Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:54 - 21.11.2019  
"Mediada da islahatlara ehtiyac var” - Deputat
Tarix: 26-10-2019, 15:21 | Bölmə: Xəbərlər » Müsahibə

"Mediada da islahatlara ehtiyac var” - DeputatPrezident İlham Əliyev keçirdiyi son müşavirədə bəzi hökumət üzvlərinin yeni təyin olunan nazirləri mətbuat vasitəsilə şantaj etdiyini bildirdi. Bununla hökumət içində islahatlara maneə olmaq istəyən qüvvələrin fəallaşdığını vurğulamaqla yanaşı, bəzi mətbuat orqanlarının da onların əlində şantaj vasitəsinə çevrildiyini bəyan etdi.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə belə bir vəziyyətin yaranmasının günahının Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) olduğunu bildirib.

O, demokrat.az xəbər portalına müsahibəsində KİVDF-in fəaliyətini kəskin tənqid edərək, bu qurumda ciddi dəyişikliklərə ehtiyac olduğunu bəyan edib: "Şübhəsiz ki, media sahəsində də ciddi islahatlara ehtiyac var. Düşünürəm ki, bu islahatların həyata keçirilməsi zamanı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) özündə ciddi dəyişikliklər olmalıdır. Mətbuatdan və bir çox jurnalistlərdən eşitdiyim məlumatlara görə, KİVDF-nin fəaliyyəti ilə bağlı ciddi narazılıqlar var. Bu nöqsanları aradan qaldırmaq lazımdır. KİVDF-nin fəaliyyətində şəffaflığı və obyektivliyi təmin etmək olduqca vacibdir. Misal üçün, elə jurnalistlər var ki, onun bir neçə yerdə evi ola-ola KİVDF-dən mənzil alır. Amma evi olmayıb illərdir ki, jurnalistika sahəsində çalışanlar bu imtiyazdan yararlana bilmirlər”.

Fəzail Ağamalı dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsaitlərin də şəffaf və səmərəli istifadə olunmadığını bildirib: "Digər tərəfdən hər il dövlət büdcəsindən KİVDF-yə milyonlarla vəsait ayrılır, amma həmin vəsaitlərin şəffaf şəkildə həyata keçirilmir, mətbuata həmin vəsaitin hesabatı verilmir, bir çox hallarda KİVDF həmin vəsaitləri oxunaqlı KİV-lərə deyil, özlərinə yaxın olan qəzetlərə ayırırlar. Bunlar mənim subyektiv fikirlərim yox, jurnalistlərin söylədikləridir. Sözlərimin səmimiliyinə inanın ki, mənim KİVDF ilə hər hansı qərəzim də yoxdur. Sadəcə olaraq, bu gün bir çox jurnalistlər KİVDF-nin fəaliyyətindən narazıdırlar. Bu fikirlərin əksəriyyəti mətbuatda da gedir. Demək ki, bu sahədə problemlər var. Əgər problemlər varsa, təbii ki, orada da islahatlar aparılmalıdır. Elə etmək lazımdır ki, mətbuatımız da hamılıqla bu gün dövlətçiliyin yanında olsun və ona yüksək səviyyədə xidmət etsin. Bu da faktdır ki, bir sıra adı olan, özü olmayan qəzetlərə KİVDF tərəfindən pullar ayrılır. Bütün bu problemlərin hamısı nəzərə alınmalı, ciddi araşdırılmalı və öz həllini tapmalıdır. Bir sözlə, media sahəsində də şəffalığa və ciddi islahatların aparılmasına ehtiyac var”.

Xəbər 655 dəfə oxunub






Oxşar xəbərlər

Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.51232] initstartout [0.00025] initstartin [0.00109] calstart [0.01446] calend [0.00077] topnewsend [0.01164] rsssend [0.00000] ehgend [0.01042] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.47275]