Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:56 - 22.08.2019  
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Tarix: 18-07-2019, 23:18 | Bölmə: Xəbərlər » Müsahibə

"Bu qurumun apardığı siyasət iflasa uğrayıb”

“KİVDF ləğv olunmalıdır” – Mehman ƏliyevTuran İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Demokrat.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Mehman bəy, hakimiyyətin ciddi islahatlara gedəcəyinə ən çox inananlardan biri siz idiniz. Bir neçə ildir hər fürsətdə islahatlarla bağlı optimizm nümayiş etdirirsiniz, hətta bir ara buna görə sizə ironiya edənlər də var idi. Necə hesab edirsiniz, sizin xeyli vaxtdır anons etdiyiniz, gözlədiyiniz islahatlar başlayıbmı?

– Mən, sizə deyim ki, əslində hakimiyyət heç nə etmir – nəyin bahasına olursa-olsun, status-kvonu qoruyub saxlamaq istəyir. Yəni hakimiyyət ciddi dəyişikliklərə hazır deyil. Nə vətəndaş cəmiyyəti, nə azad media, nə siyasi partiya, ümumiyyətlə, cəmiyyətlə münasibətlərdə güzəştlərə getmək istəmir. Nə qədər bacarırsa, status-kvonu saxlamaq istəyir. Onun bugünkü siyasətinin məqsədi bundan ibarətdir.

– Ancaq çoxları hakimiyyətin islahata gedə biləcəyinə şübhə ilə yanaşanda siz az qala israr edirdiniz ki, ciddi dəyişikliklər olacaq…

– Mən deyirdim ki, islahatlar olacaq. Müəyyən qərarlar qəbul olunub. Ancaq bu qərarlar siyasi iradəyə bağlıdır. Siyasi iradə belədir ki, heç nə dəyişməməlidir. Odur ki, qəbul edilən qərarlar heç bir effekt vermir, bir növ imitasiya şəklinə keçib.

– İndi necə hesab edirsiniz, bu şəkildə də davam edəcək?

– Biz 2015-ci ildən böhrana daxil olmuşuq. Bu böhran getdikcə dərinləşir. Mən deyərdim ki, bu, cəmiyyət böhranıdır. Yəni sosial-iqtisadi məsələlərdir. Bütövlükdə böhran bütün sahələri əhatə edir. Biz bu illər ərzində cəmiyyətin fəallığını, hakimiyyətə qarşı neqativ münasibətini müşahidə edirik. Bunlar artan xətlə gedir. Belə siyasət çərçivəsində proses davam edəcək. Hakimiyyət bunu başa düşür. Sadəcə olaraq hakimiyyət dəyişikliyə getmək istəmir. Ona görə ki, hər bir dəyişiklik özündə risq daşıyır. Odur ki, "biz nə qədər bacarırıqsa, bu cür də idarə edək” yanaşması var. Düşünülür ki, başqa variant yoxdur. Təxminən belə bir vəziyyətdir. Sonda nə olacağını isə Allah bilir.

– Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalamaq üçün danışıqlar aparır…

– Bizdə uzun müddətdir ki, bununla bağlı danışıqlar aparılır. Ermənistan kimi Rusiyadan asılı olan dövlət isə bu sazişi imzalayıb. Biz hələ gecikirik.

– Sözügedən sazişin imzalanması Azərbaycanda müəyyən islahatların aparılmasından xəbər verməyəcəkmi?

– Saziş ona görə imzalanmır ki, bu addımları atmaq istəmirlər.

– Əksəriyyət islahat deyəndə ilk növbədə kadr islahatlarından danışır, yaşlı, illərdir vəzifələrdə oturan kadrların gənc, müasir dünyagörüşlü insanlarla əvəz edilməsinin vacibliyini önə çəkirdi. Bu proses başlayıb, amma onun effekti haqda mübahisələr gedir. Sizcə, kadr islahatları, gənclərin vəzifələrə çəkilməsi effekt verirmi?

– Əgər sistem dəyişmirsə və mövcud siyasi strategiya saxlanılırsa, bu strategiya çərçivəsində hətta qərbdə super təhsil alan, istedadlı şəxsi belə sistem özünə uyğunlaşdıracaq. Yəni tanıdığınız ənənəvi məmurlardan birinə çevirəcək. Biz görürük ki, müəyyən kadrlar irəli çəkiliblər, gəncdirlər, enerjilidirlər. Amma özlərini nümayiş etdirə bilmirlər. Burada yaş rol oynamır.

– Ümumiyyətlə, yaşlı adamların vəzifələrdən uzaqlaşdırılması və gənc, qərb təhsilli kadrların irəli çəkilməsi çağırışlarına necə yanaşırsınız? Bu, nə dərəcədə lazımlıdır?

– Mənim 60 yaşım var. Mən ölkə, dövlət və millət üçün baxışlarımda nəzərdə tutduğunuz 30-40 yaşlı uşaqlardan xeyli üstünəm. Çünki mən azadam. Onlar isə mühafizəkardır.

– Bu yaxınlarda Prezident DİN və DTX-nın rəhbərlərini dəyişdi, bəzi məlumatlara görə qarşıda daha ciddi dəyişikliklərin aparılmasına hazırlıq gedir. Bu prosesi necə qiymətləndirirsiniz, bu kadr dəyişiklikləri ölkə üçün nə vəd edir?

– Əslində, bu dəyişikliklər güc strukturlarının koordinasiyası və vahid idarəetmənin gücləndirilməsinə xidmət edir. Bu da cəmiyyətdəki indiki sabitliyi və status-kvonu qorumağa hesablanıb. Yəni, dəyişikliklərə qalxan cəmiyyət və ya qrupların qarşısını almaq. Odur ki, burada müsbət dəyişikliklər məsələsi yoxdur.

– Çoxları hesab edirlər ki, bu dəyişikliklər gözlənilən idi və peşəkarlar irəli çəkilib…

– Bir daha qeyd edirəm ki, siyasi baxışlar, mövqe və strategiya dəyişməsə, heç nə dəyişməyəcək. Biz indiyə qədər kifayət qədər kadr dəyişiklikləri görmüşük, ancaq bu islahat deyil. İslahat ilk növbədə baxışlarda olmalıdır. Qərarı verənlərin özləri baxışlarını dəyişməlidir. Yəni istəməlidirlər ki, söz azadlığı olsun, siyasi rəqabət olsun, qanunun aliliyi təmin olunsun. Yəni real istək və bunu həyata keçirmək arzusu olmalıdır. İslahat, ilk növbədə daxildə olmalıdır. Əslində elə islahat daxildən başlayır. Hələlik bu yoxdur.

– Aşağılar islahata hazırdırmı və islahat istəyirmi?

– Aşağılar islahat istəyir və başa düşür ki, mövcud durumda inkişaf mümkün deyil. Ona görə bizdə cəmiyyət son 3 ildə sosial şəbəkələrdə xeyli fəallaşıb. Hətta biz küçələrdə aksiyalara baxsaq, görərik ki, əsas iştirakçılar siyasi xadimlər deyil, hansısa sahədə çalışan insanlardır. Yəni müəllimlərdir, kəndçilərdir, qaçqınlardır və s. Gəlirlər, tələblər edirlər.

– Amma bu aksiyalar daha çox sosial sahələrlə, bəzən kiçik miqyaslı məmurun özfəaliyyəti nəticəsində yaranan problemlə əlaqəli olur. Yəni siyasətlə bağlılığı olmur…

– Aydındır ki, sosial məsələlərdir. Bizdə sosial məsələlər həmişə problem olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra sosial sahələrdə problem həll edilməyib. Lakin son fəallıq birbaşa insanların siyasi savadlarının, informasiya biliklərinin artması, özlərinin təcrübəsinin, dünyaya baxışlarının artması ilə şərtlənir. Yəni insanlar düşünürlər ki, mübarizə aparmaq lazımdır. Artıq bu siyasi aspektdir. İnsanlar başa düşür ki, mübarizə aparmaq lazımdır.

– Bəzi siyasi şərhçilər belə hesab edirlər ki, hakimiyyət hansısa ciddi hadisəyə hazırlıq içindədir, yay ayları olmasına baxmayaraq, bir sıra ciddi addımların atılması – maaşların artırılması, güc strukturlarının rəhbərliyindəki dəyişikliklər və sairə, bu hadisəyə hazırlıq məqsədi daşıyır. Sizcə, nə baş verə bilər: növbədənkənar seçkilər, Qarabağda müharibə, yoxsa nə?

– Hakimiyyətdaxili problemlər, çəkişmələr var. Hansısa kadrların dəyişdirilməsi və yerlərinə başqalarının gətirilməsi hakimiyyətdaxili qrupların mübarizəsidir. Bir qrup daha çox güclənmək istəyir və ona görə kadrlarını yerləşdirir. Burada əsas məsələ budur. Mən başqa variantları əsassız hesab edirəm. Bilirsinizmi, hakimiyyətdaxili qruplar göz qabağındadır. Bu qruplar 1993-cü ildən sonra meydana gəliblər. Naxçıvan, Ermənistan, Qarabağlılar qruplaşması və digər qruplar var. Hər zaman onlar arasında mübarizə gedib və indi də davam edir. Hesab edirəm ki, ona görə də heç nə dəyişmir.

– Sizcə, son proseslərdən hansı qrup daha çox uduşla çıxdı?

– Mən deməzdim ki, hansısa qabağa düşüb, hələ savaş gedir. Hansısa bir qrupun dominantlığı yoxdur. Sözsüz ki, kimlərsə zəifləyib. Məsələn, Əli İnsanovun həbsi ilə ermənistanlı qrupu bir qədər zəifləmişdi. Müvəqqəti kimsə nəyəsə nail ola bilir, amma hakimiyyətdaxili mübarizə davam edir. Məncə, bu ölkənin əsas problemidir.

– Mehman bəy, iyul ayında – mətbuat ayındayıq. İstərdim bir qədər də medianın durumundan danışaq. Fəaliyyətini hər zaman tənqid etdiyiniz KİVDF qəzetlərin maliyyələşməsi prinsiplərini dəyişdi, bir sıra qəzetlərin maliyyəsini ikiqat artırdı. Bir neçə ay keçib, sizcə bu qərarlar mediada nə kimi yeniliklərə, inkişafa yol açıb?


– Bu sahədə durum kifayət qədər ağırdır. KİVDF-nin bir sıra qəzetləri artıq maliyyələşdirməməsi onu göstərir ki, durum kritikdir və bu qurumun apardığı siyasət iflasa uğrayıb. KİV DF bu gün bir struktur kimi mənasız bir quruma çevrilib. Bu struktur əsasnamə və məramnamə çərçivəsində fəaliyyət göstərə bilmir, qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirə bilmir. Bu qurum əslində buraxılmalıdır.

– Nələrə, hansı faktlara əsaslanaraq belə hesab edirsiniz?

– Statistika Komitəsinin məlumatına görə, çap mediasının reklam bazarının həcmi bir neçə min manat olub. Qəzetlər demək olar ki, satılmır, ancaq abunə əsasında satılır. Bu qəzetləri də heç kəs oxumur. Belə bir vəziyyət yaranıb. Əslində bu prosesi sadəcə dayandırmaq lazımdır. KİVDF bu prosesi sağlamlaşdırmaq iqtidarında deyil. 10 il ərzində bunu edə bilməyiblər. Çünki KİVDF yaranan gündən qəzetlərin vəziyyəti pisləşib. Bu halda həmin qurum nəyə lazımdır? Mən real faktları deyirəm. KİVDF-nin maliyyələşdirdiyi qəzetlərin də satışı yoxdur. Özünüz köşklərə yaxınlaşıb soruşa bilərsiniz. Mən sizə dəqiq deyirəm, hər köşk günə 2-3 qəzet satdığını deyəcək.

– Siz nə təklif edirsiniz?

– Yuxarıda qeyd etdim ki, siyasi iradə dəyişməlidir. Bizim hakimiyyət istəməlidir ki, müstəqil, özünü təmin edən, rəqabət mühitində fəaliyyət göstərən, qanunlara riayət edən, etik normaları pozmayan uğurlu media olsun. Birincisi, bu olmalıdır. İndi hələlik sifariş başqadır.

– Yəni durum bu qədər acınacaqlıdır?

– Mən Statistika Komitəsinin rəqəmlərinə əsaslanıram. Daha keyfiyyət məsələsini demirəm. Məsələn, açıq şəkildə fəaliyyət göstərən saytlar var. Yəni bu saytların xəbərlərini hər bir insan açıq formada girib oxuya bilir. Belə saytlara dövlət təşkilatları aylıq abunə olurlar. Açıq informasiya saytına necə abunə olmaq olar? Siz bunu mənə başa sala bilərsinizmi? Bu artıq ələ almaq, rüşvətdir. Hələ demirəm ki, kimlər tapşırıq verir və bunun əsasında saytlara pullar verilir. Bunu yoxlamaq lazımdır ki, dövlət təşkilatları açıq fəaliyyət göstərən saytlara niyə abunə olurlar. Və bəzən abunənin həcmi 3-4 min manata gedib çıxır. Bu dəhşətli vəziyyətdir.

– Bəs, Sizcə mediada peşəkarlıq hansı səviyyədədir?

– Əslində peşəkarlıq yalnız rəqabətdə ola bilər. Çünki insanlar peşəkar yazılara baxmaq istəyir. Biz yeni təkamül nəzəriyyəsi yaratmırıq. Qabaqda gedən ölkələr var və orada media güclü istiqamətlərdən biridir. Onların tarixi göstərir ki, inkişaf birbaşa rəqabətə bağlıdır. SSRİ niyə dağıldı? Çünki rəqabət yox, plan var idi. Rəqabət olan yerdə inkişaf olar. Bizim mediada azad rəqabət olsa, keyfiyyət, inkişaf, pul və peşəkarlıq da olacaq.

Xəbər 872 dəfə oxunub






Oxşar xəbərlər

Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.22783] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.01804] calend [0.00045] topnewsend [0.00328] rsssend [0.00000] ehgend [0.08040] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12432]