Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:01 - 08.12.2019  
“MƏTBUAT DƏYİŞİKLİKLƏRƏ HAMİLƏDİR…” – “Prezident göstərdi ki, narazıdır”
Tarix: 31-10-2019, 22:42 | Bölmə: Xəbərlər » Müsahibə

"AzPolitika.info” Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki sensasion çıxışı, cəmiyyətə verdiyi mesajlar və gözləntilər mövzusunda "Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə söhbətləşib.

“MƏTBUAT DƏYİŞİKLİKLƏRƏ HAMİLƏDİR…” – “Prezident göstərdi ki, narazıdır”Müsahibəni təqdim edirik:

- Elçin müəllim, Prezident Əliyevin hökumətin iqtisadi bloku ilə keçirdiyi müşavirə maraqlı nüanslarla yadda qaldı. Prezident çıxışı zamanı bir sıra istiqamətlər üzrə həm cəmiyyətə, həm də hakim komandaya ciddi mesajlar verdi. Bu müşavirənin ümumi ab-havasını necə qiymətləndirirsiniz?

– Öncə deyim ki, çox maraqlı və sıradan olmayan bir toplantı idi. Cənab Prezidentin çıxışı, iqtisadi bloka rəhbərlik edən dövlət məmurlarını istiqamətləndirməsi çox maraqlı idi. Məsələn, fikir verdinizsə, Prezident Şahin Mustafayevə dedi ki, mən bilirəm ölkədə yatırımlar var, amma bu xarici investisiyalardır. Üstəlik, bu investisiyaların böyük əksəriyyəti neft və qaz sektoruna yönəlib. Yəni qeyri-neft sektoruna yönələn yatırımlar azdır və ya yoxdur. Həm də Prezident müşavirədə kilid bir söz işlətdi. Dedi ki, biz bundan belə ancaq təbii ehtiyatlarımıza güvənməməliyik. XXI əsrdə yaşayırıq, indi yeni şərait yaranıb və ölkəmizi yeni şəraitə uyğun istiqamətdə inkişaf etdirməliyik. Məncə, Prezidentin çıxışı çox maraqlı oldu.

- Prezident islahatlardan danışarkən vergi sistemini nümunə göstərdi, bu zaman maraqlı bir qeyd etdi ki, bu sahədə islahatlar keçirməyin mümkünlüyünə çoxları inanmırdı. Amma biz bu islahatı həyata keçirə bildik. Ardınca isə islahatlara mane olmaq istəyənlərin mövcudluğundan danışdı. Sizcə, Prezident bununla hansı mesajı verirdi?…

– Təbii ki, bu sahədə elə dərin məlumatlar var ki, onu biz bilmirik. Prezident daha çox məlumatlıdır. Bu mənada vergi sistemində, vergiyə cəlbetmədə, qanunvericilikdə xeyli dəyişikliklər edildi. Məncə, bunun tam şəkildə hansı nəticələr verdiyi haqda danışmağımız bir qədər tez olardı. Çünki həmin dəyişikliyin nəticəsini bir müddətdən sonra görəcəyik. Amma həqiqətən də bu sahədə xeyli müsbət dəyişikliklər oldu. Bu dəyişikliyi normal həyata keçirsək, yəqin ki, irəliləyişlər qeydə alınacaq. Sözsüz ki, əvvəlki illərlə müqayisədə vergi daxilolmaları artıb. Amma eyni zamanda əskikliklər çoxdur. Prezident nitqi zamanı bir neçə dəfə şəffaflıq ifadəsini işlətdi. Əvvəl bu sahədə şəffaflıq yox idi, indi şəffaflıq faizi artdığı üçün büdcəyə daxilomalarda artıb.

Hesab edirəm ki, Prezidentin çıxışı həm vergi orqanlarında çalışanlara, həm də sosial təminat işinə baxan yeni kadrlara müəyyən dərəcədə dəstək xarakterində idi. Yəni siz düz yoldasınız, çalışın. Amma bu o emək deyil ki, işinizi görüb başa çatdırmısınız. Prezident mesaj verir ki, sizin işlərinizi görürəm, xəbərim var və təqdir edirəm.

- Sözgedən müşavirədə ən maraqlı məqamlardan biri də, Prezidentin bəzi komanda üzvlərinin mətbuat vasitəsilə yeni, islahatçı nazirləri şantaj etməsi, aparılan islahatlara mane olması haqda fikri idi. Prezident açıq ifadə etdi ki, mətbuat daxili mübarizədə sanki bir vasitəyə çevrilib. Həmin fikirlərin Prezident tərəfindən səsləndirilməsinin hökumətin media siyasəti üçün hansı nəticələri ola bilər?

– Məsələyə mətbuatın nöqteyi-nəzərindən yanaşsaq, deyərdim ki, mətbuat xeyli müddətdir ki, dəyişikliklərə hamilədir. Bu, artıq elə həddə çatıb ki, ölkənin ali rəhbəri də açıq şəkildə dilə gətirir, deyir ki, mətbuat vasitəsilə ali rütbəli məmurlar biri digərini şantaj edir. Yəni mətbuatı alətə və oyuncağa çeviriblər. Mətbuat isə belə olmamalıdır. Bu o deməkdir ki, mətbuat öz funksiyasını yerinə yetirə bilmədiyindən Prezident narazıdır. Söhbət bundan gedir. Çünki mətbuat dördüncü hakimiyyətdir, informasiya daşıyıcısı və ötürücüsüdür. Ənənəvi mətbuat, çox təəssüflər olsun ki, ictimai rəyin formalaşmasına təsir edə bilmir. İnsanlar da məhz buna görə sosial şəbəkələrə üz tutub. Sosial şəbəkələrdə isə informasiya yayma sərbəstdir. Amma söhbət keyfiyyətli jurnalistikadan və informasiyadan getmir. Çünki hər bir insan informasiya toplamaq və onu yaymaq hüququna malikdir. Amma söhbət ondan gedir ki, bir var informasiya peşəkarın əlindən çıxsın, bir də var adi vətəndaşın. Prezidentin mətbuat məsələsinə toxunması göstərir ki, əslində, bütün bunları görür və narazıdır. Prezident nitqində xüsusilə vurğuladı ki, hələ dərinə getmək istəmirəm. Fikrimcə, bu xəbərdarlıqdır. O mənadakı hər şeyi bilirəm, özünüzü yığışdırın.
Prezident xüsusilə bəyan etdi ki, aparılan islahatlara mane olanlar bizimlə yollarını ayırmalı olacaq. Bunu da mühüm mesaj hesab edirəm.

- Cəmiyyət bu mesajı necə başa düşməlidir?

– Mesaj ondan ibarətdir ki, artıq belə yaşamaq və belə işləmək olmaz. Biz daha sürətli islahatlara getməliyik. XXI əsrin tələbləri ilə ayaqlaşmalı, dünyadan geri qalmamalıyıq. Bunun üçün həm də yüksək səviyyəli kadrlar olmalıdır. İngiltərənin bir şirkətinin araşırmasından məlum olub ki, Azərbaycanda internetin sürəti Afrika ölkələri səviyyəsindədir. Yəni bizi Ermənistan da, Gürcüstan da, Rusiya da, Türkiyə də qabaqlayır. Normalda informasiyanın sürətlə yayılması üçün güclü internet tələb olunur. Bir neçə il əvvəl internetin sürəti daha yaxşı idi. Biz irəliləmək əvəzinə geriyə düşürük. Bunun da səbəbləri var.

Cənab Prezident çıxışı zamanı qeyd etdi ki, şişirdilən rəqəmlərə son verilməlidir. Bizdə problem odur ki, hər şeyi inhisarlaşdırmışıq. İnternet də tək bir əldə toplandığı və sağlam rəqabət mühiti olmadığı üçün 5 il əvvəlki səviyyədən də geridəyik. Çünki sağlam rəqabətsiz heç nə olmur.

- Prezident bir sıra dövlət strukturlarının büdcənin müzakirəsi zamanı rəqəmləri şişirtdiyini və daha çox pul əldə etmək istəyindən danışaraq onlara ciddi xəbərdarlıq etdi. Bunun nəticələri nə ola bilər?

– Əgər bu sözlər deyilirsə, nəticə olmalıdır. Prezident boş yerə demədi ki, ümidləri ancaq təbii sərvətlərə bağlamamalıyıq. Bu o deməkdir ki, qeyri-neft sektoru inkişaf etməlidir. Bu baxımdan bütün xərclər, xüsusilə dövlət büdcəsindən ayırmalar səmərəli olmalıdır. Əks təqdidə vəziyyət çətin ola bilər. Prezident bu mövqeyi ilə çox uzaqgörənlik nümayiş etdirir. Baxın, hazırda dünyanın aparıcı ölkələri daxili yanma mühərriki ilə işləyən avtomobillərdən imtina edir, elektrik modellərə, hidrogen yanacağı ilə çalışan avtomobillərə keçirlər. Beləliklə, neftə tələbat azala bilər. Biz anlamalıyıq ki, bu gün neftin dəyəri varsa, sabah bu cür olmaya bilər. Qazdan istifadə hələ davam edəcək, çünki elektrik istehsalı üçün qaz vacibdir. Amma neftin əhəmiyyəti getdikcə azalacaq. Həm də bazarda neftin konyukturası dəyişə bilir. Bu baxımdan biz özümüzü hər şeyə hazırlamalıyıq. Azərbaycanın çox çevik əhalisi və çevik hərəkətə imkan verən ərazisi var. Yəni böyük ərazisi və əhalisi yoxdur. Fikrimcə, irəliyə getmək üçün böyük potensial var. Sadəcə bunu düzgün istifadə etmək lazımdır. Prezident də məhz bu məqamlara diqqət yetidi. Eyni zamanda yeni Baş Nazirin qarşısına iqtisadi artımı, islahatları davam etdirməyi hədəf kimi qoydu. Əli Əsədov iqtisadçıdır, SSRİ dövründə ən ciddi təhsil verən ali təhsil ocağını bitirib, uzun müddət Prezident Aparatında çalışıb, təsərrüfat işini bilir. Prezident tərəfindən onun qarşısında konkret vəzifə qoyulubsa, ciddi işləməlidir.

Xəbər 1576 dəfə oxunub






Oxşar xəbərlər

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28376] initstartout [0.00023] initstartin [0.00071] calstart [0.00943] calend [0.00052] topnewsend [0.00478] rsssend [0.00000] ehgend [0.00652] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26082]