“Bu millət bizi seçib, heç kim…” – İmamoğlunun çıxışı + VİDEO

  • 07 may 2019, 14:08

Martın 31-də keçirilmiş yerli seçkilərdə İstanbul böyük şəhər bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlu dünən axşam YSK-nın nəticələri ləğv edib yeni seçkilər təyin etməsindən sonra Beylikdüzü rayonunda on minlərlə tərəfdarının qarşısına çıxıb. İmamoğlu çıxışını Ramazan ayının ilk günü ilə bağlı mesajlar verməklə başlayıb. Bildirib ki, Ramazan ayı birləşmə, qucaqlaşma, qul haqqı yeməmə ayıdır. "Biz bu ölkədə qul haqqı yeyilməsini istəmirik”-o bildirib.

İmamoğlu YSK-nı təzyiqlərə boyun əydiyi üçün qınayıb. O deyib ki, İstanbul seçkilərinin nəticələrinin anasının südü kimi halal olduğuna əmindir. "Bu millət bizi seçib. İndi sizlərə söz verirəm. Yolumuz uzun, həyacanımız yüksək, gəncliyimiz var. Biz ədalətə susamış, demokratiyaya inanan türk gənciyik. Bu millətin önünü heç kim kəsə bilməz”-o bildirib.

Millətin iradəsinə arxalanmaq hər zaman üçün yeganə çıxış yolumuzdur.ONA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Ö.Çelik AKP-nin iqamətgahında keçirilmiş mətbuat toplantısında Ali Seçki Qurumunun (YSK) İstanbul bələdiyyəsi üzrə səsvermənin yenidən keçirilməsi barədə verdiyi qərarı doğru addım adlandırıb.

97aa7404bbaaa27e17623cfd657e156d"Bu məsələ AKP və ya başqa bir partiyanın xeyirinin qorunması ilə bağlı məsələ deyil. Bu məsələ demokratiyanın hər tərəfində qazanan vətəndaşımızın səsinin konkret bir şəkildə ortaya qoyulması məsələsidir”, – deyə AKP rəsmisi bildirib.

Çelik öz çıxışında "YSK birinin əlindən alıb başqa birisini qalib elan etmir, seçkini yeniləyin, qanunsuzluqlar var, millətin iradəsinə yenidən müraciət edin deyir” – ifadələrini də dilə gətirib.

Oxşar xəbərlər