Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:29 - 19.09.2019  
“Kəmaləddin Heydərovla ortaq biznesim…” – “Əli İnsanov azadlığa buraxılmalıdır” (Müsahibə)
Tarix: 24-02-2019, 17:52 | Bölmə: Xəbərlər » Müsahibə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov Demokrat.az xəbər portalına müsahibə verib.

“Kəmaləddin Heydərovla ortaq biznesim…” – “Əli İnsanov azadlığa buraxılmalıdır” (Müsahibə)Demokratik.Az həmin müsahibəni təqdim edir:

- Etibar bəy, bir neçə gün sonra cinayətkar erməni və rus hərbiçiləri tərəfindən törədilən Xocalı faciəsinin 27-ci ildönümü tamam olacaq. Bu faciənin qarşısını almaq mümkün idimi?

– Xocalı faciəsi Ermənistan-Azərbaycan müharibəsinin ən ağır səhifəsidir, dinc əhaliyə qarşı törədilmiş cinayətdir, soyqırım cəhdidir. Bu, insanlığa qarşı böyük cinayət hesab olunur. Xocalı faciəsinin törədilməsində erməni işğalçıları ilə bərabər Rusiyanın 366-cı alayının hərbiçiləri də iştirak ediblər. Yəni, Xocalı faciəsinin məsuliyyətini həm Ermənistan, həm də Rusiya daşıyır. Onların da cəzalandırılması mütləq vacibdir. Çox təəssüf ki, indiyədək Xocalı faciəsinin törədilməsində iştirak etmiş cinayətkarların heç biri cəzalandırılmayıb. Halbuki, həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərinə görə onlar cəzalandırılmalı idilər.

- Xocalı faciəsi törədilən zaman Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibov müsahibələrində bildirir ki, həmin dövrdə o, Xocalıda baş verənlərdən xəbərsiz olub. Necə düşünürsünüz, Prezidentin belə bir faciənin törədilməsindən və nə qədər adamın həlak olmasından xəbərsiz olması mümkün idimi?

– Belə danışan adamlar gərək öz məsuliyyətlərini dərk etsinlər. Yəni, dövlətə başçılıq edən və Prezident vəzifəsini daşıyan adam həm dövlətin, həm də əhalinin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, buna görə and içir. Prezidentin məsuliyyəti odur ki, o, belə məqamlarda lazımı tədbirləri görməlidir. İndi Ayaz Mütəllibov bu tədbirləri görüb və yaxud görməyib, bütün bunlar o zaman yaradılan Komissiyanın işində öz əksini tapıb. Heç kəs demir ki, Ayaz Mütəllibov bunu bilərəkdən edib və yaxud da xəyanət olub. Sadəcə olaraq, o bu məsələdə bir Prezident kimi vəzifə məsuliyyəti daşıyır.

Eyni zamanda həmin dövrdə hərbi və inzibati vəzifə tutanlar da məsuliyyət daşıyırlar. Təbii ki, onların məsuliyyəti başqadır, ermənilərin məsuliyyəti isə cinayət məsuliyyətidir. Bu günədək ermənilər insanlığa qarşı törədilən cinayətə görə məsuliyyətə cəlb olunmalı idilər. Çox təəssüf ki, bu təcrübədən hələ ki, istifadə olunmayıb. Dövlət tədbirlər görməli idi ki, Xocalı faciəsini törədənlər sonradan rahat yaşaya bilməsinlər. Onların rahat yaşamasına imkan vermək olmaz.

- Ayaz Mütəllibovun da cəzalandırılmasını istəyirsiniz?

– Xeyr, mən demədim ki, Ayaz Mütəllibov da cəzalandırılsın. Onsuz da o cəzalandı və Prezident vəzifəsini itirdi. Dediyim kimi, Ayaz Mütəllibov Xocalı faciəsinin törədilməsində vəzifəsini yerinə yetirməməyinə görə məsuliyyət daşıyır. Ancaq burada cinayət törətmiş şəxslər Ermənistan və Rusiya tərəfidir.

Burada söhbət heç də dövləti cəzalandırmaqdan getmir. Xocalıda cinayəti törədən rusları və erməniləri cəzalandırmaqdan söhbət gedir. Bu şəxslər rahat həyatlarını davam etdirməməlidirlər. Yəni, dövlət tərəfindən lazımı tədbirlər görülməlidir ki, onlar ən azı narahatlıq keçirsinlər. Daha əl-qollarını sallaya-sallaya istədikləri yerə rahat gedib-gələ bilməsinlər.

- Bəzən müxalifətdən olan tanınmış şəxslər sizin hakimiyyətlə yaxın əlaqələrdə olduğunuzu iddia edirlər. Bu nə qədər doğrudur?

– Mən bütün hakimiyyətlərin dövründə hamı ilə münasibətlərimi normal saxlamağa çalışmışam. Hesab edirəm ki, normal insani münasibətlərin saxlanılması başqa cür yozula bilməz. Hər zaman belə düşünmüşəm ki, Azərbaycan daxilində heç kəs bir-birinə düşmən kimi baxmamalıdır. Bizim düşmənimiz məlumdur. Düşmənə qarşı da düşmən mövqeyində olmalıyıq. Aydın məsələdir ki, mənim və hakimiyyətdə təmsil olunan adamların fikirləri fərqli ola bilər. Bu da təbiidir. Mən hakimiyyətin bir çox mövqeyləri ilə razı deyiləm. Mənim kimi narazı olan başqa adamlar da var. Onlar fikirlərini azad şəkildə bildirməlidirlər. Mənim istəyim də odur ki, fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz. Əgər indi hakimiyyətdə olanlardan kim bunu edirsə, bu dövlətə ziyan vuran addımdır.

Ancaq bir daha deyirəm ki, bu gün hakimiyyətdə təmsil olunan adamlarla 30-40 illik münasibətlərim var. Əgər mən kiminləsə 30-40 ildir tanışamsa, o zaman bu gün ona üz çevirib getməli deyiləm.

- İddialardan biri də sizin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla ortaq biznesə malik olmağınızla bağlıdır…

– Xeyr, bu yalandır. Mənim Kəmaləddin Heydərovla əlaqələrimin və ortaq biznesimin olması barədə xəbərlər cəfəngiyyatdır. Ancaq bu gün iqtidarda təmsil olunan yüksək vəzifəli adamlarla münasibətlərim var. Hesab edirəm ki, bu qəbahət deyil. Mənim hərəkat yoldaşlarımdan bu gün vəzifələrdə olanları da, hərəkatda olmayıb hakimiyyətdə olanları da var. Bu cür münasibətlərin olmasını qınamaq doğru deyil.

- Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun martda azadlığa buraxılacağı ilə bağlı xəbərlər dolaşır. Bununla bağlı nə deyə bilərsiniz?

– Çox istərdim ki, Əli İnsanov tezliklə azadlığa buraxılsın. Çünki bu yaşda insanın həbsdə qalması heç də xoşagələn hal deyil. Digər tərəfdən isə Əli İnsanov həddindən artıq cəzasını çəkib. Tanınmış alimin, yaşlı insanın hələ də həbsdə qalması Azərbaycana hörmət gətirmir.

Vasif Həsənli

Xəbər 1583 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39178] initstartout [0.00024] initstartin [0.00132] calstart [0.01710] calend [0.00101] topnewsend [0.00828] rsssend [0.00000] ehgend [0.01257] tagsstart [0.00115] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.35005]