Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:06 - 20.08.2019  
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Tarix: 21-07-2019, 15:56 | Bölmə: Xəbərlər » Müsahibə

Qulu müəllim, bu gün Azərbaycan Milli Mətbuatı özünün 144 yaşını qeyd edir. Media mütəxəssisi, medianın öndər nümunələrindən biri kimi necə hesab edirsiniz, mediamızın bugünkü mənzərəsi hansı keyfiyyətləri özündə formalaşdıra bilib?

“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli-Bu gün "Əkinçi”nin çapdan çıxmasının 144 illiyinin qeyd olunması müsbət hadisədir. O mənada ki, biz hər dəfə mətbuatımızın mənzərəsinə yenidən nəzər yetirir, sovet dövrünün əvvəlləri ilə bu günün mətbuatının müqayisəsini aparır, tarixi müqayisələrdə onun üstünlükləri və neqativlərinə diqqət çəkirik. Hər zaman müzakirələrin obyektində olan "Mətbuatda yeni nələr var, mətbuat ictimai fikrə təsir eliyə bilirmi”- sualı mediamızın durumunu müxtəlif aspektlərdə təhlil olunmasını tələb edir.

Bu gün Azərbaycan mətbuatının vəziyyətini bircə cümlə ilə səciyyələndirmək mümkün olarsa, bunu deyə bilərəm ki, O dərin bir böhran vəziyyətindədir. Həm peşəkarlıq baxımından, həm medianın ictimai fikrə təsiri baxımından, həm də medianın özünün nüfuzu baxımından…

Bu gün Azərbaycanda mətbuat öz funksiyasından başqa hər şeylə məşğuldur. Yəni mətbuat cəmiyyətə həqiqəti demək, onu yeniliklərlə tanış eləmək, araşdırmalar aparmaq, nöqsanları aşkara çıxarmaq, eləcə də, hakimiyyət üzərində ictimai nəzarətçilik funksiyalarını həyata keçirmək əvəzinə, "təbliğat”, manipulyasiya, ictimai fikirdə çaşqınlıq yaratmaq, reketçilik, şəxsi maraqları önə çəkmək və sair özünə aid olmayan çeşidli işlərə baş vurur. Təəssüf ki, bu cür keyfiyyətsiz mətbuat, keyfiyyətsiz cəmiyyətdə meydana çıxır. Bir tərəfdən media üçün yaradılan şərait, o biri tərəfdən medianın əxlaqi gücünün olmaması, həddən artıq eybəcər simaların meydanda olması Azərbaycan mediasını kifayət qədər gözdən salır. Belə bir medianın ictimai rəyə, ictimai fikrə heç bir təsiri yoxdur. Yəni bunu birdəfəlik bilmək lazımdır. Tək-tük mətbuat nümunələri, yeni yaranan bəzi saytlar var ki, onlar mediamızla bağlı gələcəyə ümid hissi yaradırlar. Amma özünə hörmət eliyən, o missiyanı boynuna götürən media təəssüf ki, çox azdır.Ona görə də mən bu bayram gününü yalnız vicdanlı, dürüst əxlaqlı jurnalistlərin günü hesab edirəm və o adamlara da uğurlar arzu edirəm.

– Müasir mediamız öz qarşısında duran vəzifələri yerinə yetirə bilirmi?

– Belə bir vəziyyətdə olan mətbuat öz qarşısında olan vəzifəni heç cür yerinə yetirə bilməz. Jurnalistlərin beynəlxalq etik kodeksində mətbuatın əsas vəzifəsi belə müəyyənləşdirilir: həqiqəti yaymaq, həqiqətin yanında olmaq. Bizim mətbuat bunu edirmi, çox təəssüf ki, eləmir. Bu gün mətbuat çox təəssüf ki, çoxlarının, o cümlədən də siyasi qüvvələrin əlində vasitədir. Mətbuat bəzən oliqarxlar arasında dava alətinə çevrilir. Mətbuat, eyni zamanda doğrunu yaza bilmir, cəmiyyəti dürüst ifadə eləyə bilmir. Bura televiziyalar da aiddir, bura saytlar da aiddir, bura bu gün çox görünməz halda olan qəzetlər də aiddir. Ona görə hesab edirəm ki, bizimmətbuatımız bu cür böhranlı vəziyyətə gəlib çıxıbsa, artıq bizim üçün ictimai, sosial dəyər daşıya bilməz.

– Jurnalistin fəaliyyətini "mükafatlandıran” əsas xüsusiyyətlər hansılar olmalıdır?

– Bu, əslində jurnalistikanın əlifbasıdır. Jurnalistikada çalışan adamlar bilməlidirlər ki, onlar varlı adamlar olmayacaqlar. Onlar vicdanlı olacaq, dürüst olacaq, cəmiyyətin yanında olacaq, çox şöhrət qazana biləcəklər. Amma bu şöhrəti, vicdanlı, əxlaqlı olmağın, həqiqəti deməyin, yaltaqlığın qarşısına sipər çəkməyin, yalanlara və manipulyasiyalara qarşı durmağın hesabına qazanıla bilər. Təəssüf ki, bizim jurnalistlərin böyük əksəriyyəti artıq təmənnalı bir vəziyyətdədirlər, artıq onlara edilən güzəştlər bir çox hallarda onların aşağılanmasına, susqunluğuna gətirib çıxarır və təəssüf ki, bu çox kədərli mənzərə yaradır. "Jurnalist necə olmalıdır”, sualının çox aydın və konkret cavabı var.

Mən yenə də qeyd edim ki, beynəlxalq jurnalistlər kodeksində də, Azərbaycan Mətbuat Şurasının birinci qurultayında qəbul olunmuş "etik qaydalar”da da jurnalistin hansı mənəvi keyfiyyətləri daşımalı olduğu qeyd olunur. Jurnalist əgər təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa, əxlaqdan məhrumdursa, yalanları tirajlayıb manipulyasiya ilə məşğuldursa, o, bu cəmiyyətə heç nə verə bilməz. Yəni artıq o jurnalistlikdən çıxıb tamamilə mənfi bir tipə çevrilir. Ona görə yalançı insanların bir-birinin yanında durub, bir-birinə təsəlli olmalarına baxmayın. Amma onlar da öz vicdanları qarşısında bir hesabat verirlər. Hesabat verirlər ki, Azərbaycan mətbuatının bu kökə salınmasında kimlər rol oynayıb.

Əlbəttə, burada çox obyektiv səbəblər var, siyasi şərait var, ciddi problemlər var ki, bu da mətbuatı öz yolu ilə getməyə imkan vermir. Amma yaxşı nümunələr də var. Məsələn "Turan” Agentliyi – Mehman Əliyev, Elçin Şıxlı, Arif Əliyev kimi jurnalistlərimiz var. Tutaq ki, bizdə tənqidçi mətbuatın nümayəndəsi olan 100-lərlə deyil, 10-larla belə qiymətli jurnalist var. Müstəqil jurnalistlərimiz də var. Adlarını çəkmək istəmirəm, onlara böyük rəğbətim var. Çox sevinirəm ki, onlar bu gün Azərbaycanda jurnalist adını şərəflə qoruyurlar və öz fəaliyyətləri ilə bunu göstərirlər.

Bunlar arasında xanımların da olması məni çox sevindirir. Bu cür adamlar o əxlaqı, o ruhu, o düşüncəni daşıya bilirlər. Mətbuat günündə adətən xoş şeylərdən danışırlar. Amma mövcud vəziyyət bizdə yalançı nikbinlik doğurmur. Müəyyən dəstə var ki, bunu bilərəkdən bu yola yönəldiblər, bundan öz şəxsi, hətta koorporativ maraqları üçün istifadə edirlər. Əgər mətbuatın vəziyyəti düzəlməsə – hansı ki, müəyyən qüvvələr var ki, onlar yenə də mətbuatın o çərçivədən çıxmasına imkan vermirlər -, artıq o mətbuat bataqlığın içərisində qalacaq. Ona görə də belə mətbuatın nəyini təbrik edəsən?

Çoxluq bu yoldadır. Ümidverici haldır ki, yeni televiziyalar, saytlar yaranır işartılar, qığılcımlar var. O cür mətbuat nümayəndələrini təbrik edirəm, sizin sayta da xoş arzularımı bildirirəm. 20 il media məkanında bu cür şəraitdə qalmaq və prinsiplərinin arxasında dayanmaq asan deyil. Bütün jurnalist həmkarlarıma uğurlar arzu edirəm. Bütün vicdanlı jurnalistləri təbrik edirəm.

100 nəfərin içərisində bir dürüst, bir əxlaqlı adam varsa, deməli medianın əxlaqlı, vicdanlı platformasını təmsil edənlər var. Bax o insanları Milli Azərbaycan Mətbuatı günü münasibətilə təbrik edirəm. Zərdabi ruhunu yaşadan, Üzeyir bəy ruhunu, Əhmədbəyoğlu, Rəsulzadə, Əlibəy Hüseynzadə kimi ruhları yaşadan medianın olmasını istəyirik və hər halda ümid edirik ki, bu, olacaq.

Versus.az

Xəbər 938 dəfə oxunub






Oxşar xəbərlər

Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14345] initstartout [0.00015] initstartin [0.00085] calstart [0.00982] calend [0.00057] topnewsend [0.00396] rsssend [0.00000] ehgend [0.00844] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11897]