Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:29 - 15.11.2019  
Polad Bülbüloğlu: "Yulik, yalvarıram, oxuma"
Tarix: 10-02-2015, 15:11 | Bölmə: Xəbərlər » Müsahibə

Bülbül haqqında gözəl bir nağıl var. Onu tutub qəfəsə salır, əl quşu, ictimaiyyətin kefi üçün ev artistinə çevirmək istəyirlər. Amma bülbül oxumağı kəsir, susur. Nə üçün? Ona görə ki, bu, Azərbaycan bülbülü idi… Yalnız azad oxuya, yarada bilərdi. O, həqiqətən də eyni zamanda bir neçə həyatı yaşamağı bacardı: müğənni, bəstəkar, nazir, səfir...

Polad Bülbüloğlu: "Yulik, yalvarıram, oxuma"Polad Bülbüloğlunun 70 yaşı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev görkəmli sənətkarı "Şərəf” ordeni ilə təltif edib.


"Moskovskiy Komsomolets” qəzetinə verdiyi müsahibəsində yubilyar həm sənətdən, həm diplomatik fəaliyyətindən, həm də sovet dövründən söhbət açıb... ANS PRESS "Kaspi" qəzetindən səfirin müsahibəsini təqdim edir.

- Sizi Moskvada yaxşı tanıyırlar, burada populyarsınız. Ümumiyyətlə, sizin Moskvaya münasibətiniz necədir?
- Məni bu vəzifəyə təyin edərkən hörmətli prezidentimiz: "Mən hesab edirəm ki, səni təkcə Moskvada tanımırlar. Həmçinin təkcə Moskvada deyil, bütün Rusiyada sevir və hörmət edirlər”-deyə bildirdi. Çünki mən vaxtilə ittifaqın bütün ucqarlarına qədər gəzmişəm. O zaman Moskva bizim ümumi vətənin paytaxtı idi və bütün yaxşı orkestrlər, studiyalar, mərkəzi televiziya, "Melodiya” firması – hər şey Moskvada idi. Moskva mənim üçün çox rahat idi. Sadəcə, burada çox gərgin diplomatik həyat var. Moskva dünyanın siyasi mətbəxlərindən biridir.

- Siz o vaxtdan bəri sovet adamısınız? Bizdə Rusiyada belə bir nostalgiya var.
- Sovet adamı nə deməkdir… Mənim heç bir nostaljim yoxdur. Xüsusilə, mədəniyyət, rəssamlıq, ədəbiyyat, teatr sahəsində çoxlu pis və yaxşı şeylər olub. Hər şeyi qara rənglə rəngləmək olmaz. Musiqiçi kimi deyə bilərəm ki, Şostakoviçin, Prokofyevin görkəmli əsərləri məhz sovet vaxtında yaranıb. Milli respublikalardakı, o cümlədən bizim məşhur bəstəkarların yaradıcılığı – Qara Qarayev, Fikrət Əmirov, Niyazi sovet mədəniyyətinin məhsuludur. Bu mədəniyyət dahi insanlar tərəfindən yaradılıb. Onlar SSRİ-də yaşayırdılar. Ancaq baş verənlər oldu – ölkəni saxlamaq olmadı, çoxlu səfehliklər etdilər və nəticə budur. Bu gün baş verənlər isə göstərir ki, heç də bütün postsovet respublikaları ayaq üstündə dayana və dövlət qura bilmədilər. Heç kəsi incitmək istəmirəm, amma bu, faktdır. Öz ölkənin təhsil, səhiyyə, mədəniyyət problemləri ilə bağlı müstəqil qərar qəbul etmək o qədər də asan deyil. Mən hələ iqtisadiyyat haqqında danışmıram.

- Amma belə görünür ki, ittifaqın dağılması sizin ölkənizdə demək olar ki, heç nəyi dəyişməyib. Siz həm diplomat, həm də musiqiçi kimi bütün postsovet məkanını gəzməkdə davam edirsiniz.
- Düzdür, eyni zamanda mən MDB ölkələrinin Humanitar Əməkdaşlıq Fondunun sədriyəm və bu, mənə keçmiş sovet respublikalarında olmaq, humanitar fəaliyyət aparmaq imkanı verir. Siz bilirsiniz ki, məni sovet dövründə – 1988-ci ildə Azərbaycanın mədəniyyət naziri təyin etmişdilər. Onda hələ Mərkəzi Komitə, "KQB” var idi. Hər şey yoxlanılırdı. Məni sadəliyimə görə bağışlayın, çox az adamlar bir sistemdən digərinə keçə bildilər.
Ən dəhşətli dövr 90-cı illər idi. Siz bilirsiniz ki, Bakıda 1990-cı ilin 20 Yanvarında dəhşətli faciə baş verdi. Sovet rəhbərliyi artilleriya və tankları əliyalın insanların üstünə yeritdi. Bir gecədə 150-dən çox adam öldürüldü. 30 nəfərdən çoxu yaralandı. Nə qədər adam itkin düşdü. Onlar siyasi xadimlər deyildi, öz haqqını tələb edən dinc xalq idi. Hətta evlərin pəncərələrini güllələyirdilər. Tank içərisində 3 akademikin oturduğu "Jiquli”nin üstünə çıxmışdı… Dəhşətli faciədir. Sonra Qarabağ müharibəsi başlandı. Azərbaycanın suverenliyi ona baha başa gəldi. Bir çox azərbaycanlılar, o cümlədən bizim ölkəmizdə yaşayan başqa millətlərin nümayəndələri üçün 20 Yanvar dönməzlik xətti oldu. Daha doğrusu, bir çox ağıllı adamlar başa düşdülər ki, belə bir ölkədə - öz vətəndaşlarına tanklarla həmlə edən ölkədə yaşamaq olmaz. Başa düşürsünüzmü, küçələrdə partiya biletlərindən tonqallar qalanmışdı. Milyona yaxın insan biletlərin məhv olmasını müşahidə edirdi. Xalqın birliyi valehedici idi.
Ağır illər idi. Heç kim bilmirdi ki, sabah nə baş verəcək. 1993-cü ildə ölkənin rəhbərliyinə Heydər Əliyev gəldi. O özünün avtoriteti, müdrikliyi, hadisələrə rasional yanaşması ilə qısa müddətdə vəziyyəti sabitləşdirə bildi. Baxmayaraq ki, çevriliş, ona sui-qəsd cəhdləri var idi. Ancaq Allah onu qorudu. Bilirsinizmi, 10 il bu cür görkəmli siyasi xadimlə işləmək – bu, böyük məktəbdir. Bu məktəbi keçdiyim üçün mən taleyimə minnətdaram.

- Məgər mədəniyyət insanları birləşdirə bilmir? Əgər sizdə erməni milləti ilə indi də şəxsən yaxın olan insanlar varsa...
- Bilirsinizmi, sovet dövründə Bakıda çoxlu erməni yaşayırdı. Biz həmişə onları "Bakı erməniləri” adlandırırdıq, ancaq onlar tamamilə başqa adamlar idi. Bakıda çoxlu yəhudi, erməni, rus vardı. Orada həyətlər vardı ki, insanlar icma kimi yaşayırdılar və heç kəs bir-birindən "milliyyətin nədir?”- deyə soruşmurdu. Əlbəttə, bu, bizim hamımız üçün çox ağır sualdır. Bu məqamdan sui-istifadə edən millətçilər müharibəni, qanlı xəritəni cızdılar.

- Hə, mən həmçinin mədəniyyət və insani münasibətlər haqqında danışmaq istəyirəm.
- Əgər mənim balaca vətənim – atamın doğulduğu, mənin böyüdüyüm, orada evimizin olduğu Qarabağ mühasirəyə alınıbsa, hansı insani münasibətlərdən danışmaq olar? Mən ora gedə, uşaqlarımı, nəvələrimi apara bilmirəm. Nə üçün? Təsəvvür edin, kimlərsə Yasnaya Polyananı zəbt edib deyirlər ki, Tolstoy burada heç vaxt yaşamayıb. Belə olanda rus insanı buna necə reaksiya verər? Şuşa hər bir azərbaycanlı üçün müqəddəs musiqi laylasıdır. Şuşada Üzeyir Hacıbəyov, Niyazi, Rəşid Behbudov doğulub. Bu gün yüz minlərlə Qarabağ qaçqınları var. Nə üçün? Bu necə ola bilər? Onda hansı dostluqdan danışmaq olar? Mənim Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Zbatyanla pis münasibətim yoxdur, çünki o da ixtisasca musiqiçidir. Biz onunla yaradıcı ziyalıların qrupunu yığdıq, Dağlıq Qarabağa, Yerevana, Bakıya səfər etdik. Bu, bizim ümumi təmas tapmağımızın ilk cəhdi idi. Bütün müharibələr, tez və ya gec, sülhlə bitir. Yenidən yanaşı yaşamağı öyrənmək lazımdır, nə onlar, nə də biz kosmosa uçacağıq. Amma məsələləri ədalətlə həll etmək lazımdır. Yalnız onda mədəni və dostluq əlaqələrini də yoluna qoymaq mümkün olacaq.

- Oxuyan səfir, səfir-bəstəkar – ümumiyyətlə, o, bütün dünya miqyasında unikaldır.
- Hansısa diplomatik mərasimdə "Əvvəllər də belə oxuyan səfir olubmu?”-deyə soruşdular. Məclis çox səmimi idi və mən dedim: "Belə nümunə bilmirəm. Biri pyes yazıb, ancaq pis qurtarıb. Mənsə Moskvadan sağlam və sağ getmək istəyirəm”. Hamı gülüşdü.

- Yəqin ki, çoxu söhbətin Qriboyedovdan getdiyini bilmədi. Yadımdadır, SSRİ-nin sonuncu mədəniyyət naziri Nikolay Qubenko boş vaxtlarında Taqanka Teatrında oynayırdı.
- Qubenko çox yaxşı və savadlı nazir idi. Əgər Sovet İttifaqı qalsaydı, mən ondan yaxşı nazir tanımırdım.

- Siz ümumittifaq miqyasına çıxan estrada hitlərinizi nə vaxt yazmısınız? Həmin nəğmələr "İlin mahnıları”nda iştirak edirdi.
- Mən "Mavi işıq”larda çox iştirak etmişəm. Həmçinin o zaman "Artloto” adlı veriliş vardı. Nə üçünsə məni ora çox dartırdılar. O verilişdə canlı oxumaq lazım idi. Ümumiyyətlə, o vaxt televiziya və radio gənc istedadlara çox diqqətlə yanaşır, kömək edir və şərait yaradırdı. İndi isə "raskrutka” lazımdır. Mən bundan heç nə anlamıram.

- Elə isə indi mahnılarınız rotasiyaya necə düşə bilir?
- Hər dövrün öz qanunları var. Təvazökarlıqdan uzaq da olsa, mənim mahnılarımı bütün ölkə oxuyurdu. Bizim Mingəçevir şəhərində mahud kombinatı vardı. Ora bütün SSRİ-dən işləməyə gəlirdilər. 67-ci ildə mən dostlarımla ora gedəndə bütün pəncərələrdən "Sən mənə dedin ki, bu gün zəng edəcəksən” oxuyurdular. Uşaqlar da mənə dedilər ki, əgər indi bu qızlara desək ki, sən gəlirsən, onlar inanmazlar.

- Bəs Müslüm Maqomayevlə münasibətləriniz necə idi, siz rəqib idiniz?
- Heç bir halda. Biz dostluq edirdik. Mən onun üçün mahnılar yazırdım. Bilirsinizmi, mənim ampluam oxuyan bəstəkarın ampluasıdır, mən müğənni deyiləm. Mən konservatoriyada görkəmli bəstəkar Qara Qarayevin sinfini bitirmişəm, Şostakoviçin şagirdi olmuşam. Mahnını mən heç vaxt və heç yerdə öyrənməmişəm. Mənim vokal məktəbim atamın, Rəşid Behbudovun lent yazılarıdır.

- Siz nə üçün onları oxudunuz?
- 65-ci ildə biz ümumittifaq radiosu üçün mahnı yazdıq. O vaxt mənim 20 yaşım vardı. Mən royal arxasında oturdum və azərbaycanca oxudum. Mahnı "Ayrılıq”» adlanırdı. Redaktor Anatoliy Qoroxov "Gəl, biz sənin səsini yazaq. Sənin yaxşı boğazların var, bu, mənim xoşuma gəlir” - dedi. "Bu mənim nəyimə lazımdır, mən bəstəkaram. Qoy anama zəng edim, onunla məsləhətləşim”- dedim. Mərkəzi Teleqrafa gəlib anama zəng edərkən, o: "Sən dəli olmusan, atanı rüsvay eləmə” - deyə hirsləndi. Ancaq məndən əl çəkmədilər. Mən dizlərim əsə-əsə oxudum. Bütün montajçı qızlar, operatorlar diqqətlə qulaq asırdılar. Tolya dedi: "Bir halda ki, qızlar dinləyirlər, demək uğurlu olacaq”.
Mən Bakıya gəldim. Lent yazısını Qara Qarayev üçün qoydum. O, diqqətlə qulaq asdı. Yenə təkrar qulaq asdı. Məncə, bəyənmədi: "Bilirsənmi, bəlkə bu, xoşa gələcək, ancaq xahiş edirəm, bunu sənətinə qarışdırma”. "Baş üstə, müəllim” - dedim. O zaman anam da qulaq asdı, oxumağım onun da xoşuna gəldi. Sonra mən Moskvada yaşayan azərbaycanlı Onegin Hacıqasımovla tanış oldum. Onun mənə verdyi bayatılar xoşuma gəldi. Ondan sonra hansısa film üçün mahnı yazmaq lazım gəldi. Mahnı filmdə səslənməsə də, plastinkaya düşdü. Bir dəfə "Sabahınız xeyir” verilişində səsləndi və bomba kimi partladı. Və beləcə, mən davam etdim...
Bilirsinizmi, mən heç vaxt düşünmürəm ki, bir neçə müxtəlif həyatı yaşayıram. Mənim ciddi əsərim var: simli kvartet, simfonik poema, simfoniya, balet. Daha doğrusu, mən bəstəkar həyatı yaşamışam. Sonra mən qastrollara çıxan müğənni ömrü yaşadım. Daha sonra filarmoniyanın direktoru oldum. 18 il də nazir.

- Siz ki hələ artistsiniz: "Qorxma, mən səninləyəm” - Yuli Qusmanın filmi. Unutmusunuz?
- Qusman mənə ssenarini verdi: "Dərhal oxu” - dedi. 12 mahnı yazmaq lazım idi. O, evə mənim yanıma gəldi, gecə 2-yə qədər oturduq. O özü motivi oxudu. Mən ona dedim ki, Yulik, yalvarıram, oxuma, qonşular elə biləcək ki, mən oxuyuram. Mən qısa müddətdə gözəl şair Aleksey Vedurovun sözlərinə 12 mahnı yazdım. Biz müəyyənləşdirdik ki, Rüstəmin partiyasını Kobzon, qadın partiyasını Ponarovskaya oxusun. Əsas partiya - Teymur isə mənimki idi. Biz Bakıda bir neçə müğənnini sınaqdan keçirdik. Ancaq onlar Qusmanın xoşuna gəlmədi. Vaxt az idi və o, birdən mənə oxumağı təklif etdi. Təsdiq olunan aktyor mənim fonoqramımın altında oxumalı idi. "Mən Poladın səsi altında ağzımı açmayacağam” deyəndə Yulik "Gəl, sənin özünü yoxlayaq” dedi. Mən çəkildim və bədii şura yekdilliklə bəyəndi.
Bülbül - bu, quşdur. Atam Qarabağda-Şuşada doğulub. 22 iyunda. O doğulanda göydə parlaq ulduz vardı. Doğuşu həyata keçirən qadın atamın valideynlərinə deyib: "Ulduzu görürsünüzmü, bu uşaq evinizə xoşbəxtlik, işıq gətirəcək”. Mənim nənəm atamı "Aydınlıq” adlandırıb. Babam isə onu Murtuza – ərəb dilindən tərcümədə "Seçilmiş” deyə çağırıb. Atam 5-6 yaşında oxumağa başlayıb. Bizim Şuşadakı həyətimizdə 3 böyük ağac vardı. İndi də həmin ağaclar qalıb. Atam həmin ağaca çıxar və bərkdən oxuyarmış. Qonşular deyərmiş ki, bu uşaq bülbül kimi oxuyur. O, pasport alanda onun sənədində Bülbül Məmmədov yazılıb. Sonradan məni də Polad Bülbüloğlu Məmmədov yazıblar. Azərbaycanda Məmmədovlar soyadı Rusiyada İvanovlar kimidir. Ona görə mən oxumağa başlayanda pasportumu yenidən dəyişməyi qərara aldım. Bu, çətin məsələ idi. Bunun üçün şəhadətnaməni dəyişmək, məhkəməyə getmək lazım idi. Ancaq qarşıma yaxşı insan çıxdı və pasportumu dəyişdi. İndi pasportumda Bülbüloğlu soyadım kimi yazılıb. Övladlarımın soyadı da Bülbüldür. Həyat beləcə davam edib. Mahnıdan sözü çıxartmaq olmaz. Nə varsa, odur...
Xəbər 2950 dəfə oxunub






Oxşar xəbərlər

ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33821] initstartout [0.00019] initstartin [0.00101] calstart [0.01146] calend [0.00052] topnewsend [0.00457] rsssend [0.00000] ehgend [0.00531] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31413]