Sabiq nazir: “Elə xəyanətkar məmurlar var ki...”

  • 15 okt 2018, 08:20
"Cənab Prezident İlham Əliyev bəyan edirsə ki, məmurlar sahibkarlara arxa durur, demək bu sahədə vəziyyət çox pisdir. Dövlət başçısı hər şeyi hamıdan yaxşı bilir və səsləndirdiyi fikirlər qanunsuz fəaliyyətlə məşğul olan məmurlara xəbərdarlıq kimi qiymətləndirilə bilər”.

"Demokratik.Az" bildirir ki, bu sözləri AZXEBER.COM saytına açıqlamasında YAP-ın qurucularından olan sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son müşavirəsində söylədiyi fikirlərə münasibət bildirərkən belə deyib.
 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin məmur-sahibkar münasibətləri ilə bağlı söylədiyi fikirlər ciddi informasiyalara söykənir: "Cənab İlham Əliyev hamıdan daha çox məlumatlıdır. Əgər deyirsə ki, məmurlarla sahibkarlar arasında qaranlıq münasibətlər var, demək bu belədir. Hesab edirəm ki, bu kifayət qədər ciddi bəyanatdır və hamı bundan nəticə çıxarmalıdır”.

Bəzi məmurların və onların ailə üzvlərinin xaricdə öz adına içki buraxıdmrası və içkilərə gündə böyük məbləğlər xərcləməsinə münasibət bildirən sabiq nazir bu barədə məlumatsız olduğunu söylədi: "Konkret bilmirəm söhbət kimdən gedir. Bilmirəm kim nə buraxır? Ümumilikdə bu cür halları nəinki mən, bu ölkənin rəhbərinin özü də tənqid edir. Tənqid edirsə demək ortada ciddi faktlar var. Bu dəqiqə çox adam çox işlər görür. Bu dəqiqə yekə-yekə stollarda oturan o qədər xəyanətkar insanlar var ki,  onlar dediyiniz adamlardan da betərdir”.
Oxşar xəbərlər