Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:02 - 26.05.2019  
"Dağlıq Qarabağ Azərbaycan torpağıdır" - Ukraynalı araşdırmaçı ilə MÜSAHİBƏ
Tarix: 14-11-2018, 18:03 | Bölmə: Xəbərlər » Müsahibə

"Dağlıq Qarabağ Azərbaycan torpağıdır" - Ukraynalı araşdırmaçı ilə MÜSAHİBƏOxu.Az-ın ukraynalı araşdırmaçı, tarixçi, bloqer Filipp Ekozyansla eksklüziv müsahibəsi:

- Xahiş edirəm, milliyyətcə erməni olan bir şəxs olaraq bu sualıma cavab verin. Siz Dağlıq Qarabağın Azərbaycan torpağı olması fikri ilə razısınız?

- Dağlıq Qarabağ şübhəsiz Azərbaycan Respublikasının ərazisidir. Tarixən bura İranın ən böyük əyaləti olan Azərbaycan torpaqlarıdır. Əhalinin böyük əksəriyyəti müsəlmanlar, bir hissəsi isə xristianlar olub (təkcə ermənilər yox).

Sadə xalq barəsində danışsaq, fikrimcə, genetik olaraq biz hamımız birik, xalqların bölünməsi süni şəkildə aparılıb və bu bizlərə yalnız ziyan vurur. Təəssüf ki, bu zərəri bu gün Dağlıq Qarabağda bütün sahələrdə hiss edirik.

- Siz açıq şəkildə bəyan edirsiniz ki, Qarabağ Azərbaycan Respublikasının torpağıdır. İki xalqın mənşəyinə dair öz tarixi mülahizəniz var. Bu cür fikirlərə görə problem yaşayırsınızmı? bu gün Ermənistanda və erməni diasporunda mübahisə olunan bu məsələni açıq etiraf etmir.

- Cavab verməli oluram, problem yaşayıram, amma bu, müvəqqətidir. Öz həyat təcrübəmə əsasən bilirəm ki, həqiqət hamıdan çox ondan qorxanlara lazımdır. Əminəm ki, tezliklə çox şey dəyişəcək. Mən bunu boş sözlər olaraq demirəm və sonda faktlar hər şeyi həll edəcək. Bu gün tutduğum mövqeyə görə mənə nifrət edən və məni qınayanlar vaxt gələcək işimdə ən yaxın köməkçilərim olacaqlar.

- Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inanırsınızmı?

- Bəli.

Sülh planının təxminən nə vaxt işə düşəcəyini deyə bilərsiz? Və ya siz münaqişənin hərb yolu ilə həllindən danışırsız?

- Mən dəqiq vaxt söyləyə bilmərəm,. Onu bilirəm ki, biz bir-birimizi bağışlamalıyıq. Məhz bağışlamaq. Bizim başqa yolumuz yoxdur, çünki biz birlikdə yaşamalıyıq. Nə qədər ağır olsa da, bağışlamaq lazım gələcək. Mənim xalqıma bunu etməyə saxta tarix imkan vermir. Məhz budur bizim yolumuzdakı əngəl, bizim ağrımız. Mən bu ağır daşdan xilas olmaq üçün əlimdən gələni edirəm. Azərbaycanlılara bunun üçün nə lazımdır, bilmirəm. Bunu yalnız azərbaycanlılar özləri bilirlər.

- Bağışlamaq barəsində yalnız təqsir olanda danışmaq olar. Biz ermənilərin nədə müqəssir olduğunu bilirik. Bəs azərbaycanlıların ermənilər qarşısında günahı varmı? Məgər onlar erməniləri öz torpaqlarından qovublar?

- Təkrar edirəm, mən bilirəm ki, ermənilərin azərbaycanlıları bağışlamasına nə mane olur, onu bilirəm - tarixi həqiqətlərin təhrif olunması, tarixin saxtalaşdırılması. 

Ola bilər ki, virtual aləmdən ayrılsalar, ermənilər anlayacaqlar ki, azərbaycanlıların onların qarşısında günahı yoxdur. Bəlkə də, yox. Mən ermənilər haqda üçüncü şəxsdə o səbəbdən danışıram ki, burada söhbət bütöv bir xalqın fikrindən gedir gedir (təkcə mənim yox). Bəlkə azərbaycanlılar anlayacaqlar ki, sadə erməni xalqının yalnız bir təqsiri var - onlar aldadılıblar.

Ola bilsin ki, bu da nəticə verməyəcək. Bu suallara cavab vermək üçün zaman, müəyyən yol keçmək lazımdır. Bu məsələdə tək mənim fikrim yetərli deyil.

- Əgər münaqişənin həlli sizdən asılı olsaydı, ilk olaraq hansı addımı atardınız?

- Bağışlayın, mən bunu ciddi sual kimi qəbul etmirəm.

Niyə? Mənə maraqlıdır ki, siz münaqişənin həlli yolunda ilk hansı addımların atılmasını vacib hesab edirsiniz. Məsələn, ATƏT-in Minsk Qrupunun problemin həllinə öz yanaşması var, vasitəçi olmaq istəyən digər tərəflərin də müxtəlif təklifləri var. Siz nə təklif edərdiniz?

- Əvvəlcə Qarabağın hər iki dili bilən Azərbaycan və erməni icmasının hörmətli və nüfuzlu ağsaqqallarını toplamaq lazımdır. Onlara imkan yaratmaq lazımdır ki, jurnalistlər və digər üçüncü tərəflər olmadan bir neçə gün və ya həftə vasitəçisiz söhbət etsinlər. Onlara yemək hazırlayıb, qulluqlarında durmaq lazımdır. O vaxta qədər ki, onlar qərar verib ictimaiyyət qarşısına çıxsınlar və son qərarlarını açıqlasınlar.

- Fikirlərinizə dərin hörmətlə qeyd etmək istərdim ki, Qafqaz ənənələrinə uyğun olaraq ağsaqqalların rəyini dinləmək, bəlkə də, ən yaxşı yol olardı. Lakin günümüzün reallığını nəzərə alaraq, bu, sizə imkansız kimi görünmürmü?

- Xeyr. Yalnız bu, reallıqdır. Siyasətçilərin təklif etdiyi qalan hər şeyin reallaşmaq ehtimalı azdır.

- Siz, həqiqətən, düşünürsünüz ki, münaqişə başlayandan bu qədər müddət sonra bir-birini görməyən və bir- birinə nifrət edən insanları barışdırmaq olar?

- Mən inanıram, əminəm, bir an belə şübhə etməmişəm. Bütün tarixə nəzər salsaq, düşmən xalqların barışdığını görərik. Bizdə də belə olacaq.

- Şəxsən siz bunun üçün nə etməyə hazırsınız? Siz Ermənistana gedib sadə xalqa, hakim dairələrə Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmalı olduğunu və yeni münasibətlər qurmağın vacibliyini deyə bilərsinizmi?

- Mən mövcud vəziyyətdə nəyin edilməsini vacib sayıramsa, onu edirəm. Dağlıq Qarabağ xüsusi hadisədir (bu ifadəmə görə sizdən üzr istəyirəm, başa düşürəm ki, bu, sizin üçün doğma torpaqdır, lakin söhbət Dağlıq Qarabağın üzləşdiyi çox ciddi bir problemdən - sistemdən gedir). 

Çox uzaq tarix deyil, Osmanlı İmperiyasında faciə baş verdi, ondan öncə İranda iki dəfə, XVIII və XIX əsrlərdə faciə ilə qarşılaşdıq.

Əgər bizi fəlakətə sürükləyən və ayıran sistemi məhv etməsək, bütün dünya Dağlıq Qarabağ olacaq. Onu əlavə edə bilərəm ki, ermənilərin və azərbaycanlıların təhlükəsizliyinin əsas qarantı yalnız ermənilər və azərbaycanlılardır. Biz qonşuyuq. Biz bizə hamıdan yaxınıq.

Xəbər 1615 dəfə oxunub






Oxşar xəbərlər

Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18070] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00793] calend [0.00043] topnewsend [0.00353] rsssend [0.00000] ehgend [0.01917] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14833]