Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:23 - 20.05.2019  
“Spikerə qarşı kampaniya aparılır" - Açıqlama
Tarix: 3-05-2019, 09:01 | Bölmə: Xəbərlər » Müsahibə

"Bu məlumatların bir adı var, o da təxribatdır. Bütün bunlar saf bir insana atılan çamurdan başqa bir şey deyil. Təbii ki, yazılanların hamısı yalandır”.

“Spikerə qarşı kampaniya aparılır" - Açıqlama

 

 

 

 

 

 

"Demokratik.Az"-ın məlumatına görə, bunları Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Moskvada spiker Oqtay Əsədovun ailəsinə, Londonda isə kürəkəni Mehman Qocayevə məxsus milyonluq mülklərin olması ilə bağlı iddialara münasibət bildirərkən deyib. A.Təvəkküloğlu "Yeni Müsavat” qəzetinə bu barədə danışıb.

Moskvadakı mülklər haqda çox deyilib, təkrarlamağa ehtiyac yoxdur. Ən son məlumatda isə bildirilirdi ki, spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq penthauzu (mülkü) üzə çıxıb. Həmin mülklə bağlı sənəddə bildirilir ki, penthauzun alınması üçün ”Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Hər ikisi yanvar ayının ikisi…

Maraqlıdır ki, xeyli vaxtdır bu səpkili məlumatlar yayılsa da, Əsədovlar hər hansı açıqlama verməyiblər.
Moskvadakı mülklərlə bağlı iddialar ortaya atılanda "Spikerin ailəsi acından ölməməlidir” deyə, Əsədovların müdafiəsinə qalxan deputat Fəzail Ağamalı isə yenə bildirib ki, Milli Məclisin sədrinə qarşı kampaniya aparılır: "Bir müddətdir ki, Azərbaycan dövlətçiliyində mühüm post tutan və mənim kifayət qədər təmizliyi ilə tanıdığım, bütün davranışlarını ölçüb-biçərək ortaya qoyan, millət vəkilləri ilə yüksək səviyyədə davranış sərgilən Oqtay Əsədova qarşı düşünülmüş kampaniya aparılmaqdadır. Ötən ay Moskvada, guya onun ailəsinə məxsus olan restoranla bağlı məlumatlar, indi kürəkəni ilə əlaqədar verilən yazılar göstərir ki, konkret mərkəzdən Oqtay Əsədova qarşı, onu nüfuzdan sala biləcək və həqiqətə uyğun gəlməyən informasiyalar tirajlanır. Düşünürəm ki, bu, Azərbaycanı istəməyən və dövlətçiliyimizi nüfuzdan salmağa çalışan adamlar tərəfindən həyata keçirilir. Təəssüf edirəm ki, Azərbaycanda bəzi siyasətçi deyilən şəxslər də bu avantüranın içərisindədir və Oqtay Əsədova qarşı şər-böhtan kampaniyalarında önə çıxmaqdadırlar”.

Spikerin kürəkəninin Londonda bahalı mülk alması haqda məlumata gəlincə, F.Ağamalı xatırladıb ki, Mehman Qocayev yüksək vəzifələrdə çalışmış məmurun (Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Alı Qocayev-red.) oğludur, atasının adını hallandırmaq daha doğru olar: "Oqtay Əsədovun kürəkəni deyilən şəxsin (?) Londonda mülkünün olması mənə bəlli deyil. Ancaq düşünürəm ki, bunu belə qabardaraq kürəkəninin maşınını, Londonda olan ya olmayan mülkünü çəkərək, nə üçün Oqtay Əsədovun üstünə gedirlər? O, Oqtay Əsədovun qızının həyat yoldaşıdır. Mehman Qocayev Azərbaycanda kifayət qədər tanınan, ciddi vəzifələrdə çalışmış bir məmurun övladıdır. Niyə o məmurun deyil, məhz Oqtay Əsədovun adı çəkilir? Çıxarılan nəticə bundan ibarətdir ki, düşünülmüş şəkildə, olan və ya olmayan faktları Oqtay Əsədovun adına yazmaqla həm onun imicinin ləkələnməsi məqsədi güdülür, həm də Azərbaycan dövlətçiliyinə etimadsızlıq toxumu səpilir. Bunun arxasında duranlar isə heç də Azərbaycanı sevən insanlar deyil. Bunu Oqtay Əsədovun adı ilə bağlamaq absurd və qərəzlidir. Təəssüf ki, Azərbaycanın bəzi mətbu orqanları da bu kampaniyaya qoşularaq, yalan məlumatları ictimailəşdirirlər”.

Ağamalı bildirib ki, Oqtay Əsədovu uzun illərdir ki, tanıyır: "30 ilə yaxındır ki, onunla tanışam. Oqtay Əsədovu çox nəcib, öz imicini qoruyan, ətrafındakılara məsafəli, sivil anlayış nümayiş etdirən dövlət xadimi kimi tanıyıram və belə də qiymətləndirirəm. Bu cür yazılar Oqtay Əsədovla bərabər, Azərbaycan dövlətçiliyinin qolu olan Milli Məclisin nüfuzdan salınmasına xidmət edir”.

Xəbər 842 dəfə oxunub






Oxşar xəbərlər

Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16655] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00812] calend [0.00046] topnewsend [0.00343] rsssend [0.00000] ehgend [0.00547] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14776]