Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:58 - 17.12.2018  
Putini Bakıya gətirən SƏBƏBLƏR: - POLİTOLOQUN ŞƏRHİ
Tarix: 28-09-2018, 08:34 | Bölmə: Xəbərlər » Müsahibə

Putini Bakıya gətirən SƏBƏBLƏR: - POLİTOLOQUN ŞƏRHİAzərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfərindən, Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündən təxminən 4 həftə sonra dövlət başçımız Rusiya liderini Bakıda qəbul etdi. Bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsi sayıla bilər. Rusiya və Azərbaycan arasında münasibətlərinin daha da inkişafı Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra İrəvanın Moskvadan uzaqlaşmaq istəyi fonunda baş verməsi isə xüsusi diqqət çəkir.

Publika.az-a müsahibəsində politoloq Elnur Soltan Putinin Bakı səfəri, münasibətlərdə iki ölkənin qarşılıqlı maraqları və digər məsələlərlə bağlı sualları cavablandırıb.

- Sentyabrın 1-də Azərbaycan və Rusiya prezidentləri arasında Soçidə görüş keçirildi. Bu gün isə Vladimir Putin Bakıya səfər edib. Dövlət başçıları arasında görüşün 4 həftə sonra yenidən keçirilməsini zəruri edən hansı məqamlar var?

- Geosiyasi konteksdə iki maraqlı hadisə baş verir və bu çərçivədə Azərbaycanla Rusiya arasında yaxınlıq elementləri özünü göstərir. Bunlardan biri qlobal hadisədir: ABŞ-ın Rusiyaya qarşı sanksiyaları və bunun hara doğru getməsinin qeyri-müəyyən olmasıdır. Bu hadisə nəzarətdən çıxa bilər. ABŞ-ın İrana olan sanksiyaları da çox ciddi prosesdir və onun da nə ilə bitəcəyini heç kim bilmir. Müharibə ehtimalı belə yox deyil. İran da Yaxın Şərqdə Rusiyanın ən böyük, ən ciddi müttəfiqidir. İkinci hadisə Ermənistanın baş naziri Nikol Paşinyan faktorudur. Paşinyanın iqtidara gəlməsi Ermənistanın Rusiyanın vassallıq orbitindən çıxma təhlükəsi yaradır. Köhnə sistem üzərində olan təzyiqlər, bunu istər Köçaryan, istərsə də Xaçaturov timsalında gördük, fərdi hadisələr deyil. Bu, Rusiyanın Ermənistanla qurmuş olduğu vassallıq münasibətlərini kökündən dəyişdirə biləcək prosesləri başladıb və bunun da hara doğru getdiyi də qeyri-müəyyəndir.

- Birinci hadisə Rusiya və Azərbaycanı niyə yaxınlaşdırır?

- Cənubi Qafqazın ən böyük dövləti Azərbaycandır. Eyni zamanda, Azərbaycan Rusiya ilə İran arasında quru əlaqəsi yaradacaq yeganə dövlətdir. Xüsusən də, "Şimal-Cənub” nəqliyyat dəhlizində edilən sərmayələr həm Rusiyanın, həm də İranın izolyasiyanı anında bu ölkələri birləşdirən ciddi kanala çevrilə bilər. Gələcək ssenariləri diqqətə alan Rusiya kimi ciddi dövlətlər bunu mütləq müəyyən plan daxilində hesablamalıdır. İkincisi, Azərbaycan Xəzər dənizinə sahili olan ölkədir. Xəzərin özünün təbii potensialı var, buradan plasdarm kiməsə qarşı istifadə oluna bilər. Azərbaycan eyni zamanda, yeganə dövlətdir ki, Xəzərin şərq sahillərində olan enerji ehtiyatlarını – Qazaxıstanın nefti və Türkmənistanın qazını Qərb bazarına çıxara bilər. Bu da Rusiyanın həssas yaxınlaşdığı mövzudur, xüsusilə, Avropadakı qaz mövzusu Rusiya üçün, "Qazprom” üçün həyati əhəmiyyət daşıyır. Rusiya bu mövzuda da nəzarəti əlində saxlamaq istəyir. Həm də Qərblə gərginləşən münasibətlər çərçivəsində.

- Ermənistanda yeni hakimiyyətə gələn Paşinyan Rusiya istiqamətində loyal bəyanatlar verməsinə baxmayaraq, anti-Moskva addımları açıq müşahidə edilir. Sizin də yuxarıda qeyd etdiyiniz kimi, yeni baş nazir Rusiyanın Ermənistanla qurmuş olduğu vassallıq münasibətlərini kökündən dəyişdirə biləcək prososləri başladıb. Bu baxımdan, Paşinyan faktoru Rusiya-Azərbaycan münasibətlərində hansı yer tutur?

- Paşinyan hadisəsinə gəlincə, Rusiya sadə bir şəkildə Azərbaycan faktorundan yararlanaraq Ermənistanı öz orbitindən uzaqlaşdırmamağa çalışır və bu orbitdən uzaqlaşmağın nəticələrinin nə olacağı barədə siqnallar göndərir ki, İrəvan geri addım atsın. Yəni, Ukrayna, Baltikyanı ölkələr və Gürcüstan kimi davranmasın. Rusiyanın marağı bundan ibarətdir.

 

- Bəs, Azərbaycanın marağı?

- Azərbaycanın marağı nədən ibarətdir? Biz heç bir dövlətin strateji planının bir hissəsi olmaq istəmirik, amma sırf öz maraqlarımız nöqteyi-nəzərindən Rusiya kimi bir dövlətin nəzdində strateji əhəmiyyətimizin artması – istər Xəzər dənizində olsun, istərsə də nəqliyyat dəhlizi olaraq olsun, fərqi yoxdur, birincisi, bu sizə valyuta qazandırır, ikincisi, strateji əhəmiyyətin artmasını başqa yerlərdə dəyərə çevirə bilərsən. Yəni, onlar üçün artan siyasi və strateji əhəmiyyətimizi dəyərləndiririk, Azərbaycanın maraqları üçün istifadə etməyə çalışırıq. Konkret olaraq, bu, birinci enerji məsələsindədir. Çünki, "Cənub Qaz Dəhlizi”ndə hələ həll olunmayan məsələlər var və Rusiya burada kifayət qədər ciddi rol oynaya bilər. İkinci, "Şimal-Cənub” dəhlizindən istifadəyə Rusiyanın marağının artması bura xarici investisiyaların gəlməsi deməkdir. Təbii ki, Azərbaycan üçün ən əhəmiyyətli mövzu Qarabağ mövzusudur. Burada bizim milli marağımız Rusiyanın milli marağından fərqlənir. Rusiyanın milli marağı Ermənistanı öz orbitindən uzaqlaşdırmamaqdırsa, bizim isə burada milli marağımız Ermənistanın Rusiyaya qeyri-loyal davranışının əslində yenilik olmadığını, Rusiyanı arxadan xəncərləməyə hazır olduğunu göstərmək və Azərbaycanın daha etibarlı tərəfdaş ola biləcəyini, daha ciddi strateji münasibətlər qura biləcəyimizi göstərərək Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaqdır. Və belə bir Ermənistan isə əlbəttə, ərazisinin təxminən yarısına bərabər olan işğal edilmiş torpaqlarda qala bilməz, rədd olub gedər və işğal prosesi sona çatar. Bizim burada diplomatik mənada oynadığımız məsələ bundan ibarətdir. Rusiya ilə maraqlar fərqli ola bilər, amma müəyyən bir nöqtədə bunlar üst-üstə düşür və hər tərəf öz marağını reallaşdırmaq üçün bu fürsətdən yararlanmağa çalışacaq.

- Nikol Paşinyanın iki gün əvvəl BMT tribunasından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər yeni hakimiyyətin münaqişənin həllinə baxışını, özü də Bakı üçün heç bir halda qəbulolunmaz baxışını ortaya qoydu. Paşinyan analoji fikirləri hakimiyyətə gələndən bəri səsləndirir və son olaraq Rusiyaya səfərində Putinlə görüşdən sonra "Komsomolskaya Pravda” nəşrinə müsahibəsində səsləndirmişdi. Bu konteksdə münaqişə ətrafında vəziyyət hansı istiqamətdə inkişaf edir?

- Paşinyanın çıxışında bir neçə məqam var idi. Bunlardan biri o idi ki, ATƏT-i tərifləyib-tərifləyib qurtara bilmədi. Sevgi ilə vurğuladı ki, ATƏT münaqişənin həllində əsas və yeganə qurumdur. Əslində, bununla da ATƏT-in tərəf tutan bir qurum olduğunu göstərmiş oldu. İşğal edən, status-kvo üçün əlindən gələni edən bir dövlət ATƏT-i tərfiləyirsə, bu, Azərbaycanın hər zaman dediyi kimi, beynəlxalq təşkilatların tərəf tutduğu barədə fikrini təsdiqləmiş oldu. İkinci məsələ bundan ibarətdir ki, Paşinyan əslində, özünə qarşı istifadə oluna biləcək bir arqument səsləndirdi. O bildirdi ki, Azərbaycan Qarabağı istəyir, amma onları danışıqlar masasında görmək istəmir. Azərbaycan çevik şəkildə onun doğru qurulmamış cümləsinin üzərinə gedə bilər. Paşinyan sanki deyir ki, bu torpaqlara sahib olmaq Azərbaycanın haqqıdır, amma bunun şərti qarabağlılarla danışmaqdır. Belədirsə, əlbəttə ki, hər zaman qarabağlılarla danışmağa hazırıq, amma qarabağlılar deyiləndə, oradakı həm erməni, həm də azərbaycanlı icması nəzərdə tutulmalıdır. Hesab edirəm ki, Paşinyan çıxışda diplomatik səhvə yol verdi və bundan istifadə etmək lazımdır. Bundan başqa, Paşinyan çıxışında onların xarici siyasət istiqamətinin hər hansı bir dövlətə qarşı olmadığını, hər hansı vektoru başqa vektorla əvəzləmək niyyətində olmadıqlarını bildirdi. Başa düşülən odur ki, bu adam Rusiyadan yaxşı şəkildə qorxub, dərsini alıb və dünyanın ən yüksək kürsüsündən Rusiyaya deyir ki, "mən sizdən uzaqlaşmıram, mənə cəza verməyin”. Amma bizə sərf edən o olar ki, Paşinyan səhv etməyə davam eləsin, Rusiya ilə münasibətləri pozulsun. Biz həm bir qonşumuzun pisliyini istəmirik, amma torpağımızı işğal edən, insanımızı öldürən ölkəyə ən son nöqtəyə qədər hər şeyi etməyə hazırıq. Bizim qarşı olduğumuz erməni xalqı deyil, erməni dövləti deyil, bizim qarşı olduğumuz işğal faktıdır və işğal faktını heç bir şeylə legitimləşdirmək mümkün deyil. İstənilən odur ki, Paşinyan səhvlər etsin və Rusiya ilə münasibətləri korlasın. Rusiya Cənubi Qafqazda əsas müttəfiqi olaraq Azərbaycanı Ermənistanla əvəz edərmi? Hesab edirəm ki, bunun üçün danışmaq hələ erkəndir, amma istiqamət o istiqamətdir. Məsələ odur ki, Azərbaycan Ermənistan deyil. Ermənistan Rusiya ilə müttəfiqliyinə hər şeyi satmağa hazırdır. Azərbaycan isə öz suverenliyi məsələsində həddindən artıq həssas ölkədir, sunerenliyimizi müttəfiqliyimizə satacaq fikrində deyilik, bu milli ideologiyaya sahib deyilik. Ona görə də burada müəyyən imitasiyonlar, müəyyən məhdudiyyətlər var. Amma Azərbaycan tərəfindən arzu edilən odur ki, məsələ qarışmağa davam etsin və buna da çalışmaq lazımdır. Bu qarışıqlıq fonunda Qarabağda müəyyən hesablamalar dəyişə bilər. Qarabağ müharibəsinin tarixinə nəzər salsanız, 1991-ci ilin yayında olsun, 1992-ci ilin yayında olsun, hərbi əməliyyatlarımızdakı uğurlarımız müəyyən ölçüdə Azərbaycan-Rusiya-Ermənistan üçbucağındakı münasibətlərlə əlaqəlidir. Rusiya ilə daha yaxın olan dövlət demək olar ki, Qarabağ müharibəsində fərqli performans göstərir. 1993-cü ildə erməni qüvvələrinin üstünlük qazanmasının səbəbi Rusiya ilə olan münasibətlər idi. Rusiyanın kimə tərəf əyilməsi Qarabağ cəbhəsində nəticələri müəyyənləşdirəcək faktorlardan biridir. Qarabağda total şəkildə yeni danışıqlar başlayacaq, Ermənistana təzyiq olacaq ki, ordusunu işğal olunmuş torpaqlardan çıxarsın və torpaqları Azərbaycana qaytarsın, bu olmayacaq. Amma bu gedişatla Paşinyan səhvlərini davam elədikcə, müəyyən şanslar, fürsətlər yarana bilər. Məsələn, aprel döyüşlərində olduğu kimi taktiki fürsətlər ortaya çıxa bilər. Bu taktiki fürsətlər yaxşı dəyərləndirilsə, bunlar getdiksə strateji qazanıma çevrilə bilər. Mən bunu həmişə deyirəm, Azərbaycan bir və ya iki aprel uğuru əldə etsə, bəlkə də bu iş corab söküyü kimi açılmağa başlayar, psixoloji cəhətdən tamamilə sönərlər, əsgərləri qaçmağa, daxildə çəkişmələr başlayar və sair. Çünki, Qarabağ müharibəsi təməldə psixoloji müharibədir və bizim onlara apreldə vurduğumuz zərbə inşallah daha az itki ilə bir-iki dəfə təkrarlansa, bəlkə də bütün Qarabağ cəbhəsi boyu hücuma keçmədən belə çox ciddi strateji nəticələr əldə edə bilərik. Bizim ümid elədiyimiz və diplomatik mənada çalışdığımız bundan ibarətdir.

- Qeyd etdiniz ki, Rusiya Azərbaycan faktorundan yararlanaraq Ermənistanı öz orbitindən uzaqlaşdırmamağa çalışır və bu orbitdən uzaqlaşmağın nəticələrinin nə olacağı barədə siqnallar göndərir. Moskvadan verilən bu siqnallar İrəvandakı yeni hakimiyyətin addımlarına istiqamət verə biləcəkmi?

- İnşallah, Moskvanın siqnalları İrəvanda qəbul olunmaz. Biz hamının xoşbəxt olmasını istəyirik, amma nəticə etibarilə, bütün məqsədimiz işğal olunan torpaqlarımızın azadlığıdır. Bunun üçün də ermənilərin ruslardan haqqı olmadığı müdafiənin ortadan qalxması çox əhəmiyyətlidir. Erməni prosesi və problemi onsuz da rusların Qafqazda, bütövlükdə bu coğrafiyada çox böyük prestij itkisinə səbəb olub. Ümid edirik ki, bunu başa düşər və Ermənistana olan münasibətlayiq olduğu səviyyəyə enər. Bu zaman isə yaranmış fürsəti dəyərləndirərik. Ermənistan Rusiyanın bu siqnallarını nə qədər eşitməsə, bir o qədər yaxşıdır. Ermənistan-Rusiya münasibətləri lazım olduğundan daha üst səviyyədədir və bu münasibətlərin zərərini Azərbaycan ödəyir. Paşinyanın BMT-dəki çıxışından göründüyü kimi, qorxmağa başlayıb, amma ona Rusiyaya qarşı addımlar atmaq cəsarəti arzulayıram. Bu, nəticə etibarilə Qarabağda işğal faktının sona çatmasını sürətləndirə bilər.

Xəbər 1521 dəfə oxunub






Oxşar xəbərlər

Ermənistan böhran zolağında - Kreml sürprizi
Ramil Usubov “Hacı Mazan”ın rəis oğlunu işdən çıxardı
“ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR…” – “Rusiya mənə təzyiq edirdi”
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Klub prezidentini tənqid etdi, qovuldu
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
İraqın şimalında 10 terrorçu zərərsizləşdirilib
Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"
Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO
Azərbaycan iqtidarına qarşı yeni birlik yaranır
Türkiyə HH Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26404] initstartout [0.00015] initstartin [0.00058] calstart [0.00939] calend [0.00046] topnewsend [0.00313] rsssend [0.00000] ehgend [0.06777] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18184]