Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:35 - 22.08.2019  
Fazil Mustafa Şah İsmayıla görə Elbəyi Həsənlini dostluğundan sildi
Tarix: 5-08-2019, 11:19 | Bölmə: Xəbərlər » Müsahibə

İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli də deputat Fazil Mustafanın başlatdığı Şah İsmayıl müzakirələrinə qoşulub.

 

Bu barədə status yazan E. Həsənli Fazil Mustafanın mövqeyini kəskin tənqid edib. Millət vəkili Fazil Mustafa onun bu statusuna cavab verib. Lakin həm də onu Facebook sosial şəbəkəsində dostluğundan silib: "Ədalətsiz davranışına görə"...

Elbəyi Həsənlinin və Fazil Mustafanın müvafiq statuslarını ardıcıllıqla təqdim edirik.

Elbəyi Həsənli: "İngilis dilində "corner stone" ifadəsi çox işlənir. Dilimizə "məhək daşı" və ya "guşə daşı" kimi tərcümə oluna bilər...

Sayın Fazil Mustafanın Şah İsmayılla bağlı mövqeyi şiddətlə tənqid olunur. Ancaq adam iki ayağını bir başmağa dirəyib ki, yox ki, yox. Şah İsmayıl pisdir, şərab içəndir...

1993-cü ildə Əbülfəz Elçibəyin fərmanı ilə "Şah İsmayıl” ordeni təsis edilib. O vaxt hökumətdə yüksək vəzifə tuturduz. Etirazı o vaxt edəydiz..

"Corner stone" ifadəsinə qayıdıram. Hər bir millətin "məhək daşı" sayıla biləcək şəxsiyyətləri var. Biz millət olaraq həmin o daşların üzərində bina olmuşuq. Siz isə deyirsiz ki, gəlin, o binanın özülündə yer alan Şah İsmayıla aid guşə daşını çıxarıb, ataq. Yəni, min illər ərzində qurulmuş o binanı öz əlimizlə öz başımıza uçuraq...

Bəli, Şah İsmayılı da tənqid etmək olar. Ancaq Şah İsmayılı kiçiltmək, onu şərab içən bir əyyaş kimi xalqa sırımağa çalışmaq, yolverilməzdir!

O, Səfəvilər dövlətinin banisi və Azərbaycan Türkünün dünya tarixinə atdığı silinməz imzadır...

Mən bu kimi eybəcər iddiaların Türkiyədəki bəlli dairələrin sifarişi ilə həyata keçirilməsinə inanmaq istəməzdim. Heç istəməzdim..."

Fazil Mustafanın cavabı: "Cənab Elbəyi Həsənli! Ümid edirdim ki, təcrübəli jurnalist kimi ən azı bir mətni oxuyub anlamalıydınız ki, müsahibəmdə Şah İsmayılın şərab içməsini irad olaraq səsləndirməmişəm. Sadəcə şiə anlayışı ilə ona bağlılığın bu dərəcədə aşırı olmasının anlaşılmadığını nəzərdə tutmuşam. Bu faktı da Füzuli "Bəngü-Badə"də bildirir. Mənbələr də onun Şeybani xanın kəllə sümüyündə şərab içdiyini təsdiqləyir. İkincisi isə ona görə 1993-cü ildə etiraz etməmişəm ki, o dövrdə mən də sizin indiki düşündüyünüzü düşünürdüm. Sonra çox sayda araşdırdığım mənbələr göstərdi ki, Ağaoğlu, Rəsulzadə, Zərdabi, Axundov, Mirzə Cəlil bütün bəlalarımızın kökündə Səfəvi zehniyyətinin durduğunu açıq və dolayı yolla ortaya qoyurlar. O zaman Nadirin Muğan qurultayında o möhtəşəm antisəfəvi çıxışından xəbərsiz idim və bu fikirləri də 1997-ci ildə çıxan "Azərbaycan türkünün iman davası" kitabımda və sonrakı onlarla məqaləmdə ifadə etmişəm. Əgər 1828-ci ildə rus işğalı olmasaydı, bu gün biz güneydəki azərbaycanlılardan fərqli durumda olmayacaqdıq. Əlbəttə, fərqli görüşlərdə ola bilərsiniz, ancaq bu formada şəxsimə qarşı hörmətsiz yanaşmanızı gözləməzdim. Azərbaycanda baş yarmalar, mərsiyələr, dini fərqliliyə görə insanı öldürmələr və məzhəb dövləti anlayışı məhz Səfəvilərlə başlayıb. Həmin məzhəb dövlətini də bu gün İran eyni qaydada qurub və 25 milyon azərbaycanlının bu ad altında anasını ağladır. Kiminsə türk olması bu kimi təzahürləri millətimizə xəstəlik kimi miras qoymasına əsas vermir. Təsbitiniz yanlışdır və əminəm ki, daha ciddi təhlil aparsanız, bu məsələyə niyə milli strategiyamızın vacib məsələsi kimi baxmamızın səbəbini anlayacaqsınız. Ədalətsiz davranışınıza görə virtual dostluğumuza da son qoyuram. Sayğılarımla". /mənbə- musavat.com/

Xəbər 545 dəfə oxunub






Oxşar xəbərlər

Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13837] initstartout [0.00013] initstartin [0.00058] calstart [0.00724] calend [0.00040] topnewsend [0.00268] rsssend [0.00000] ehgend [0.01124] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11563]