Müdafiə nazirindən müharibə anonsu: "Hər dəqiqə döyüşlərə başlaya bilərik"

  • 06 apr 2019, 22:52

Azərbaycanın müdafiə naziri General-polkovnik Zakir Həsənov Qarabağa dair müharibənin növbəti ciddi anonsunu edib. Nazir ölkə hərbisinin müdafiə qabiliyyətini yüksək dəyərləndirərək Azərbaycan Televiziyasına müsahibəsində deyib ki, "Azərisilah” ASC Azərbaycan ordusunu sursatla tam şəkildə təmin edir. "Buna görə biz rahatlıqla hər dəqiqə döyüşlərə başlaya bilərik. Tək sursatlardan söhbət getmir. Bilirik ki, çox yüksək səviyyəli hazırlanmış silahlar, pilotsuz uçuş aparatları var, zirehli texnikanın modernləşdirilməsi həyata keçirilir. "Azərisilah” mindən çox müxtəlif növ silah istehsal edir”, – deyə nazir bildirib.

Demokratik.Az

Oxşar xəbərlər