gizlin getməsi mümkündürmü?

- Bəli, mümkündür. Bəzən xəstəliyin aşkarlanması üçün heç bir əlamət olmur. 2-ci tip xəstələrdə diabet əsasən gizlin gedir. Əksər vaxt xəstədə şikayətlər olmur, diabetə məxsus olan susuzluq, yanğı özünü biruzə vermir.

Bəzən yanğı simptomları olanda əksəriyyət havaların isti olması, tərləmə ilə əlaqələndirir. İnsan fikirləşir ki, yaydır, çox tərləyirəm deyə çox su içirəm.

Xəstəlik aşkarlananda məlum olur ki, pasientin göz dibində artıq fəsadlar var. Buna əsasən də müəyyən etmək olur ki, xəstəliyin yaşı ən azı 5 ildir. Əlamətlərin üzə çıxması ilə diabetin manifesti baş verir.


- Gizlin gedə biləcək diabetdən necə qorunmalı?

- Şəxsdə diabetin olub-olmadığını, gizlin gedib-getmədiyini öyrənmək üçün insanlar özləri maraqlı olmalıdırlar. Biz onları güclə müayinə etdirə bilmərik. Səhiyyə Nazirliyinin qərarına əsaən, istənilən hal üzrə polikilinikalara müraciət edənlərin hamısının şəkəri yoxlanılır. Həmin yoxlamalar hesabına şəkərli diabetlərin sayında artım baş verir.

Mən tövsiyə edərdim ki, kimin ailəsində diabetli insan varsa, ən azı 6 aydan bir şəkərini yoxlatdırsın. Bu birinci növbədə şəxsin özünə, sonrasında həkimlərə və səhiyyəyə də kömək deməkdir.

- Xəstəliyi yaradan səbəblərin içərisində qorxu faktorunun yüksək olduğu deyilir. Mütəxəssis olaraq fikirləriniz maraqlıdır...

- Ümumiyyətlə, xroniki stress halları xəstəliyə gətirib çıxarır. Qorxu da xəstəliyi yaradan başlıca səbələrdəndir. Əgər genetik meyl varsa, bəzi insanlarda diabet, bəzilərində hipertoniya, bəzilərində isə ürəyin işemik xəstəlikləri kimi üzə çıxır. Yəni harada zəif nöqtə varsa, xəstəlik də orada büruzə verir.

- Şəkərin ani qalxması və sonrakı müayinələrdə aşkarlanmaması tibbi cəhətdən mümkündürmü?

- Bəli, mümkündür. Bəzən stress vəziyyət də şəkərin qalxmasına səbəb ola bilər. Buna finogenektik hal deyilir. Stress anında bədən öz-özünü tənzimləyərək şəkəri qaldırır, çünki həmin anda bədənə enerji lazım olur. Məsələn, vəhşi heyvanla döyüşəndə ani olaraq insana güc gəlir. Bu həmin qlükoza hesabına baş verir. Bədən ondan energetik materila kimi istifadə edərək təhlükədən yaxa qurtara bilir. Həmin an insanın şəkəri ölçülərsə normadan artıq göstərici əldə edilə bilər. Bu şəkər deyil. Lakin bu hal uzun müddət davam edərsə, xəstəliyə gətirib çıxaracaq.

- Xəstəlik daşıyıcısı olan insanlar ailə qurub övlad sahibi olmaq istəyir. Şəkər xəstəsi olan hamilə qadının dünyaya gətirəcək körpəsinin xəstəliyə tutulmaması üçün hansı profilaktik tədbirlər həyata keçirilməlidir?

- Uşaq doğulan anda atada və anada diabet varsa, onun uşağa ötürülmə faizi yüksəkdir. Amma bir fərq var, bunu elm də dəqiqləşdirə bilmir. Belə ki, anada olan diabetin doğulacaq körpəyə ötürülməsi ehtimalı, atada olan diabetin uşağa ötürülmə ehtimalından azdır. Nə üçün belədir? Buna elm cavab verə bilmir.

- Mümkündürmü ki, qadın hamilə qalmamışdan əvvəl şəkərin körpəyə ötürülməməsi üçün müalicələr həyata keçirilsin?

- Ailə qurmağa hazırlaşan gənclərin hər ikisində, yaxud tərəflərdən birində şəkər xəstəliyi varsa, doğulacaq uşağa genetik ötürmə meylləri çox ola bilər. Bunun üçün gənclər arasında maarifləndirmə işləri genişləndirilməlidir.

Genetik meyl varsa uşağın şəkərə yoluxma ehtimalı çox böyükdür. Bunun üçün nəsə etmək mümkün deyil. Bu zaman uşağın xəstəliyə yoluxmaması demək olar ki, şans məsələsidir. Doğulan anda uşaqda şəkər yoxdursa, deməli, valideynlərdə olan diabet ötürülməyib. Bu az müşahidə edilən haldır. Amma əgər uşaq doğulan anda şəkər yoxdursa belə, sonradan yaranmaması üçün uşaqda piylənməyə yol aça biləcək halların qarşısı alınmalıdır, onu idmana yönləndirmək, stressdən uzaq tutmaq lazımdır.

- Ana südü vasitəsilə şəkərli diabetin körpəyə ötürülmə etimalı da təsdiqlənirmi?

- Bəli, son zamanlar elm təstiq edir ki, süd verməklə şəkərin ötürlməsi mümkündür. Buna görə də özündə şəkər aşkarlanan, amma uşağına ötürülməyən analara çox vaxt süd vermək qadağan olunur. Təbii ki, bu qadağa xəstəliyin  uşağa ötürülməməsi üçündür.

- Mütəxəssis olaraq necə düşünürsünüz, şəkərə yoluxmamaq üçün gündəlik həyatımızda nələrə diqqət etməliyik?

- Bu sualınıza adi misalla cavab verəcəm. "Nu poqodi” cizgi filmini hamı izləyib. Canavar daim dovşanı qovalayır. Tutdusa, o saat parçalayıb, işini bitirir. Yox, tuta bilmədisə, təhlükə sovuşur. Bir də nə vaxt rastlaşacaqlar, onu zaman göstərəcək. Təəssüf ki, insan cəmiyyətində belə deyil. Məsələn, qonşudan xoşun gəlmir, düşmən münasibətin var. Heç qonşunu görməsən belə, qapını açıb onun qapısını görməyin bəs edir. Bu cür davamlı əsəb və stress halı hipetoniyaya, şəkərə gətirib çıxarır. Mütləq şəkildə xroniki stressdən uzaq durmağa çalışmaq lazımdır.

Müasir insanın həyatında hipodinamiya-hərəkət azlığı çox yer tutur. Heç bir əzələ işlətmədən, hər şey pultla idarə edilir. İnsanlar gün ərzində mütləq şəkildə ən azı 1 saat yürüməlidirlər. Bəziləri səhər tezdən qaçır, lap yaxşı. Bunu edə bilməyənlər isə heç olmasa yürüyüş etməli, ən azından işdən evə gələndə liftlə yox, pilləkənlə qalxmalıdır. Əzələ hərəkəti, əzələ aclığı olmasa, bədəndə olan şəkər yanmır. Sakit halda beyin, ürək, qara ciyər, mədə işləyir. Amma əzələ hərəkəti olanda həmin bədəndə yığılan şəkərlər yanır. Beləliklə də uzunmüddətli hipodinamiya piylənməyə, o isə diabetə səbəb olur.

- Hazırda şəkərli diabet xəstələrinin sayının artma ehtimalı nə qədərdir?

- İndi bu xəstəliyə qeyri-infeksion epidemik xəstəlik deyirlər. Ümumdünya Səhiyyə Təşkilatının diabet komissiyasının verdiyi məlumatlara əsasən 2025-ci ildə şəkər xəstələrinin sayı 480-500 milyon olacaq.

Buna səbəb isə dünyada gedən proseslərdir. Hamının diqqət mərkəzində olan  Rusiya-Ukrayna münaqişəsində iştirak edən əsgərlərin hansı biri stress içində deyil?

- Uzun illər əvvəl şəkəri varlıların xəstəliyi adlandırırdılar. Bu fikirlə razılaşırsınızmı?

- Bəli, əvvəllər deyirdilər ki, şəkər varlıların xəstəliyidir. Tort, şokolad, müxtəlif şirniyyatlar varlı yeməyi sayılırdı. İndi kimin evinə getsən tortu da, şokoladı da, paxlavası da, mürəbbəsi də var. Müasir insanların qidalarında karbohidratlı-şəkərli qidalar üstünlük təşkil edir. Gündəlik rasionumuzda qidaların əksəriyyəti də bu cür tərkibdən ibarət olduğundan, eyni zamanda hipodinamiya və genetik faktor da birləşərək diabeti yaradır.

- Sizcə, şəkər xəstəsi olan insanın bu xəstəlikdən tamamilə sağalması mümkündürmü?

- Bu yaxınlarda böyük bədən çəkisinə malik pasientimiz vardı. Çəkisi 110 kiloqram idi, dietalarla onu 70 kiloqrama sala bildik. Həmin çəki azalmasından sonra diabet də çəkilib getdi. Amma təbii ki, çəki artarsa şəkər də yenidən qalxacaq. Ağır çəkili insanların hüceyrələri qida tələb edir. Çəki çox olduğundan insulyar aparata hökm edir ki, artıq insulin versin. İnsulin yandırma işlərini həyata keçirir. Çəki çoxaldıqca yandırmya gücü çatmır və üzülür.

- Diabetli xəstələrdə sürətli arıqlama müşahidə edilir. El arasında deyirlər ki, "şəkər insanı yeyir...”

- Bu cür xəstələr 1-ci tipə aid olan insanlardır, yəni uşaq yaşlarından bu xəstəliyə tutulanlarda sürətli arıqlama baş verir. Normal insanın sidiyində şəkər aşkarlanmır. Həmin xəstələrdə isə bədəndə sorulmalı, istifadə edilməli olan şəkər sorulmur. Və bədənin istifadəsi üçün lazım olan şəkər sidik vasitəsilə ifraz olunur. Nəticədə halsızlıq, natahatlıq yaranır. Şəkər olmasainsan beyni işləməz.

Həmin xəstələrin sutkalıq sidiyini bir yerə toplayıb analiz aparılan zaman aydın olur ki, şəxs gün ərzində 100-150 qram şəkər itirir. Əlbəttə, bu zaman insan arıqlayacaq. Müalicə zamanı məqsədimiz odur ki, bunun qarşısını alaq. Qarşısı alınanda şəkər qanda normal səviyyə düşür, həm də sidik vasitəsilə ifrazın qarşısı alınır.

- Son olaraq, xəstəliklə mübarizədə qida rasionumuzdan nələri çıxarmağı məsləhət görürsünüz?

- Karbohidratları çıxarmalıyıq, idmanla məşğul olmalı, gigiyena qaydalarına əməl etməliyik. İdman edə bilmirsiz, ən azından yürüyüş edin. Yeyin, yatın, qarın buraxın, sonra da deyin ki, vay şəkərə tutuldum. Bizdə hər şey tərsinədir. Fikir verin, toylarımız saat 6-da başlayır. Saat 7-də məclis qızışır, stolda olan hər şeydən dadırıq. Toya gələn yeyir, doyur, sonra da gedir evə, uzanır divana, pult əlində televizora baxır. Orqanizm buna nə etsin. Mədəni ölkələrdə saat 6-dan sonra yüngül qidalar qəbul edilir. Mədə anbar deyil ki, nə gəldi doldurasnız. Ona görə də həmişə deyirəm, çəngəl, bıçaq, qaşıqla biz özümüzün qəbrimizi qazırıq...


Gülşən RAUFQIZI

Xəbər 2968 dəfə oxunub






Oxşar xəbərlər

Abşeronun "kraliça"sı gender bərabərliyini pozur?
GDU-nun elmi katibi rektorla Cehun Bayramovu üz-üzə qoydu - QALMAQAL
Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu 7 aydır ki, boşdur?
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir
Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21413] initstartout [0.00017] initstartin [0.00090] calstart [0.01059] calend [0.00060] topnewsend [0.00366] rsssend [0.00000] ehgend [0.09263] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10504]