Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:12 - 22.10.2019  
Qulu Məhərrəmli: “O yerdə ki, intriqa var, orda iş olmayacaq”
Tarix: 5-08-2019, 23:28 | Bölmə: Xəbərlər » Müsahibə

"Kimliyindən asılı olmayaraq, hər kəs bu dildə doğrunu, dürüstü danışmalı, əxlaqlı, vicdanlı və tərbiyəli olmalıdır”

Avqustun 1-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Azərbaycan Milli Kinosu Gününə həsr olunmuş tədbir keçirildi. Qurumun rəhbəri Rüstəm İbrahimbəyovun da qatıldığı tədbirlə bağlı professor Qulu Məhərrəmlinin sosial şəbəkədəki nikbin notlar üzərində köklənmiş paylaşımı diqqət çəkdi. Müsahibimizdən əvvəlcə kino mövzusu ilə bağlı danışdıq, ardınca digər məsələlərə keçid elədik.

- Qulu müəllim, sizi Milli Kino günü ilə bağlı tədbirdə gördük. Yəqin Rüstəm İbrahimbəyovla da ayrıca görüşünüz olub. Nələrdən danışdınız?

- Çox dərin görüşümüz olmadı. Kino günü qeyd olunurdu, xeyli kino adamları ordaydı. Mən Kino İttifaqının üzvüyəm və üzv olaraq həmin tədbirə qatılmışdım. Azərbaycanda kino işçisinə, kinonun dirçəlişinə belə bir ümid var və buna görə də çox sevinirəm.  Ümid var kinonun dirçələcəyinə. Ümid dövlətin bu işə qayğısından yaranır. Yəni açıq-aydın hiss olunur ki, kino adamlarına qayğı göstərilir, bunların əməyi qiymətləndirilir. Ümid burdan qaynaqlanır.

- Bir vaxtlar Kinematoqrafiya İttifaqı parçalandı, hökumətyönlü, müxalifətyönlü qurumlar yarandı. Yuxarıda dediniz ki, kino adamları bir yerdəydi. Yəni artıq bu qurumlar da bir yerdə fəaliyyətə qərar verib?

- Yox. Mən kimin hansı cəbhədə olmağını dəqiq bilmirəm. Amma mənim üçün kinonun rəmzi olan adamlar var. Tutaq ki, Rasim Balayevdir, katib Cəmil Fərəcovdur. Bunların bir yerdə olmasını nəzərdə tuturam. Gəncləri burada çox gördüm, həm aktyorlar, həm ssenaristləri. O yerdə ki, intriqa var, orda iş olmayacaq. O yerdə ki, birlik, həmrəylik var, millətin problemlərinə birgə baxış var, orda ümid etmək olar ki, nəsə bir şey yaratmaq mümkündür.

- Rüstəm İbrahimbəyov planları ilə bağlı nələrsə danışdımı?

- Xeyr. O dərəcədə imkan olmadı. Çünki tədbir çox qısa keçirildi və mükafatlandırma oldu, kino işçilərini təbrik etdilər. Rüstəm İbrahimbəyov özü çıxış etmədi. Amma bundan 2-3 həftə əvvəl həmin təşkilatın konfransı keçirildi, nizamnaməsi müzakirə olundu. Yəni olan yeniliklər bunlardır. Başqalarını deyə bilmərəm, mən bu ölkədə kino işinin canlanmasını, yaradıcı adamların bir yerdə olmasını, intriqadan uzaq qalmalarını çox arzulayıram. Arzu edirəm ki, nəhayət, bu ölkədə kino əlaqələri dirçəlsin, bərpa olunsun, gözəl filmlər çəkilsin.

- Heç olmasa tədbirdə Rüstəm İbrahimbəyovun yeni filmi ilə bağlı anons oldumu?

"Mətbuat şəxsi haqq-hesab çəkmək vasitəsi deyil”

- Yox. Bununla bağlı bir söhbət eşitmədim. Amma onu bilirəm ki, Rüstəm İbrahimbəyov həmişə harda olubsa - istər Azərbaycanda, istər xaricdə - onun kino işləri davam edib. Çünki dünya miqyasında tanınan, kino anlayışını özündə ehtiva edən bir insandır. Əlbəttə ki, onun yaradıcılığı çoxşaxəlidir, genişdir. Təkcə Azərbaycanda yox, Moldovada, Gürcüstanda, Rusiyada, ABŞ-da tanınır.

- Amma son çəkdiyi film böyük qalmaqala səbəb oldu, birmənalı qarşılanmadı...

- Bunlar ona qarşı xüsusi təşkil olunmuş hücumlar idi, mən onu bölüşmürəm və müzakirəni təzədən açmaq istəmirəm. Əlbəttə, bir filmin gözəl keyfiyyətləri, məziyyətləri də, qüsurları da ola bilir, onlar da tənqid edilməlidir. Amma bunu qərəzə, kampaniyaya çevirmək təkcə kino işinə yox, ümumiyyətlə, yaradıcı insanlara, kino prosesinə öz mənfi təsirini göstərir.

- Avqustun 1-i  Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur və sizin də bununla bağlı sosial şəbəkədəki statusunuzu gördüm. Paytaxtda, obyektlərin üzərindəki əcnəbi dillərdə yazılanlar, qoyulan adlar sizi dilçi alim olaraq yəqin ki, narahat edir.

- Bəli, bu məsələ məni narahat edir. Pis-yaxşı son illərdə bizim ana dilinin işlənməsi sahəsində müəyyən fəaliyyətlərimiz var. Hesab edirəm ki, dövlətin qəbul etdiyi sənədləri biz layiqincə gerçəkləşdirə bilsək, Azərbaycan dilinin işlənməsi ilə bağlı bir çox problemləri həll edə bilərik. Hesab edirəm ki, dil məsələsi istənilən millətin varlığıdır, onun ruhunun ifadəsidir. Ona görə də biz dil daşıyıcıları kimi bu dilə sevgi ilə yanaşmalıyıq. Təkcə mediada deyil, küçə yazılarında-filanda da qaydalara uyğun olmasını təmin etməliyik. Mən çox təəssüflənirəm ki, jurnalistlər bu işdə nisbətən zəif iştirak edirlər. Bu məsələlərə daha ciddi, daha davamlı diqqət yetirilməlidir. Təkcə 2013-cü ildə qəbul olunmuş dilin işlənməsi ilə Dövlət Proqramından irəli gələn vəzifələri həll etmək üçün medianın xüsusi kampaniyası olmalıdır. Hesab edirəm ki, bu dildə danışan insanlar, ana dilinin hörmətini, nüfuzunu, statusunu qorumaq üçün çox şey etməlidirlər. Medianın üzərinə də çox böyük işlər düşür.

- Qulu müəllim, sanki son zamanlar Azərbaycan dilindən daha çox xoşməramlı ünsiyyət vasitəsi kimi deyil, əksinə, sərt, vulqar ifadələrlə qurşaqdan aşağı zərbə endirmək vasitəsi olaraq istifadə edilməsinə üstünlük verilir. Bu, bizim müşahidəmizdir, bəs, siz bununla bağlı nələr düşünürsünüz? Mənzərədən narahatsınızmı?

- Mən sizinlə razıyam. İnsanlar anlamalıdır ki, leksik lay həm də düşüncənin ifadəsidir. Dil insanlara xoşgörü üçün, dialoq üçün, fikirlərini anlatmaq üçün verilir. Dil insanlara qışqırmaq, kimisə təhqir etmək üçün verilmir. Yəni dilin əsas işi insanlar arasında ünsiyyət vasitəsidir. Bu ünsiyyət gözəl, xoşgörü olmalıdır. Dilin daşıyıcıları bunu nəzərə almalıdırlar. Biz dilimizi məyus etməməliyik. Biz dilimizi gözəl sözlərlə, gözəl intonasiyalarla, gözəl danışıqla və gözəl normalarla işlətməklə onu sevindirməliyik. Təəssüf edirəm və sizinlə razıyam ki, bu gün dilin intonasiyası da dəyişir, insanlar bir-birinə çox xoş olmayan tərzdə müraciət edir və bunlar əlbəttə ki, qəbulolunmazdır. Bunların da hamısı hesab edirəm ki, təfəkkürlə, əxlaqla, düşüncə ilə bağlıdır. Biz əxlaqımıza da diqqət yetirməliyik, düşüncəmizə də, dilimizə, danışığımıza da. Bu dil dünyanın ən gözəl dillərindən biridir, unutmayaq!

- Təəssüf ki, Qulu Məhərrəmli kimi təmkinli elm adamı da bəzən çərçivələri aşıb sərt ifadələri dilinə gətirməyə meyllənir...

- Bizim əsas işimiz tərbiyəsiz, abırsız adamlardan özümüzü qorumaqdır. Bunun üçün ən minimum formalardan istifadə etməliyik. Biz o cür danışan adamları qəbul etməli deyilik. Bilirsiniz, topu yerə vurursan, zərbəyə uyğun reaksiya verir. Kimliyindən asılı olmayaraq, hər kəs bu dildə doğrunu, dürüstü danışmalı, əxlaqlı, vicdanlı və tərbiyəli olmalıdır. Dili bu işdə alət etmək olmaz.

- Fikrimcə, Azərbaycan dilinin incəlikləri hətta ən kəskin mövqedə olan adamı çay masası arxasında "ram” edib, normal polemika aparmağa, məsələlərin "sülh” yolu ilə həllinə imkan verir. Nədən bu variantdan istifadə olunmasın?

- Şəxsən mənim heç kimlə problemim yoxdur, səmimi deyirəm. Ağıllı, düşüncəli adamlarla da fikirlərimizi çox rahat şəkildə bölüşürük. O şey ki, islah oluna bilər, düşüncəyə yaxındır, o şey ki, ümumiyyətlə, norma deyilən bir həddə var, orda əlbəttə, dialoq çox vacibdir. Bir də var ki, məsələn, siz bir aləti işlədirsiniz, sonra onu itiləmək, əl gəzdirmək olur. Bir də var o alət ümumiyyətlə, sıradan çıxır, ondan yeni alət düzəltməyin heç bir faydası yoxdur. Çünki o, artıq itirilib, sıradan çıxıb. Ona görə o cür alətlərlə bizim işimiz yoxdur.

- Xüsusilə media nümayəndələrinin bir-birinə qarşı çıxması, savaş açması ağrılı mənzərə deyilmi?

- Ümumiyyətlə, intriqalar cəmiyyəti zəiflədir, ictimai əxlaqı pozur. Üstəgəl, bu işlə ədəbsiz və böhtan şəklində məşğul olursansa, əlbəttə ki, bu, insanların enerjisini aparır. Mənim elə bir problemim yoxdur, amma elə situasiyalar olur ki, orda biz ancaq abrımızı və ləyaqətimizi qorumalıyıq. Kimlərsə o həddi nə dərəcədə keçib, özü bilər. Mən hesab edirəm ki, mətbuat şəxsi haqq-hesab çəkmək vasitəsi deyil. Biz ədəbli, nəzakətli olmalıyıq və tərbiyəmizi göstərməliyik. Həddən keçiləndə həmişə eybəcər mənzərə alınır. Əgər kimsə düşünürsə ki, bu addım effektlidir, tamamilə yanlış və mənasız yanaşmadır.

- AzTV-dəki yeniliklərdən çox danışılır. Vaxtilə siz də bu kanalda çalışmışınız. Yeniliklər diqqətinizi çəkirmi, verilişləri izləyirsinizmi?

-  Arada baxıram. Əlbəttə ki, dəyişiklikləri də görürəm, təqdir edirəm. Hesab edirəm ki, hər bir işin başında onun peşəkarı dayanmalıdır, mütəxəssis dayanmalıdır. Yaxşıya yaxşı demək, pisi də tənqid etmək lazımdır. Əlbəttə, gedən prosesləri görürəm. Buna görə də ora yeni adamlar, peşəkarlar dəvət olunub. Bunu təqdir eləmişəm, münasibətimi bildirmişəm.

- Təcrübəli şəxslərin, bizim tanıdığımız çox məşhur simaların bu gün dövlət televiziyasında bir arada olması nostalji hisslər yaradır. Siz özünüzü o sırada görürsünüzmü? Dəvət olunmusunuzmu?

- Mənim elə bir problemim yoxdur. Nə dəvət ediblər, nə də düşüncəmdə elə bir şey yoxdur. Televiziyada vaxtilə gördüyümüz insanlar var, xüsusilə bizim də uşaqlıq, gənclik dövrümüzün diktorları, onlar təkcə nostalji yaratmır, bunlar yaddaşdır. Bunlar televiziyanın yaddaşıdır. Bunlar bizim görüntü sənətimizin, audivizial sənətimizin yaddaşıdır. Onlara nə qədər hörmət olunursa, hörmət edən adamın özü də bir o qədər hörmətli olur. Heç kimin əməyini yerə vurmaq olmaz. Onlar ömürlərini burda veriblər. Mən dünən jurnalları vərəqləyirdim, "Oqonyok” jurnalında vaxtilə yazım çıxıb, AzTV haqqında, o cümlədən Roza Tağıyeva və Dilarə Səlim haqqında materiallar yazmışam. Çox qəribə duyğular yaratdı. Bu adamlar efirin yaddaşıdır, bizim yaddaşımızdır. Bunlar hər halda dilin, mədəniyyətin göstəricisi kimidir. Ona görə mən onlara yaxşı münasibət göstərilməsini təqdir edirəm, alqışlayıram. Televiziya inkişaf etməlidir. Bu, dinamik bir sahədir və proseslər getməlidir. Fundamental, əsaslı, mahiyyəti ifadə edən dəyişiklikləri biz alqışlayırıq və belə olanda onu təbii ki, dəstəkləyirik.

- Sizə müəllif verilişinə rəhbərlik etmək dəvəti gəlsə, qəbul edərdinizmi?

- İndi mənim GünAZTV-də demək olar ki, müəllif verilişimdir. "Mətbuat aynasında” proqramım var, çox gözəl formada gedir, bəyənilir, peyk televiziyası ilə yayılır və kifayət qədər də baxılır. Digər kanalda verilişimin olması ilə bağlı xüsusi ehtiyac hiss eləmirəm.

- Qulu müəllim, vaxtilə sizin Fətulla Gülənlə görüşünüz, əlaqəniz barədə yazılar, ittihamlar var idi. Bu günlərdə yenidən həmin ittihamlar dövriyyədədir...

- Allah səni saxlasın, mən jurnalistəm, dünyanın çox görkəmli adamları ilə görüşmüşəm də, müsahibə də almışam. Heydər Əliyevdən başlamış, Tetçerə qədər. Mənim işim görüşməkdir, müsahibə almaqdır. Özü də dünəni niyə dövriyyəyə salırlar? Gülənlə bağlı bizim görkəmli şəxsiyyətlərimiz o qədər fərqli sözlər deyiblər ki... O vaxt biz onu Türkiyə dövlətinin təmsilçisi kimi tanıyırdıq və onun burda açdığı məktəblər də çox səmərəli fəaliyyət göstərirdi. Bu cəfəngiyatları, bunları böhtan şəklində demək ən aşağı səviyyəli adamın işidir. Yəni mən bu tərzi qəbul etmirəm. Bunlar hamısı mənasız, yüz dəfələrlə fırladılmış əhəmiyyətsiz bir şeylərdir.

- İndi yəqin Gülənlə görüş fürsəti yaransa, görüşməzsiniz, eləmi?

- Bu dəqiqə vacib işlərimiz var. Əlbəttə, bu gün dünyada sözü, səsi olan istənilən siyasətçi, mədəniyyət adamı, ilahiyyatçı, ictimai xadimlə görüşmək istəyimiz var. O şeydən ki danışılır, böhtan və şantaj kimi istifadə olunur, bunlar hamısı boş və mənasız şeylərdir, cəfəngiyyatdır. Təfəkkürü qurumuş adamlar bundan belə vasitə kimi istifadə edir.

- İllər öncə bizə müsahibənizdə demişdiniz ki, maraqlı diktatorlar var, onlarla görüşmək istərdim. İndi həmin diktatorlar heç həyatda yoxdurlar, nəinki hakimiyyətdə. İndi kimlərlə görüşmək istərdiniz?

- Həmin diktatorların bir qismi özü ölüb, bir qismini də xalq axırına çıxıb. Ona görə də bilmirəm heç dünyada diktator qalıb, ya yox? Diktator da bir mənzərədir də. Elə ölkələr var, məsələn, Şərq ölkələri, bunlar bu düşüncə ilə cəmiyyəti irəli aparmaq istəyir. Dünyada başqa meyllər, tendensiyalar var. İndi iqtisadiyyat ön plana keçib. Görüşə gəldikdə, bu yayın istisində heç kimlə görüşmək ağlıma gəlmir... (Gülür)

Elşad PAŞASOY,
"Yeni Müsavat”

Xəbər 1972 dəfə oxunub






Oxşar xəbərlər

Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34604] initstartout [0.00023] initstartin [0.00110] calstart [0.01286] calend [0.00077] topnewsend [0.00734] rsssend [0.00000] ehgend [0.01085] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31196]