Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:28 - 24.01.2020  
Fəzail Ağamalı KİVDF-nin müdafiəsinə qalxanları hədələdi - “Danışsam..."
Tarix: 26-10-2019, 22:47 | Bölmə: Xəbərlər » Müsahibə

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı xəbər portallarından birinə müsahibəsində KİVDF-ni bəzi qanunsuzluqlarda ittiham edib. Millət vəkili hesab edir ki, KİVDF-nin özündə ciddi islahatlar aparılmalıdır. Deputat hər il dövlət büdcəsindən bu fonda ayrılan milyonlarla vəsaitin şəffaf şəkildə xərclənməməsinə, mətbuata bu xərcləmələrlə bağlı hesabat verilməməsinə diqqət çəkib.

Fəzail Ağamalı KİVDF-nin müdafiəsinə qalxanları hədələdi - “Danışsam..."F. Ağamalının bu fikirləri bəzi qəzet və sayt redaktorları tərəfindən birmənalı qarşılanmadı. Məsələn, "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev millət vəkilini Prezidentin tezislərindən qərəzli və dövlətçiliyə ziyanlı nəticələr çıxartmaqda ittiham etdi. A. Quliyev Ağamalının biznesə qanunsuz dəstək verərək, monopoliya yaradan və reketçi media ilə çirkin alyans quraraq islahatlara təxribat edən iki şərti qrup məmurlardan hansı ilə bağlı olduğunu araşdırmağa başlayacaqlarını da qeyd edib.  

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Fəzail Ağamalı Redaktor.az-a danışıb.

F. Ağamalı bildirib ki, KİVDF-nin fəaliyyəti ilə bağlı tənqidi fikirləri səbəbsiz deyil:

"Düşündüm ki, bütün sahələrdə islahatlar gedir. Eyni zamanda KİVDF-nin fəaliyyətində də bu cür islahatların keçirilməsinə ehtiyac var. Məncə, bunu  bütün jurnalistlər bilir. Çox təəssüf edirəm ki, vahid mərkəzdən verilən göstərişlər əsasında KİV-in imkanlarından illərdir bəhrələnən bəzi jurnalistlər mənə qarşı start verilən kampaniyanın içərisindədir. Qeyd edim ki, mənim jurnalistlərlə heç vaxt ciddi problemlərim yaşanmayıb. Əksinə, onlarla hər zaman yüksək münasibətlərimiz olub. Hətta mənim haqqımda təhqiramiz fikirlər söyləyən və özünün "Facebook” səhifəsində bütün etik dəyərlərdən kənar çıxış edən Aydın Quliyevlə də hər hansı bir gərginliyim olmayıb. Eyni zamanda E. Mirzəbəyli də gözləmədiyim halda bu kampaniyanın içərisində yer alıb. Digərləri də onun kimi... Ünvanıma arqument gətirmədən təhqiramiz fikirlər söylənilir. Əlbəttə, bu cür yanaşmalar onların hansı əxlaqi dəyərlərə söykəndiklərini ortaya qoyur. Ünvanıma deyilən təhqirlərin hamısını onlara yönəltmək zorundayam".

F. Ağamalı qeyd edib ki, illərdir əqidəsilə dövlətçiliyə xidmət edir:

"Bu, hər kəsə bəllidir. Hər zaman çatışmayan cəhətlərimin üzərində dayanıram. Dəfələrlə qarşı tərəfin mənə olan haqsız hücumlarını yaşamışam və bu hələ də davam edir. Etiraf edirəm ki, KİVDF ölkə prezidenti tərəfindən yaradılıb. Bu gözəl təşəbbüsü hər zaman alqışlamışam. Lakin KİVDF-nin imkanlarından necə istifadə olunur?! Bu qurum həqiqətən bütün KİV-lərə eyni şəkildə, eyni formada münasibət bəsləyirmi?! Əlbəttə ki, xeyr. İllərdir jurnalist kimi fəaliyyət göstərən  və özünü təsdiq edən KİV əməkdaşları var ki, onlara fərqli münasibət özünü göstərməkdədir. Həmin şəxslər KİVDF-nin köməyindən kənardadır. Mən bunları dilə gətirmişəm. Mənə qarşı çirkin kampaniya aparmaq əmri verənlərin düşüncələrində olan normal keyfiyyətlər haradadır?! Mənim kiminsə şəxsiyyətinə toxunmadan söylədiyim fikirlərə qarşı bu cür hücumlarla məni susdurmaq istəyirlər?! Demokratiya budurmu?! Aydın Quliyev mənimlə bağlı araşdırma aparacaqlarını yazır. Aparılsın! Ancaq araşdırma aparılanda obyektivlik, şəxsiyyətin təhqir olunmaması, qərəzdən uzaq mövqe ortalığa qoyulmalıdır. Əks təqdirdə mən heç kimə güzəştə getməyəcəm və bütün mənzərəni açıb ortalığa qoyacam. Mənə qarşı hücum edənlər jurnalistikada həlledici adamlar deyillər. Onlar sadəcə olaraq verilən tapşırığı icra edirlər".

F. Ağamalı bildirib ki, dəyərli, obyektiv, ədalətli jurnalistlərimizin dediklərinə münasibətinin müsbət olacağına əmindir:

"Çox təəssüf edirəm ki, xoşməramlı, islahatların davam etdirilməsinə xidmət edən təklifim bu cür aqressiv şəkildə qarşılandı. Ölkə prezidentinin adını dəfələrlə çəkən Aydın Quliyev vicdanının səsinə qulaq assın. Onda əmin olar ki, atdığım addımların hər birində ölkə prezidentinin həyata keçirdiyi siyasətə dəstək var. Dəfələrlə demişəm, bu gün də təkrar edirəm ki, mən sona qədər dövlətçiliyimizin və ölkə prezidentinin yanındayam. Mənə hücum edənlərin arxasında duran, onlara tapşırıq verənlərin kim olduğunu bilirəm. Onlara xəbərdarlıq edirəm ki, etikadan və mənəviyyatdan kənar hücumlarını yığışdırsınlar. Həmin adamlar haqqında danışsam, onların içüzü açılacaq və kimlikləri cəmiyyətə bəlli olacaq. Hələlik bunu istəmirəm. Onlar güzgüyə baxsınlar və gördükləri eybəcərliklərə görə güzgünü sındırmasınlar. Bu eybəcərlikləri aradan qaldırmağa çalışsınlar".

Xəbər 1678 dəfə oxunub






Oxşar xəbərlər

Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40205] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.00953] calend [0.00054] topnewsend [0.00416] rsssend [0.00000] ehgend [0.08892] tagsstart [0.00110] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29688]