Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:00 - 23.09.2019  
Prezidentlə görüşə dəvət almayan Sabir Rüstəmxanlı da sərt danışdı: “MİLLƏTİN PROBLEMLƏRİNDƏN DANIŞMAQ LAZIM İDİ…”
Tarix: 10-03-2019, 11:43 | Bölmə: Xəbərlər » Müsahibə

Prezidentlə görüşə dəvət almayan Sabir Rüstəmxanlı da sərt danışdı: “MİLLƏTİN PROBLEMLƏRİNDƏN DANIŞMAQ LAZIM İDİ…”

 

 

 

 

 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə üzv olub. O, "Yeni Müsavat” qəzetinə müsahibəsində komitəyə üzvlüyü, görüləcək işlər və eyni zamanda prezidentlə mədəniyyət, ədəbiyyat xadimlərinin görüşü barədə danışıb.

Xalq şairi ilə müsahibəni təqdim edirik:

– Sabir bəy, maraqlıdır ki, niyə məhz indi Qarabağ Komitəsinə üzv oldunuz?

– Qarabağ danışıqlarının bir müsbət nəticəsi yoxdur. Eyni zamanda cəmiyyətdə sülh söhbətləri dolaşmağa başlayıb. Ermənistan aşkar görünür ki, bizə meydan oxuyur. Paşinyanın İran səfərindəki bəyanatlar, Ruhani ilə görüşündə səsləndirdiyi fikirlər, ATƏT-in Minsk Qrupunun 30 illik tam fəaliyyətsizliyi, "çevir tatı, vur tatı” mövqeyi, Ermənistanın işğalçılığına qiymət verilməməsi cəmiyyətdə bir çaşqınlıq yaradıb.

Bütün bunlardan sonra əhalidə ümidsizlik yaranıb, iqtidarla müxalifət münasibətləri anormal istiqamətə gedir, partiyalararası soyuqluq müşahidə olunur. İndiki situasiyada Qarabağla bağlı bu məsələlər kənara qoyulmalıdır. Biz 1988-ci ildə meydanlara Qarabağ görə gəlmişdik, ona görə indi kənarda dayanmaq olmur. Qarabağ Komitəsində qüvvələrin bir araya gəlməyinə, xalqın iradəsini ifadə etməyə ehtiyac var. Beynəlxalq aləm bilməlidir ki, hər nə qədər xalq indi sakitləşsə də, biz Qarabağ məsələsində bir addım geri çəkilməmişik. O baxımdan siyasi yönündən asılı olmayaraq bir araya gəlmək lazımdır. Qarabağ Komitəsi çox ciddi işləyə bilər, parçalanmanın qarşısı alınmalı, bir araya gəlinməlidir.

– Amma İsgəndər Həmidov, Akif Nağı komitənin İdarə Heyətindən gediblər, bir dağınıqlıq var…

– Akif Nağının getməsinin səbəbini bilmirəm. Onun xidmətlərini danmaq olmaz. Hazırda Qarabağ Azadlıq Təşkilatının üzvləri komitədə var. Yəni, komitədən tamamilə uzaqlaşmayıblar. Çox istərdim ki, Akif Nağı da uzaqlaşmasın, komitədəki fəallığını saxlasın.

– Siz komitəyə üzv olduqdan sonra hansı planlar var, nələr edilməlidir?

– Artıq komitə tərəfindən müəyyən proqram hazırlanıb. Vaxtilə Qarabağ Yardım Komitəsi yaratmışdım, ilk müstəqil mətbu orqan olan "Azərbaycan” qəzetini çap etmişdim. İndi də görüləsi işlər çoxdur. İlk növbədə Qarabağ probleminin dünyaya çatdırılması, qaçqın və köçkünlərin vəziyyətinin beynəlxalq aləmə göstərilməsi əhəmiyyətlidir. Köçkünlərə dövlətin nəzarəti ayrı, amma ictimai qurumların ayrıca iş aparması önəmlidir. Bütün qüvvələrin birliyinə zərurət var.

– Sabir bəy, Qarabağ Komitəsi mitinq keçirəndə sizi dəvət etmişdilər, amma iştirak eləməmişdiniz. Bu da söz-söhbət yaratmışdı. Bunun səbəbi nə idi və bu gün Qarabağ mitinqinə ehtiyac varmı?

– Doğrudur, mən o zaman mitinqə getməmişdim. Həmin vaxt Qarabağ Mitinq Komitəsiydi. Mən müzakirələrdə iştirak eləmişdim. Mən milyon yarım insanın toplaşdığı meydanı idarə edən adam olmuşam. Ancaq indi ömrümün mitinq dövrü keçib. Bu, yeni nəslin, cavanların işidir. Təbii ki, qlobal səviyyədə müzakirə olanda mitinqlərə də gedərəm, sözümü də deyərəm. Amma indi komitənin gündəmində mitinq müzakirələri yoxdur. Lakin hesab edirəm ki, "Qarabağa azadlıq!” tələbi ilə mitinqlərin keçirilməsi iqtidarın mövqeyini möhkəmləndirə bilər.

– Yeri gəlmişkən, prezidentin mədəniyyət, ədəbiyyat adamları ilə görüşünə çağırılmamışdınız. Sizi dəvət etsəydilər, hansı məsələləri qaldırardınız?

– Əgər söhbət ədəbiyyatdan, mədəniyyətdən gedirsə, bizim o görüşdə olmamağımız mənə təəccüblü gəlir. Orada elələri varıydı ki, sənətlə əlaqəni çoxdan üzüblər. Amma dünyada kitabları çap olunan, ardıcıl sözünü deyən ədəbiyyat adamlarından biri mənəm, görüşə dəvət etməmişdilər. Sabir Rüstəmxanlı görünməyən adamlar sırasında deyil axı. Ona görə hesab etmirəm ki, nazirlik məni görməyib.

Mən xalq şairiyəm, sənət söhbətində iqtidar-müxalifət fərqi qoyulmamalıdır. Üstəlik, bizim partiyamız vətəndaş həmrəyliyinə çağırır, ayrı-seçkilik olmamalıdır. Amma baxırsan ki, ən xırda məsələlərdə ayrı-seçkilik olunur. Məsələn, bir veriliş gedir, adı "Sevilənlər”dir, ora daha çox rusca danışan sənət adamları çağırılır. Gəlin xalqın içinə çıxaq, görək onları, yoxsa bizi çox sevirlər. Amma dövlət televiziyasına bizi dəvət eləmirlər.

Bizə qarşı bu nə münasibətdir, başa düşmürəm. Müstəqilliyə imza atan biz, risklərə gedən biz, zülm çəkən yenə biz. Gəl ki, müstəqil ölkədə necə olur bizi AzTV-yə, tədbirlərə dəvət etmirlər, humanitar forumlara çağırmırlar. Mən 25 il deputat olmuşam. Yaxşı, Milli Məclisdən ayrılmışıq, dövlətdən ki ayrılmamışıq?! Bizim zəhmətimizin nəticəsi bu olmalıdır? Adama ağır təsir edir. Söz yox ki, həmin görüşə gedənlərin əksəriyyətinin mədəniyyətə, ədəbiyyata xidməti olub. Ancaq onların çıxışlarının ümumi səviyyəsi məni razı salmadı. Görüşdə ziyalılar Qarabağ problemini, əhalinin vəziyyətini prezidentə deməliydilər.

Prezidenti insanlardan aralı saxlamağa çalışırlar. Dövlət başçısı rayonlara gedir, amma hər şeydən vaxtından xəbər tuta bilmir. Özünüz də görürsünüz ki, xəbər tutan kimi göstəriş verir. Bu işi sənət adamları görməlidir, sözünü cəsarətlə deməlidir. Millətin problemlərindən danışmaq lazım idi. Amma biri yaxınının adına küçə qoyulmasını istəyir, o bir heykəl qoyulmasını xahiş edir. Mən bir söz demirəm, Tağıyevə də heykəl qoyulsun. Amma Rəsulzadə, Xoyski, Topçubaşov, Yusifbəyli kimi kişilər olub, bəs onların niyə heykəli olmasın?!
Bundan əlavə, ana dili məsələsi var. Prezident bu barədə proqramlar hazırlayır, Təhsil Nazirliyi isə bir ucdan rus dili məktəblərinin sayını artırır. Təhsildə dərslik, məktəb tikintisi və s. məsələlər var, ziyalılar görüşdə bunları deyə bilərdi. Prezident hansı məsələni, problemi eşidir, ona diqqət ayırır. Ölkə başçısının ictimai rəyə ehtiyacı var, amma kimlərsə ictimai rəyi ondan gizlədir.

– Sizcə, siyahıda adınızın olmaması Mədəniyyət Nazirliyinin günahıdır? Çünki Rasim Balayev də çağırılmamışdı, nazir üzr istədi, prezident telefon açdı…

– Mən bu məsələni soruşmamışam, siyahını kimin tərtib etməsi ilə maraqlanmamışam. Düzdür, incidim, amma narahatlığım yoxdur, 25 il parlamentdə sözümü demişəm. Sadəcə, o görüşdəki adamlar sovet vaxtı da tədbirlərdə idilər, 30 il keçib yenə həmin adamlar oradadırlar. Onların arqumentləri, danışıq səviyyələri məni qane etmədi. Ziyalı qorxaq olmamalıdır. O görüşdə ziyalılar öz yaxınlarının, qohumlarının problemini qoymalı deyildi. Anarın yaxşı təklifi varıydı, dedi Ziyalılar Şurası yaradılsın, tez-tez toplaşıb müzakirələr aparmaq lazımdır. Millət Anardan daha çox şey gözləyir. Müdrik yaşındadır, onun əlavə nəsə deməyindən prezident də inciməzdi. Məsələn, Qarabağ kimi problemi olan millətin kinostudiyası bərbad gündədir. Bu məsələ qaldırılmalıydı, Qarabağ mövzusunda bədii və sənədli filmlər çəkilməlidir, kinostudiya təmir olunmalıdır, avadanlıq gətirilməlidir.

Xəbər 2316 dəfə oxunub






Oxşar xəbərlər

Kimə ziyalı demək olar? Həqiqilər və yalançılar
Bakıda daha bir sürücü yol polisinə hücum etdi – VİDEO
Adnan Oktar ittihamları rədd edir - "Mən qadınları...!"
Bir az da feminizm barədə - Video
5 manatlıq dərman niyə 5 dəfə baha satılır? Dərman mafiyası ilə bağlı ŞOK ARAŞDIRMA
Qubaya qar yağdı - FOTO
"AST Telma"ın erməni Avraam Russosu...
Bu gün iki güləşçimiz qızıl medal uğrunda yarışacaq
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.38755] initstartout [0.00023] initstartin [0.00110] calstart [0.01331] calend [0.00078] topnewsend [0.00709] rsssend [0.00000] ehgend [0.01858] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.34548]