Lukaşenki Putinlə mübahisə etdi, axırda üzr istədi - Video

  • 07 dek 2018, 02:58

Belarusiya prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə Minsk üçün təbii qazın qiyməti ilə mübahisəsindən sonra "görüşün ev sahibi” Vladimir Putin qarşısında üzr istədiyini bildirib.

O bu barədə Sankt-Peterburqda danışıqlar bitdikdən sonra deyib. "Xoşagəlməz formada danışıqlar oldu, sonradan bugünkü görüşün ev sahibindən üzr istəməli oldum. Çox sərt danışıq idi. Eşitməsəz yaxşıdır.”, Belorusiya prezidenti deyib və gələn həftə Putinlə bütün sualları müzakirə etmək üçün görüşəcəyini bildirib.

Belarusiya prezidenti Sankt-Peterburqda keçirilən Yüksək Avrasiya İqtisadi Şurasının iclasında "Qazpromun” Belarus üçün təbii qaz ixracı tarifinin hər 100 kilometrə 1000 kub metr qazın ötürülməsi $3 olduğu halda, Rusiya daxili tarifində $1 olduğunu qeyd edib.

"Media işçiləri zalı tərk etdikdən sonra biz diskussiya edərik”, Putin deyib və əlavə edib: "Bugünkü məsələyə gəldikdə, hal-hazırda tarif deyil, təbii qazın son qiyməti vacibdir. Nəzərinizə çatdırım ki, indiki Belarus ödədiyi $129, gələn ildən $127 olacaq. Almaniya Federativ respublikası isə $250.”

"Haqlısız, Vladimir Vladimiroviç, lakin bizim əsas ticari tərəfdaşımız Almaniya deyil, Rusiyadır”, Lukaşenko cavab verib və belarus texnikasının 60-70%-i Rusiyanın payına düşür. "Siz 2025-ci il barədə dediz, lakin vacib olan məqam bizim o istiqamətdə getməmizdir, dayanmağımız deyil. Hələlik biz Almaniyadan daha pis şəraitdəyik.”

"Amma artıq bu gün tərəfdaşlarımızın üstünlükləri var. Belarusiya üçün bazar qiyməti olsa idi - qiymət $200-a yaxın olardı.”, Putin qeyd edib. /amerikaninsesi.org/

Oxşar xəbərlər