Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:44 - 19.06.2019  
YAP funksioneri: “Onda mən də elan edirəm: ABŞ prezidentiyəm”
Tarix: 10-01-2019, 20:53 | Bölmə: Xəbərlər » Müsahibə

"Rəqiblərimiz, partiya sədrləri əvvəlcə gedib özlərini bələdiyyədə yoxlasınlar”

YAP funksioneri: “Onda mən də elan edirəm: ABŞ prezidentiyəm” Bu ilin yazında ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə məlumat yayılıb. YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovla digər məsələləri də əhatə edən söhbətimizdə bu mövzuya geniş yer ayırdıq:

- Siyavuş bəy, sizi hakimiyyətin mətbəxində baş verənlərdən kifayət qədər məlumatlı şəxs kimi tanıyırıq. Apreldə parlament seçkilərinin keçiriləcəyi barədə xəbər nə dərəcədə doğrudur?

- Mən bir neçə dəfə bunu demişəm. Parlament seçkiləri ilə bağlı məsələ konstitusiyada yazılıb. Yəni müddəti də, keçirilmə tarixi də əksini tapıb. Konstitusiya isə ali qanundur. Əgər seçki olacaqsa, birinci referendum keçirilməlidir. Yəni konstitusiyada dəyişiklik edilməlidir, məsələ Seçki Məcəlləsinə salınmalıdır, ondan sonra digər addımlar atılmalıdır.  Kiminsə ürəyində seçilmək arzusu varsa, bir az səbirli olsun. İndi tələsənlər bu məsələni ortaya atır. Amma məsələnin hüquqi əsası budur. Ondan sonra artıq bu, elan oluna bilər. Həm də ki, bu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. Bütün bunların hər biri qanunla, konstitusiya ilə əsaslanmalıdır.

- Sizin bu açıqlamanız 2018-ci il prezident seçkilərindən bir neçə ay öncəki açıqlamanızı xatırladır. O zaman da seçkilərin vaxtında keçiriləcəyini demişdiniz, amma bir neçə ay əvvələ çəkildi...

- Prezident seçkiləri ilə bağlı dediyim müddəa yox idi. Prezidentin səlahiyyəti var idi ki, istənilən vaxt seçki elan etsin. Amma parlament seçkiləri ilə bağlı müddəa konstitusiyada var. Ona görə də konstitusiyadakı müddəanı ancaq referendum yolu ilə dəyişmək olar. Prezident, bələdiyyə seçkiləri və referendumla bağlı zərurət yarandığı halda prezidentə səlahiyyət verilir ki, növbədənkənar seçkiləri elan etsin. Parlament seçkiləri ilə bağlı müddəa isə konstitusiyada qalıb. Ona görə də gərək ilk növbədə referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarıla və Seçki Məcəlləsinə salına bilər. Əslində parlament seçkilərinin vaxtının təyin olunması və s. konstitusiyada olması düzgün deyil. Bunlar hamısı seçki ilə bağlı olduğundan Seçki Məcəlləsində əksini tapmalıdır. Parlament seçkiləri konstitusiyada qaldığı üçün ilk növbədə gərək referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarılıb Seçki Məcəlləsinə salına. Amma əfsus ki, sonuncu referendumda bu müddəa nəzərdə tutulmadı və parlament seçkiləri  konstitusiyada qalıb. Konstitusiya ən ali qanun olduğuna görə onun müddəası hər şeydən üstündür. Bir də növbədənkənar seçki o halda ola bilər ki, parlament öz-özünü buraxsın. Bu, bir hökumətin hesabatı vaxtı, bir də baş nazirin seçilməsi ilə bağlı ola bilər. Biz də baş naziri təsdiqləmişik, işləyir, Allah canını sağ eləsin! Yəni bu məsələlərlə bağlı da problem yoxdur. Vaxtından qabaq parlament seçkilərini keçirmək üçün mütləq referendum keçirilməldir. 

- 2019-cu il ərzində həm referendum, həm növbədənkənar parlament seçkiləri, həm də bələdiyyə seçkilərinin keçirilməsi real görünmür, elə deyilmi?

- İndi mən onu deyə bilmərəm. Bu, artıq mənim səlahiyyətimə daxil deyil. 

- Bəs hakim partiyada bələdiyyə seçkilərinə hazırlıqlar başlayıbmı?

- Bizdə proseslər gedir, siyahılar çıxarılır, baxılır. Müəyyən təkliflərimiz, müəyyən yeniliklər var. Çalışırıq ki, bu dəfə bələdiyyələrdə qadınların, namizədlərin sayı çox olsun. Yəni iş gedir.

"Guya Mehman həbsdən çıxıb neyləyəcək? İlqar Məmmədov çıxıb, neyləyir ki?”

- Bələdiyyə seçkiləri ilə bağlı rəqiblərinizə nə demək istərdiniz?

- Arzu edirik ki, rəqiblərimiz, partiya sədrləri əvvəlcə gedib özlərini bələdiyyədə yoxlasınlar, ondan sonra parlamentə, sonra digər seçkilərdə. Görsünlər bir onları bələdiyyəyə seçirlər, ya seçmirlər.

- Maraqlıdır ki, bələdiyyə seçkiləri ilində parlament seçkiləri müzakirəsi gedir. Bu, nədən irəli gəlir? Bələdiyyələrin statusunun aşağı olmasından qaynaqlanır, yoxsa...

- Yox. Həvəslilər çoxdur. (Gülür). Parlament seçkilərinə görə darıxanlar, seçilmək istəyənlərə Nizami Gəncəvinin məşhur misralarını xatırlatmaq istəyirəm:

 Səbr ilə halva bişər, ey qora səndən,

Bəsləsən atlas olar tut yarpağından...(gülür).

- Qardaş Türkiyədə də bələdiyyə seçkiləri ilidir, amma ölkə ayaq üstədir. Yəqin fərqindəsiniz...

- Onlarda əvvəl başqa cür idi, amma getdikcə orada da vəziyyət dəyişəcək. Çünki prezidentli respublikaya keçid olub. Xatırlayırsınızsa, o vaxt ümummilli lider Türkiyə ilə bağlı məsələ qaldırmışdı ki, prezidentli respublikaya keçməlidirlər. Üstündən 10-15 il ötəndən sonra o ideyanı qəbul etdilər və bu sistemə keçdilər.

- Bizdə bələdiyyələrin statusuna yenidən baxılması gözlənilirmi?

- Bələdiyyələrin statusu yüksəkdir, sadəcə olaraq, o statusu yerinə yetirmək funksiyası var. Özü də dövlət bələdiyyələrə xeyli dotasiya ayırır. Həmçinin yerli vergilər, torpaq vergisi toplanır. Müəyyən obyektlər bələdiyyənin statusuna aiddir, onu icarəyə verə, gəlir götürə bilər. Bələdiyyələrdə əsas ideya o olmalıdır ki, bu imkanlardan necə istifadə edib bələdiyyənin potensialını necə artırmalı? Əfsus ki, bəziləri deyir bunu tez satım, görüm nə qazanıram... 

- Sizə elə gəlmirmi ki, yerli icra hakimiyyəti orqanları bələdiyyələrin qarşısında divara çevrilib?

- Yox, bələdiyyə işləyirsə, kim onun qarşısını alır? Məsələn, bunlar örüşləri fermerlərə icarəyə verirlər. Həmin icarə haqqı ilə müəyyən sosial problemləri həll etməlidirlər. Əslində neyləyir? Gedir kabinetini təmir etdirir. Mən kifayət qədər bu sahə ilə məşğul olmuşam, vəziyyəti çox gözəl bilirəm. Parlament bələdiyyələrlə bağlı 20-dən artıq qanun qəbul edib. Ən demokratik, ən güclü qanunlar da bizdədir. Sadəcə olaraq, bələdiyyələr o qanunları yerinə yetirmir. Götürək Binəqədi rayonunu, buradakı bələdiyyələr il ərzində büdcədən 3 milyondan artıq vəsait alıblar. Amma o kənddə nə ediblər, bu sualı onlara verin.

- Niyə araşdırılmır?

- Araşdırılır. Hamısını veriblər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə.

- Siyavuş bəy, Bakıda böyükşəhər bələdiyyəsinin yaradılması, mer seçkisi gündəmdədirmi?

- Hələlik bizim qanunvericilikdə belə şey yoxdur. Bu məsələ Seçki Məcəlləsində əksini tapmalıdır.

- Olsa, daha yaxşı olmazmı?

- Böyükşəhər bələdiyyəsi harada olur? 14, 20, 25 milyon əhalisi olan şəhərlərdə böyükşəhər bələdiyyəsi yaradılır. İstanbulun əhalisi Azərbaycanın ümumi əhalisindən iki dəfə çoxdur. Ona görə də orada böyükşəhər bələdiyyəsi yaradılır ki, yerlərdəki bələdiyyələrə də nəzarət etsin. Bizdə buna ehtiyac yoxdur axı...

- Yenidən qayıdaq parlament seçkiləri mövzusuna. Deyək ki, parlament seçkiləri 2020-də keçiriləcək. Bəs 2025-ci ildə növbəti parlament və prezident seçkiləri üst-üstə düşəndə necə olacaq?      

- Prezident seçkilərinin vaxtını dəyişdik. Parlament seçkiləri noyabrdadır, prezident seçkiləri aprel ayında.

- Deməli, 2025-ci ildə iki mühüm seçki keçiriləcək?

- Bizdə seçki müddəti iki aydır. Bu müddət ölkədə gedən proseslərə kömək edir. Əvvəllər hər seçki bir ildə keçirilirdi və hər seçkinin müddəti dörd ay idi. Belə çıxırdı ki, üç il dalbadal ölkə ancaq seçki ilə məşğul olurdu.

- Bir daha konkretləşdirək, növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək, eləmi?

- Mən onu deyə bilmərəm. Mənim o səlahiyyətim yoxdur. Deyim olacaq, necə deyim? Deyə bilmərəm axı. (Gülür). Sabah referendum keçirilə bilər, qanun dəyişə, seçki elan oluna bilər, bu, başqa məsələdir. Amma indiki sistemlə 2020-də olmalıdır.

- Siyavuş bəy, sizin blogger Mehman Hüseynovla bağlı dedikləriniz müzakirələrə səbəb olub. Hesab olunur ki, siz bloggerin peşə fəaliyyəti ilə əlaqədar həbs olunduğunu etiraf etmisiniz...

- Onlar düzgün olmayan informasiyalardır. Kimliyindən asılı olmayaraq, dünyada ən mühüm hüquq mülkiyyət hüququdur. Bir misal çəkim: Peyğəmbərin əmisi Abbas var idi.  Onun Məkkənin yanında torpağı var idi. Yığışıb dedilər ki, sən bu torpağı satmalısan. Razılaşmadı. Qazilər Şurası yığışdı, Abbasın xeyrinə qərar verdi ki, bura onun şəxsi mülkiyyətidir. Abbas ondan sonra ərazini bağışladı. Dedi, mən birinci hüququmu təsdiq etmək istəyirdim. Hər kəsin mülkiyyət hüququ var. Biri halal, digəri haram yolla qazanır. Amma haram yolu ilə qazananı ver məhkəməyə. Biri Rusiyada bizneslə məşğul olub, gəlib özünə ev tikib, sənə kim hüquq verir ki, həmin şəxsin mülkiyyətinə toxunasan? Yaxud deyir mən bloggerəm, jurnalistəm. Bunu hamı deyir. Birini işdən çıxarırlar, səhər deyir mən hüquq müdafiəçisiyəm. Onda mən də elan edirəm: ABŞ prezidentiyəm. Olur belə bir şey? Bu, bir sənədlə müəyyənləşməlidir də. Nə oldu, dünən prokurorluqda işləyirdin, bu gün oldun hüquq müdafiəçisi? Hava dəydi, yağış yağdı, oldun hüquq müdafiəçisi?    

- Necə bilirsiniz, Mehman Hüseynovla bağlı prosesləri bu qədər uzatmağa ehtiyac varmı? Bu vəziyyətdə xarici qüvvələrin də əlinə bəhanə düşür.

- Xaricdə oturanlar Dilqəm haqqında bircə  yazı yazmır. Hansı ki, ermənilər Azərbaycanın ərazisində ona ömürlük cəza veriblər və nə qədər işgəncələrə məruz qalır. Bir nəfər onunla bağlı yazı yazmır. Amma birdən-birə nə oldu Mehmana? Dilqəm öz torpağına, Kəlbəcərə ata-babasının qəbrini ziyarət etməyə getmişdi. Lakin "Washington Post”da, digərində bir adam onun məsələsini qaldırmır.

- Amma etiraf edək ki, bu kimi faktlar erməni lobbisinin işinə yarayır, ölkəmizə qarşı istifadə edirlər. Bu mənada Mehman azad olunsa, daha yaxşı olmazmı?

- Krılovun "Qurd və Quzu”sunu oxumusuz da. (Gülür). Qurd deyir suyu bulandırırsan, Quzu qayıdır ki, mən aşağıdan içirdim e, yuxarıdan yox. Deyir yox e, sən suyu bulandırdın, qurtardı, getdi. Krılov bunu 18-ci əsrin axırlarında yazıb, qoyub masanın üstünə. İndi Mehman oldu, olmadı, mənası yoxdur. İlişmək üçün istənilən varianta əl atacaqlar.

- Reallıq budur ki, bloggerlərə dünyada həssas münasibət var. Onun həbsdə qalması ümummilli maraqlarımıza cavab vermirsə, bəlkə bu barədə addım atılsa, daha yaxşı olar.

- Vallah onun həbsdə saxlanılması... Guya o, həbsdən çıxıb neyləyəcək? Hüquqi dövlətdir. Mən həmişə demişəm ki, açın, buraxın bunları. İlqar Məmmədovla bağlı yazırdılar. İlqar Məmmədov çıxıb, hə, neyləyir ki? Ancaq elə məsələ var ki, insanları pis tərbiyə edir, insanları qanunu pozmağa, qanunun aliliyini tapdamağa yönəldir. YAP, AXCP, Müsavat, ADP, ya başqa təşkilatların üzvü olsun, fərqi yoxdur, qanunu pozmamalıdır. Düşünməməlidir ki, bu partiyanın üzvüyəmsə, qanun məni qoruyacaq. Xeyr! Qanun hamı üçün birdir, müəllim üçün də, həkim üçün də, jurnalist üçün də, blogger üçün də!

- Onsuz da gec-tez humanizm prinsipləri əsas götürülür və belə məhbuslar azadlığa buraxılır. Bəlkə kimlərsə Azərbaycanın Qərblə əməkdaşlığına xələl gətirmək üçün bu kimi məsələlərdən sui-istifadə etmək istəyir, ola bilərmi?

- Avropa da, Amerika da, başqa dövlətlər də əməkdaşlıq etmək istəsə, onlara Mehman lazım deyil. Mən həmişə açıq siyasət aparmışam və sözümü daim açıq demişəm. O qədər miqrantları bir yerə yığırlar, çörəyi yuxarıdan tullayırlar, hansı ki, almanlar elə konslagerlər yaratmamışdı, bəs onlara niyə söz demirlər? Fransadakı aksiyalarda min nəfər tutulub, nə qədər maşın yandırılıb, bir dövlət onlar haqda bir söz deyir? Yox. Adamları yerə yıxıb döyürlər, güllə ilə vururlar, qaz buraxırlar, üstünə at, it buraxırlar, dəyənəklə döyürlər. Bəs orada insan hüquqları yadlarına düşmür? Amma necə olur birdən-birə bunların yadına Mehman düşür? Deməli, Krılovun yazdığı məsələdir... (gülür).  

Elşad PAŞASOY,
"Yeni Müsavat”

Xəbər 1154 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29928] initstartout [0.00018] initstartin [0.00071] calstart [0.01049] calend [0.00068] topnewsend [0.00501] rsssend [0.00000] ehgend [0.08511] tagsstart [0.00079] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.19626]