Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”

  • 18 avq 2018, 10:49
Ermənilər 2019-cu ildə öz havadarlarının dəstəyi ilə işğal altında saxladıqları Laçın rayonunda yeni xəstəxananın açılışını edəcəklər. Tikintisinə 2012-ci ildə start verilən xəstəxananın müasir standartlara cavab verən cərahiyyə, doğum, pediatriya, morq bölmələri olacaq. 
Ümumiyyətlə, düşmən işğal altındakı bir çox rayonlarımızda tikinti işləri aparır, amma biz torpaqlarımızı işğaldan azad etmək üçün hələ də nəyisə gözləyirik...

 
 
 
 
 
 

 
 
 
 
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, zaman keçdikcə torpaqlarımızı işğaldan azad etmək daha da çətinləşəcək:
"Bizim işğal altındakı torpaqlarımızda ermənilər yol çəkirlər, poliklinikaların açılışını edirlər. Görürlər ki, bu millətin ya milli qüruru, ya da qeyrəti yoxdur. Onlar bu gün həmin torpaqlara bu qədər xərc qoyublarsa, yenidən o torpaqları qaytarıb bizə verəsi deyillər. Bizim abidələrimizi dağıdıb, özlərinin abidələrini qururlar. Görürlər ki, bizdən hərəkət yoxdur. Hər dəfə deyirik ki, torpaqlarımızı işğaldan azad edəcəyik, amma millətdə ruh deyilən bir şey yoxdur. Hamımız bu torpaq uğrunda mübarizəyə qalxsaq, əlbəttə hər şey başqa cür olar. Bir həqiqəti anlamalıyıq ki, ermənilər iyirmi altı ildir ki, aldıqları torpaqları heç vaxt sülh yoluyla qaytarmayacaqlar. Bizim güclü ordumuz var, gəlin, hücuma keçib torpaqlarımızı azad edək. Bu BMT-nin sənədlərində də təsdiq olunub. Partizan müharibəsinə qalxmaq lazımdır. Azərbaycan hakimiyyətinin tərkibində olan otuz faiz ermənilər imkan vermirlər ki, torpaqlarımız geri qayıtsın. Dövlət başçısına kömək edən saf hökümət lazımdır, amma o da yoxdur. Hamısı yalan danışır, başları rüşvətə qarışıb. Ölkədə bahalaşma baş alıb gedir. 
Mən düşünürəm ki, bundan sonra torpaqlarımızı işğaldan azad etmək çətin olacaq. Bunun bir yolu var, o da güclü ordumuzla hücuma keçməkdir. Biz də danışıqlar aparıb müəyyən partiyalarla görüşlər keçiririk. Güclü şəkildə hərəkət etmək lazımdır ki, torpaqlarımızı işğaldan azad etməyə çalışaq. Biz həmişə ölkə başçısına kömək edəcəyik ki, xalqla birlikdə olsun. Amma ölkə başçısının ətrafında o qədər rüşvətxor, korrupsioner məmurlar var ki, onlar qiymətlərin qaldırılması ilə məşğuldurlar. Ona görə də nə qədər ki, bu komanda var, torpaqlarımız heç bir zaman işğaldan azad olunmayacaq. Ölkədə gedən proseslərə görə çox narahatam. Bu gün Azərbaycan hakimiyyətinin daxilində bu vəziyyətə sevinənlər var. Kimliyindən asılı olmayaraq hamımız ölkə prezidentinin yanında olmalıyıq.  Bizim millət olaraq qeyrətimiz, namusumuz varsa, hamımız qalxıb torpaqlarımızı işğaldan azad etməliyik”.
 
Demokratik.Az
Oxşar xəbərlər