Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:10 - 19.11.2019  
Nərmin Şahmarzadədən növbəti açıqlama: (EKSKLÜZİV, VİDEO)
Tarix: 23-12-2018, 10:23 | Bölmə: Xəbərlər » Müsahibə

"3 il azadlıqdan məhrum etmə cəzası kimi cəzalar mənə çox gülünc gəlir”

Nərmin Şahmarzadədən növbəti açıqlama: (EKSKLÜZİV, VİDEO)Xəbər verdiyimiz kimi, Mübariz İbrahimovu təhqir edən psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadə məhkəməyə verilib. Onunla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edən  Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov tələbə xanımın qanuna müvafiq qaydada cəzalandırılmasını tələb edirlər.

Musavat.com mövzu ilə bağlı N.Şahmarzadə ilə söhbət edib. Xatırladaq ki, müsahibə messenger üzərindən, sualların yazılı formada göndərilməsi hesabına baş tutub. Ona görə də cavablardan yaranan əlavə sualları ünvanlamaq imkanı olmayıb.

-Sizi iki nəfər məhkəməyə verib. Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov qanuna müvafiq qaydada cəzalandırılmanızı tələb edirlər. Onlar qeyd edirlər ki, ən ağır formada cəzalandırılmalısız. Buna münasibətiniz necədir? Haqlı hesab edirsizmi?

-Mən düşünmürəm ki, ağır formada cəzalandırılmalıyam. Çünki burda heç kimə qarşı təhqir yoxdur. Ümumiyyətlə, təhqir olunası bir məsələ yoxdur. Mən heç kimi təhqir etmərəm. O qədər axmaq deyiləm ki, kimisə təhqir edim. Sadəcə olaraq, öz fikrimi bildirmişəm. Ümumən insanları səsləməmişəm ki, mən belə düşünürəm, siz də belə düşünün. Yox! Öz fikrimi bildirmişəm. Ona görə də 3 il azadlıqdan məhrum etmə cəzası kimi cəzalar mənə çox gülünc gəlir. Mən düşünürəm ki, bunu kifayət qədər lazımi yerlərdə tətbiq etmək lazımdır. Bu iş 3 ilə dəyəcək bir iş deyil. Ümumiyyətlə, cinayət deyil. Vəkillər də deyir ki, cinayət tərkibli əməl deyil.

Daha sonra bunun arxasında yatan nələrisə araşdırmağa çalışırlar. Nəzərə almırlar ki, bir insan bir fikri deyə bilər də. Bunun arxasında nəsə yatmalı deyil. Mən indiyə qədər çox status yazmışam. Amma bu, o demək deyil ki, mənə kimsə nəsə deyib. Hər hansı təşkilat və ya hər hansı fərd... Öz iradəmlə nəsə yaza bilərəm. Bu, mənim vətəndaş mövqeyimdir. Ümumiyyətlə, bizim insanlar terrorun nə demək olması üzərinə düşünmürlər. Hər hansı bir fikri o qədər qloballaşdırdılar ki... Qəhrəman anlayışı fərqli bir şeydir. Ümumiyyətlə, burada Xocalı və digər məsələləri nəzərdə tutmamışam. Video çəkib izah edirəm. Adamlar götürüb videonu ortadan kəsir, 30 saniyəsini yayıb, özlərinə sərf edən formada yayırlar. Mən izah etmişəm: Xocalı və müharibə şəraiti tamam başqa bir şeydir. Statusda da bunu yazmışam ki, onları nəzərdə tutmuram. Mənim demək istədiyim bu deyildi. Təəssüf ki, insanlar bunu tamam fərqli anladılar, tamam fərqli istiqamətə çəkdilər.


-Hər iki şəxs bu addımı atmadan öncə Mübariz İbrahimovun atası ilə danışdıqlarını və onun da "bu qadına xalq cavab verəcək" dediyini xatırladıb. Siz onun valideynlərindən üzr istəmişdiz. Necə düşünürsüz, atasının sizə qarşı münasibətini sərtləşdirməsi məhkəmə qərarına təsir edəcəkmi?

-Mən bu məsələnin Mübariz İbrahimovun atasına çatacağını düşünmürdüm. Çünki mənim yazdığım heç bir statusu bu qədər işıqlandırmayıblar, qabartmayıblar. Mən başa düşürəm ki, bu, bir oyun idi. Mən 7-ci sinif şagirdi ilə evlənən birinə "pedofil” dediyim üçün, sonradan qabartdılar. Halbuki məsələ ayın 5-6-da bitmişdi. O pedofil məsələsi yayıldı, onu yenidən gündəmə gətirdilər. Hər nə isə, məsələ o qədər böyüdü ki, gedib atasından müsahibə alıblar. Orda da ona deyiblər ki, mən onun oğluna "qatil” demişəm. Halbuki mən "qatil” ifadəsi işlətməmişəm. Sadəcə mən özümdəki qəhrəmanlıq anlayışı ilə bağlı bir şey demişəm. Atasının verdiyi cavab açığı, pis təsir elədi. Çünki o, yaralı insandır. Yaralı insana da bu kimi şeylər çox dəyə bilər. Ona görə də mən üzrxahlıq videosunu sırf valideynlərindən üzr istəmək üçün çəkdim.

-Araz Musayev iddia edib ki, psixoloq N.Şahmarzadə kimlərsə tərəfindən idarə edilir. Hətta bunu terror hadisəsi də adlandırıb. Bu iddiaya münasibətiniz?

-Mən başa düşürəm ki, bəzi insanlar planlı şəkildə oynayırlar. Onun valideynlərini ziyarət edirlər. Əslində burda məqsəd valideynləri deyil. Noldu, indiyə qədər valideynlərini ziyarət etməyən adamların, indiyə qədər heç bir şəhid ailəsinin qapısından içəri girməyənlərin birdən-birə vətənpərvərlik damarları, ruhları tutdu? Bu şey mənə çox saxta görünür, açığı. Mən belə hesab edirəm ki, bu, oyun idi. Ona görə də videonu sırf valideynlərindən üzr istəmək məqsədi ilə çəkmişdim. Yenə də deyirəm, atasına təkidlə bildirirlər ki, şikayət elə, biz sənə pulsuz vəkillik edəcəyik. Mən düşünürəm ki, bu insanlar özlərini təsdiq etməyə çalışırlar. Bunun altında yatan şey vətənpərvərlik deyil. Əgər vətənpərvərlik olsaydı, nə qədər şəhid anası, atası ağlar qalıb. Onlara kömək edərdilər. Onların lazımi yerlərdə haqqını tələb etməsi üçün pulsuz vəkillik edərdilər. Yoxsa ki, birini əsassız yerə 3 il həbs etmək istəyi çox utopik görünür. Fikrimi çatdıra bilirəm? 3 il cəza alacaq bir iş görməmişəm. Heç kimi təhqir etməmişəm. Mən Mübariz İbrahimovun atasına da "yaralı” deyəndə onun həssas olmasını nəzərdə tutmuşam. Kim nə deyir desin, Nərminin onun oğlunu qəhrəman hesab edib-etməməsi onunçün əsas məsələ deyil. Fakt odur ki, oğlu yanında deyil. Sırf o mənada qeyd etmişəm, başqa bir mənada yox.

Nərmin Şahmarzadədən növbəti açıqlama: (EKSKLÜZİV, VİDEO)

-Dostluğunuzda xeyli erməni olması ciddi müzakirələrə səbəb olub. Sizi ermənipərəst qüvvə də adlandırırlar. Bu dostluqlar təsadüfi şəbəkə dostluğudur, yoxsa iddia olunduğu kimi, bunun arxasında ciddi simpatiya meylləri var?

 -Neçə erməni var ki? Mən kosmopolitəm. Mənim dostluğumda ərəb, yapon, kürd, talış, ingilis də var. İnsan insandır. Mən demişəm ki, əlində, beynində heç kəsin qanı olmayan erməni mənim düşmənim deyil, amma təhrif etdilər ki, "Xocalını törədənlər necə sənin düşmənin deyil?!” Amma mən izah etdiyim başqa şey idi.

Sevinc TELMANQIZI, musavat.com

Xəbər 1735 dəfə oxunub






Oxşar xəbərlər

"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26777] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00892] calend [0.00050] topnewsend [0.00411] rsssend [0.00000] ehgend [0.02094] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23172]